Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış


IV. «Dərinlik» hərəkət və ya sirkulyasiya (dövr etmə) zonası



Yüklə 420,67 Kb.
səhifə55/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

IV. «Dərinlik» hərəkət və ya sirkulyasiya (dövr etmə) zonası. Burada suların hərəkəti yerli hidroqrafik şəbəkənin drenləmə təsir dairəsindən kənarda baş verir. Yeraltı sular çox zəif sürətlə boşalma zonasına(məs: tekto-nik depresiyalara) doğru hərəkət edirlər. Hərəkət sürəti ildə sm-lə ölçülür, su mübadiləsi və karstın inkişafı çox zəif gedir.

Mineral və termal sular

Yeraltı suların növləri içərisində mineral və termal sular xüsusi əһəmiyyət kəsb edir. Mineral sular dedikdə, tərkibində һəll olunmuş və ya sərbəst һalda təbii qazlar (SO2, N2, H2S, CH4 və Rn), üzvi maddələr və çoxlu miqdar mikroorqanizmlər olan, minerallaşma dərəcəsi 1-35 q/l arasında dəyişən və insan orqanizminə fizioloji təsir göstərən yeraltı sular başa düşülür. Temperaturu 20°C-dən yuxarı olan mineral sular, adətən termal sular adlanır. Bu sular fiziki xassə və kimyəvi tərkiblərinə görə müxtəlif olub, bir sıra xəstəliklərin müalicəsində əsas rol oynayır. Mineral suları qaz tərkibinə görə 5 qrupa ayırırlar (A.M.Ovçinnikov, V.V.İvanov, Q.A.Nevrayev, E.V.Posoxov, N.İ.Tolstixin, E.V.Pinniker, M.Ə.Qaşqay, Ə.H.Əsgərov və başqaları).




Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin