Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə51/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Litogen mənşəli çatlar- Süxur əmələgəlmə prosesində yaranır.Bu çatların eni əksər hallarda böyük olmur, kristallik və metamorfik süxurlarda adətən bir neçə mm, nadir hallarda bir neçə sm-ə çatır. Litogen mənşəli çatlarla parçalanmış süxurlarda lay-çat tipli artezian və qrunt suları yaranır. Bu çatlar adətən bütöv süxur layını kəsib keçir. Məsələn, bazalt qatında yer səthindən dərinlik istiqamətində çox saylı şaquli çatlar müşahidə olunur. Süxur layını bütöv kəsən belə çatlar böyük dərinliklərdə rast gələrək qrunt su axını və hövzəsinin yaranmasına şərait yaradır. Böyük yeraltı su ehtiyatına malik qrunt su axını Dördüncü dövr yaşlı lava (çatlılığa malik) çöküntülərindən təşkil olunmuş ərazidə yaranır və böyük sərfə malik şirin su çıxışları - bulaqlar şəklində yer səthinə çıxır. Bir sıra belə bulaqlar Azərbaycanda, Ermənistanda və Gürcüstanda su təchizatı üçün istifadə olunur. Məsələn, Azərbaycanda «İsti su» mineral su rayonunda Dördüncü dövr lava çöküntüləri altından şirin su axınları çıxır.

Tektonik çatlar - Laylar yarandıqda üfüqi vəziyyətdə yatırlar, sonralar tektonik hərəkətlərin təsiri ilə bu vəziyyətdən çıxa bilər. Tektonik hərəkətlər qırışıq törədən və parçalama hərəkətlərinə bölünür

Çatlı süxurlarda yeraltı suların hərəkəti yalnız çatların ümumi səciyyəsindən və sayından deyil, həm də onların ölçülərindən asılıdır.




Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin