Böyük Qafqazın cənub-qərb yamacında yerləşən termlər. Bunlar һidrokarbonatlı su tipinə aiddir. Minerallaşma dərəcəsi 0,9-1,7 q/l arasında dəyişir. Əyalətin azotlu termal su bulaqları vertikal istiqamətdə yayılan qırılma xətti boyu inkişaf edir.
Lənkəran termal su bulaqları(Meşəsu, İbadısu, Xovtixoni və s). Bu bulaqların suları tuflu brekciyaların, laylaşmış argillitli-alevrolitli və qumdaşlı suxurlarından çıxır. Termal su bulaqlarının yayıldığı rayonda bir sıra quyular qazılmışdır ki, onların da dərinliyi 465-1000 m-ə qədərdir. Bu bulaqların sularının temperaturu 30-43°C, debiti 0,3-10 l/Can; minerallaşma dərəcəsi 3,4-5,8 q/l arasında dəyişir, kimyəvi tərkibinə görə xloridli-natrium-kalsiumlu tiplidir.