Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə66/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Yeraltı suların balansı dedikdə, müəyyən vaxt ərzində bu və ya digər sahə hüdudunda ona daxil ( gəlir hissə) və ondan xaric ( çıxar hissə) olan suyun miqdarının (mm və ya m3/ha) bir-birinə nisbəti nəzərdə tutulur.

Yeraltı suların rejimi və balansı bir-biri ilə sıx əlaqədardır. Təbii (atmosfer çöküntüləri, buxarlanma, transpirasiya, kondensasiya, yeraltı və yerüstü axım) və süni (suvarma, kanallardan və su təchizatı sistemlərindən itki, drenaj, subasma, aqrome-liorativ tədbirlər və s.) amillərin təsirindən asılı olan su balansı yeraltı suların rejiminin xarakterini və dəyişmə istiqamətini müəyyən edir. Ona görə də su balansının ayrı-ayrı elementlərinin öyrənilməsi yeraltı suların rejiminin idarə olunması üçün əsas verir. Yeraltı suların rejim və balansının öyrənilməsi məsələləri çox müxtəlifdir. Məsələn, yeraltı suların təbii rejimi aşağıdakı məsələlərin həlli üçün öyrənilir: 1) yeraltı suların formalaşması (qidalanma və boşalma şəraitinin, ayrı-ayrı rejim əmələgətirən amillərin və proseslərin qiymətləndirilməsi, su balansı elementlərinin təyini) şəraitinin müəyyən edilməsi; 2) yeraltı suların təbii qidalanmasının zaman etibarilə dəyişməsi qanunauyğunluq-larının öyrənilməsi; 3) yeraltı suların su-, duz- və istilik balan-sının formalaşması qanunauyğunluqlarının müəyyən edilməsi və onların yeraltı suların rejiminin proqnozu üçün istifadəsi; 4) lokal sahələrdə yeraltı suların pozulmuş rejiminin analizi və proqnozu üçün onların təbii rejiminin regional öyrənilməsi; 5) sulu horizont və komplekslərin süzülmə xassəsi və sərhəd şərtlərinin qiymətləndirilməsi.

Təbii rejimin proqnozu müxtəlif növ tikintilərin (mülki, sənaye, nəqliyyat, hidroenerji, meliorativ və s.) layihələndi- rilməsi, su təchizatı, kənd təsərrüfatı istehsalatı və digər xalq təsərrüfatı məsələlərinin həlli üçün istifadə edilir.

Yeraltı suların pozulmuş və qarışıq rejiminin öyrənilməsi, proqnozu və analizi aşağıdakı praktiki məsələlərin həllində hə-yata keçirilir: 1) yeraltı su yataqlarının axtarışı, onların ehtiyatının qiymətləndirilməsi, istismarı, səmərəli istifadəsi, tükənmədən və çirklənmədən mühafizəsi üzrə tədbirlərin əsaslandırılmasında rejim proqnozlarının tərtibi; 2) bərk faydalı qa-zıntıların, neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi; 3) suvarma və qurutma meliorasiyasının əsaslandırılması, bu təd-birlərin keçirildiyi rayonlarda yeraltı suların rejiminin idarə olun-ması; 4) müxtəlif mühəndisi qurğuların, layihələndirilməsi, tikintisi və istismarı, o cümlədən su təchizatı, suvarma , qurutma, hidrotexniki, sənaye və mülki tikintilərin və insanın di-gər mühəndisi fəaliyyəti ilə əlaqədar olaraq, hidrogeoloji, hidrogeokimyəvi, buzlaq, meliorativ, mühəndisi-geoloji və digər şəraitlərin dəyişməsinin proqnozu.

Azərbaycanda Kür-Araz düzənliyinin ərazisində yeraltı suların rejiminin formalaşması qanunauyğunluqlarının öyrə-nilməsi, ona təsir edən təbii və süni amillərin aşkar edilməsi, ərazinin yeraltı suların rejim tiplərinə görə rayonlaşdırılması məsələləri ilə V.A.Priklonski, H.Y.İsrafilov, Ə.K.Əlimov, F.Ş.Əliyev və b. məşğul olmuşlar. Onların hər biri yeraltı suların rejimini formalaşdıran əsas amilə görə onun genetik tiplərini ayır-mışlar. Bütün hallarda Kür-Araz düzənliyində qrunt sularının rejiminin formalaşmasına təsir edən başlıca amil kimi suvarma qəbul edilmişdir.


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin