Yeraltı suların rejim və balansının öyrənilməsinin məqsəd və məsələləri
„Rejim” - yeraltı suların keyfiyyət-, „balans” isə kəmiyyət xarakteristikasını ifadə edir. Yeraltı suların ehtiyatının, onların keyfiyyətinin və tərkibinin zaman və məkan etibarilə dəyişməsi rejim anlayışı ilə ifadə olunur. Rejimin əsas göstəriciləri aşağıdakılardır:
1) hidrodinamik (yeraltı suların səviyyəsi, sərfi, axım sürəti); 2) hidrokimyəvi (yeraltı suların minerallaşması, makro- və mikrokomponentlər, təbii qazlar, üzvi maddələr və s.); 3) geotermik (temperatur).
Yeraltı suların rejimi üzərində müşahidələrin məqsədi – rejimin formalaşması qanunauyğunluqlarının öyrənilməsi və müxtəlif hidrogeoloji proqnozların əsaslandırılması üçün istifadə olunmasıdır.
Yeraltı suların rejimi, ona təsir edən amillərin xarak-terindən asılı olaraq: təbii (kompleks təbii amillərin –geoloji, hidrogeoloji, iqlim, bioloji-torpaq, kosmogen və s. – təsiri altında formalaşır), pozulmuş (əsas etibarilə, insanların mühəndisi-təsərrüfat fəaliyyətinin təsiri altında (yəni suvarma, qurutma, hidrotexniki tikinti, sugötürücü və drenaj qurğularının təsiri və s.) formalaşır) və qarışıq (təbii və süni amillərin kompleks təsiri altında formalaşır) tiplərə ayrılır.
Yeraltı suların rejiminin formalaşmasının regional qanunauyğunluqlarını ifadə edən rejim - regional (əsas etibari-lə, təbii rejim əmələgətirən amillərin təsiri altında), yerli amillərin (süxurların litoloji xüsusiyyətləri, çayların və yerüstü su hövzə-lərinin hidroloji rejimi, ərazinin drenləşməsi və insanın mühəndisi fəaliyyəti) təsiri altında formalaşması xüsusiyyətlərini ifadə edən rejim lokal (xüsusi) adlanır.
Yeraltı suların rejiminin öyrənilməsi aşağıdakıları təyin etməyə imkan verir:
1) yeraltı suların təbii və pozulmuş rejiminin proqnozu üçün rejim elementlərinin təbii və süni amillərlə əlaqəsi və onlardan asılılığı;
2) su təsərrüfatı tədbirlərinin əsaslandırılmasında və su balansı hesablamalarında istifadə olunan su balansının ayrıayrı elementləri;
3) insanın mühəndisi fəaliyyəti-nin yeraltı sulara təsirinin xarakteri və rejimin dəyişməsi ilə əlaqədar olan proseslər (yeraltı suların rejiminin idarə olunma-sının daha səmərəli yollarının əsaslandırılması, onların mühafizəsi və xalq təsərrüfatında istifadəsi üçün).
Dostları ilə paylaş: |