Mühazirə 11
Faydalı qazıntı yataqlarının hidrogeologiyası
Faydalı qazıntı yataqlarının hidrogeologiyası öyrənilmədikdə,onların su ilə dolması nəticəsində müxtəlif fəsadlar baş verir. Ona görə də yataqların geoloji-hidrogeoloji şəraitin öyrənilməsi və onun işlənilməsi şəraiti haqqında təkliflərin hazırlanması vacibdir.
Geoliji-struktur əlamətlərinə və hidrogeoloji şəraitinə görə yataqlar 6 növə bölünür:
1.Platforma ərazilərinin çökmə süxurlar massivində məsamə lay suları olan yataqlar
2.Çökmə süxurlarla örtülmüş metomorfik və maqmatik massivlərin örtük çöküntülərində məsamə-lay suları və bünövrə çöküntülərində çat suları olan yataqlar
3.Metomorfik və maqmatik süxur massivlərində çat və çat-damar suları olan yataqlar
4.Vulkanogen-çökmə süxur massivində çat,çat-lay,çat-damar suları olan yataqlar
5.Çökmə və metomorfik süxurların (ritmik)növbələşməsi massivlərində çat,çat-lay suları olan sulu horizontlar olan yataqlar
6.Karstlaşmış karbonat süxurları massivlərində olan yataqlar
Faydalı qazıntı yataqlarının ehtiyatları yatağın öyrənilmə dərəcəsindən aslı olaraq A,B,C1 və C2 kateqoriyalarına bölünür.
A kateqoriyasinda- hidrogeoloji və başqa şərait dəqiq öyrənilməlidir ki, alınan ilkin məlumatlar işin proyektinin tərtib olunmasını təmin etsin.
B- hidrogeoloji və başqa təbii proseslər tam qiymətləndirilməlidir kmi, onların əsas göstəricilərini kəmiyyət və keyfiyyətcə xarakterizə etməyə və yatağın açılmasına ,istismarına imkan versin.
C1-hidrogeolji və başqa şəraitlər onların ilkin və əsas göstəricilərinin öyrənilməsinə imkan verən səviyyədə öyrənilməlidir.
C 2-hidrogeolji və başqa təbii şəraitlər yatağın başqa sahələri üçün keyfiyyət qazmalarının müşahidə məlumatları və digər mövcud məlumatlar əsasında qiymətləndirilə bilsin.
Bərk f.q.y-larında hidrogeoloji tədqiqatlar bu mıərhələlərdən ibarətdir:
-axtarış
Dostları ilə paylaş: |