Texniki tələblər yerləşgələrin xarici mühitin təsirindən mühafizəsini, yükdaşıyan konstruksiyaların və bütövlükdə binanın kifayət qədər möhkəmliyini, dayanıqlığıni, uzunömürlülüyünü və odadavamlılığını təmin edir. Texniki tələblər binanın sinfi ilə müəyyən olunur. Hər bir sinif üçün aşağıdakılar müəyyən olunur:
İstismar tələbləri-binanın xidmətetmə müddəti ərzində normal istismarını təmin edir. Bu tələblər yaşayış binalarının, ictimai binaların və köməkçi binaların otaqlarının tərkibinə, sahələrinə və həcminə, xarici və daxili bəzək keyfiyyətinə, texniki və mühəndis avadanlıqlarına (ventilyasiya, santexnika və elektrotexnika qurğularına və s.) görə tərtib olunur. İstehsalat binaları üçün yerləşgələrin aşırımlarına, texniki təchizatına, xüsusi avadanlıqların quraşdırılmasına, avadanlığın montajının və demontajının əlverişliliyinə və s. görə tərtib olunur.