Şək. 1.5. Soyuducu agentlərin h–lgp diaqrammı:
a- faz keçidi zonası; b- əsas parametrlər əyrisi; I- çox soyumuş maye sahəsi; II- çox qızmış buxar sahəsi; III- nəmli doymuş buxar sahəsi; 1- doymuş maye əyrisi; 2- doymuş buxar əyrisi; 3- buxar kondensasiya xətti; 4- mayenin qaynama xətti
Sabit temperatur xətləri t (C) – izotermlər – çox soyuma sahəsində şaquli, nəmli buxar sahəsində – üfiqi şəkildə keçir. Bu sahədə izotermlər izobarlarla uyğun gəlir, çünki soyuducu agent t və p sabit qiymətlərində öz faza halını dəyişir. Çox qızmış buxar sahəsində izotermlər əyrisi maili olaraq aşağı doğru gedir.
Sabit xüsusi entalpiya xətləri h (izoentalplar) absis oxuna şaquli şəkildə verilmişdir. Xüsusi daxili enerji u və potensial enerjinin p cəminə bərabər olan 1 kq işçi cismin tam enerjisinə xüsusi entalpiya deyilir, yəni h=u+p. Xüsusi entalpiyanın dəyişməsi (kCoul/kq) termodinamiki prosesdə p=const-da gətirilən istiliyin xüsusi miqdarına bərabərdir.
Sabit xüsusi həcm xətləri (m3/kq) – izoxorlar – nəmli və çox qızmış buxar sahəsindən keçən qırıq-qırıq xətlərlə göstərilmişdir. Maye sahəsində mayenin həcmi buxara nisbətən az olduğundan izoxorlar göstərilmir, buna görə də bu parametr diaqramla təyin edilmir.
Sabit xüsusi entropiya xətləri s (kCoul/kqK) – adiabatlar – maili əyrilər şəklində diaqram sahəsindən keçir. Entropiya – sistem və xarici mühit arasında gedən istilik dəyişmə prosesinin istiqamətini xarakterizə edən termodinamik sistemin hal funksiyasıdır.
Diaqram sahəsində hər bir nöqtəyə müəyyən parametrli soyuducu agentin halı uyğun gəlir və xəttin iki nöqtəsinin birləşməsi iki hal arasında gedən prosesin xarakterini göstərir.
Dostları ilə paylaş: |