Şək. 1.6. Soyuducu maşının prinsipial sxemi
Aşağı temperaturda To işçi maddə soyudulan cisimdən istiliyi q0 alaraq temperaturu yüksək olan T xarici mühitə verir. Bu zaman soyuducu maşında dövr edən işçi maddə əks dairəvi proses – soyutma tsikli yerinə yetirir. Bu prosesi yerinə yetirmək üçün l işi sərf olunur ki, həmin iş istilik kimi işçi maddə ilə qəbul edilərək q0 istiliyi kimi ətraf mühitə verilir.
Enerjinin saxlanma qanununa uyğun olaraq ətraf mühitə verilən ümumi istiliyin miqdarı aşağıdakı kimidir:
. (1.1)
Soyuducu maşının işinin effektivliyi soyuducu əmsalla qiymətləndirilir və soyudulacaq cisimdən alınmış istilik miqdarının tsikldə sərf olunan l işinin nisbətinə bərabərdir:
. (1.2)
Termodinamikanın ikinci qanunundan istifadə edərək soyuducu tsikli yerinə yetirmək üçün sərf edilən işi təyin edək.
Fərz edək ki, (şək.1.7) s-T – diaqramında a-b-c-d sahəsinə bərabər olan istilik miqdarı q0 temperaturu T0 olan soyudulacaq cisimdən alınaraq temperaturu T olan digər cismə verilir (TT0). Sahəsi a-b-c-d - yə bərabər olan d-e-f-g sahəsi temperaturu T olan cisimlə alınan istiliyi ifadə edir.
Soyutma proseslərində entropiya azalır. Birinci cismin entropiyasının azalması olur. Əksinə q0 istiliyi qəbul edən cismin entropiyası qədər artmalıdır. Mütləq qiymətlərinə görə s2-nin qiyməti s1-dən azdır, çünki TT0.
Dostları ilə paylaş: |