MühaziRƏ 1 Mövzu : Giriş. Süni soyuducuların termodinamiki əsasları


Soyuducu agentlərin termodinamiki diaqramları



Yüklə 1,83 Mb.
səhifə9/15
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#40023
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
MÜHAZİRƏ-SOYUDUCULUQ TEX.-1

1.4. Soyuducu agentlərin termodinamiki diaqramları
Soyuducu maşının işi zamanı soyuducu agentin aqreqat halını və parametrlərini dəyişən fasiləsiz proseslər baş verir. Soyuducu ma­şının etibarlı istismarı orada gedən termodinamiki proseslərin düz­gün qəbul edilməsidir. Ayrı-ayrı proseslərin öyrənilməsində so­yuducu maşının tsiklinə daxil olan soyuducu agentin pa­ra­metr­lə­rini təyin etmək üçün soyuducu agentlərin termodinamiki diaq­ram­larından istifadə edilir.

Hər bir soyuducu agentin öz diaqramı olur ki, onların qurulma və istifadə prinsipləri eynidir. Təcrübədə ən çox istifadə edilən en­talpiya – təzyiq (h–lgp) və entropiya – temperatur (s-T) diaq­ram­la­rıdır.



h–lgp diaqramında istilik və adiabatik prosesin işi absis oxun­da kəsiklərlə, s-T diaqramında isə sahələrlə verilir.

Şəkil 1.5.a-da soyuducu agentin faz dəyişmə sahələri verilir.

Doymuş maye əyrisinin sol tərəfində çox soyumuş maye sa­hə­si yerləşir. Doymuş maye və doymuş buxar əyriləri arasında nəm­li buxar sahəsi yerləşir. Nəmli buxar qaynama halında və ya kon­densasiya halında olan doymuş maye və doymuş buxar qa­rı­şı­ğı­dır. Mayedən buxara faz keçidi soldan sağa (qaynama), buxar­dan mayeyə isə sağdan sola (kondensasiya) baş verir. Buxarın tər­ki­bini buxar–maye qarışığında sabit buxar tərkibi xətti x=const tə­yin edir və buxar-maye qarışığında buxarın kütlə payını göstərir (şək. 1.5.b). Doymuş maye xəttində buxar tərkibi x=0, doymuş bu­xar xəttində x=1 olur.

Çox qızmış buxar sahəsi doyma temperaturundan yuxarı tem­pe­­raturda müvafiq təzyiqdə olan buxarın halını göstərir. Şəkil 1.5.b-də verilən h – lgp diaqramı soyuducu agentin verilmiş al­tı parametrini xətt şəklində göstərir. Əsas parametrlərin ədədi qiy­mətləri 1 kq soyuducu agentə aid edilən xüsusi qiymətlərlə ve­rilir.

Sabit buxar tərkibi xətti x nəmli buxar sahəsindən keçir.

Sabit təzyiq xətləri p (MPa) – izobarlar –faz keçidinin bütün sa­hələrindən horizontal şəkildə keçir.




a) b)

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin