Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat



Yüklə 1,91 Mb.
səhifə27/39
tarix04.12.2022
ölçüsü1,91 Mb.
#72243
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
CTƏ mühazirə

Şəkil 6. Elektromaqnit ekran

Mühazirə 10
Mövzu: Naqil və çap quraşdırmalarının texnologiyaları.


Ölçmə vasitələrinin elektrik birləşdiriciləri
EA-nı təşkil edən mikrosxemlər, elektroradioelementlər, modullar arasında siqnalların və elektrik enerjisinin ötürülməsi üçün ötürücü xətlər (ÖX) və elektrik kontaktları elektrik birləşdiriciləri kimi başa düşülür.
Yerinə yetirdiyi funksiyalara görə siqnal və elektriki qidalandırmada ötürücü xətlərindən istifadə olunur. Siqnallı ÖX-də siqnalların ötürülməsi üçün elementlərin və modulların girişi və çıxışları birləşdirilir. Elektrik qidalandırma isə ÖX-də elementlərə elektrik enerjisini daxil etməklə yerinə yetirirlər. Bu və ya digər hallarda ÖX-də yer adlanan (sıfır potensiallı xətlər, ümumi naqillər) əks naqillər mövcuddur ki, onlarda siqnal xətlərində və elektrik qidalandırma xətlərində qayıdan cərəyanların axması baş verir.
Konstruktiv xüsusiyyətlərindən asılı olaraq əks naqilli ÖX-lər aşağıdakı növlərə bölünür:
eyni izolyasiyalı iki naqildən ibarət olan simmetrik;
bir çox ÖX-lər üçün bir ümumi naqilli simmetrik olmayan;
konstruksiyasına görə iki müxtəlif silindrik naqil kimi təqdim olunan birləşmiş oxlu koaksial (əks naqil koaksıal kabeldən hörülür).
Ekransız və ekranlı ÖX-lər hazırlanır. Ekranlı ÖX-də olan ekran elektrik, maqnit və elektromaqnit sahalərinin təsitindən xəttin qorunmasını təmin edir.
Elektrik birləşdiriciləri konstruksiyalardan asılı olmaqla daxili və yuvacıqlararası, daxili və bloklararası və s. olmaqla yerinə yetirilir.
Ötürücü xətlər aşağıda göstərilən xüsusiyyətlərə malik olmalıdır:
minimal aktiv və induktiv müqavimətlərə;
xəttin uzunluğunda eyni dalğa müqavimətlərinə;
ondan cərəyan keçdikdə xəttin ətrafında minimal sahəyə;
cərəyan və gərginliyin, elektrik siqnallarının geniş diapazonlarda ötürülmə xüsusiyyətlərinə;
vahidə yaxınlaşmaqla dielektrik nüfuzluqlu naqildə minimal qalınlıqlı izolyasiya qatının olmasına;
qovşaqlarla birləşdirilmə xüsusiyyətlərinə;
mexaniki sıxılma olmadan kommutasiyanın yerinə yetirilməsinin mümkünlüyünə;
montaj işlərinin yerinə yetirilməsində avtomatlaşdırmanın olmasına.
Yuxarıda göstərilən tələbləri yerinə yetirmək üçün bir tipli ÖX-dən istifadə edilməsi mümkün deyil. Ona görə də ÖX-in funksional xüsusiyyətlərindən, həmçinin EA-ın konstruksiyalarından asılı olaraq müxtəlif tipli ÖX-dən istifadə olunması məsləhət görülür.
Konstruktiv-texnoloji variantlarda elektriki birləşdiricilərdən istifadənin seçilməsi mühüm və mürəkkəb məsələ olmaqla, layihələndirilən EA-ın keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Elektrik siqnalı metal məftil (sim), plyonkalı və çap naqili olan keçiriciyə cərəyanla verilir. Naqilin eninə kəsiyi dəyirmi və ya düzbucaqlı, plyonkalı, çap naqilində isə ancaq düzbucaqlı olurlar. Naqillər izolyasiyalı dielektrik örtüklə, yaxud örtüklə və ekranla qorunur. Dalğaötürücü və lifli-optik ÖX-lə radiotezlikli (dalğaötürücü) və işıq (işıqötürücü) diapazonlarda elektromaqnit enerji ötürülür.
Bütün siqnal rabitə xətləri elektriki uzun və elektriki qısa növlərə bölünür ki, onlarda siqnalların təhrif olunma xarakterləri fərqlənir. Qısa elektriki xətlər elə ÖX-lər
adlanır ki, harmonik siqnal üçün lk uzunluğu aşağıdakı ifadədən təyin olunsun:
,
burada l, f – dalğa uzunluğu və siqnalın tezliyi; c – işıq sürəti; e - ötürücü xətti əhatə edən mühitin nisbi dielektrik nüfuzluğudur.
Xətti parametrlər onun uzunluğu boyunca paylandığından ÖX-in ekvivalent elektrik sxemində onun approksimasiyası xəttin elementinə (fraqmentinə) görə bir yerə toplanır (şəkil ). Burada Rn, Ln, Cn uyğun olaraq paqonlu (vahid uzunluğa görə) müqavimət, induktivlik və tutumdur. Xətti müqaviməti və induktivliyi əks naqilin müqavimətini, həmçinin induktivliyini nəzərə almaqla düz naqildə tətbiq edirlər.
ÖX-in uzunluğunun əsas elektrik xarakteristikası onun Zo dalğa müqavimətidir. Bu müqavimət gərginliyin cərəyana olan münasibətindən ibarətdir ki, burada elektromaqnit dalğalar xəttin uzunu boyunca paylanır. Dalğa müqavimətinin təqribi qiymətini aşağıdakı ifadədən təyin etmək olar:
.
Uzun xətlərlə siqnalların ötürülməsində yük müqavimətinin xəttin dalğa müqaviməti ilə razılaşdırılması vacibdir.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin