Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Çap lövhəsinin konstruktiv xarakteristikaları



Yüklə 1,91 Mb.
səhifə29/39
tarix04.12.2022
ölçüsü1,91 Mb.
#72243
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
CTƏ mühazirə

Çap lövhəsinin konstruktiv xarakteristikaları
Konstruksiyanın çap elementlərinin (naqillər, kontakt sahələri və s.) dəqiqliyə görə yerinə yetirilməsi bütün ÇL-də 5 sinifə bölünür
ÇL-in sahəsində dar yerlərdə ən kiçik nominal ölçüləri fərqlənməklə keçirici konturdakı çap elementləri və onlar arasındakı məsafə ancaq minimum buraxıla bilən qiymətlərlə yerinə yetirməlidir;
1-ci və 2-ci sinif ÇL-dən onun səthində ERE və aşaği inteqrasiya dərəcəli İMS-lə az doldurulmuş hallarda istifadə olunmalıdır;
3-cü sinif ÇL - planar, milli oxlu çıxışlı İMS-lər və ÇL-in səthinin elementlərlə orta, yüksək doldurulması, həmçinin komponentlərin səthi montajı (KSM) ücünistifadə olunur;
4-cü sinif ÇL - korpuslu, korpussuz İMS-in və KSM-in ÇL-in səthində yüksək doldurulmasında istifadə edilir;
5-ci sinif ÇL - korpuslu, korpussuz İMS-in və KSM-in Çl-in səthində daha yüksək doldurulmasında istifadə edilir.
Səthi montajda əsasən 4- cü və 5-ci dəqiqlik sinifə malik ÇL-dən istifadə olunur.
Çap naqilinin eni buraxıla bilən cərəyan yükündən, cərəyankeçirici materiallın xüsusiyyətindən, istismarda ətraf mühitin temperaturundan asılı olaraq seçilir və hesablanılır (şəkil 1). Keçiricinin ucları hamar, naqillər isə şişməmiş, laylanmış, kəsilməmiş, aşlanmamış, məsaməsiz və çatlamamış olmamalıdır. Göstərilən nöqsanlar naqilin müqavimətinə, cərəyanın sıxlığına, dalğa müqavimətinə və siqnalların yayılma sürətinə təsir göstərir.
ÇL-in qonşu və ya xaricində yerləşmiş qatlarında konturun keçirici elementləri arasındakı məsafə (məsələn, naqillər arasında) buraxıla bilən işçi gərginlikdən, dielektrikin xüsusiyyətindən, istismar şəraitindən, siqnalların təhrif edilməsindən və qısa qapanmadan asılıdır.
ÇL-in çertyojunda koordinat toru qonşu İMS-in və ERE-in ÇL-də yerləşmə yerini müəyyən edir. Torun kəsişmə düyünlərində montaj və keçid deşikləri yerləşir. Koordinat torunun addımı ÇL-in elektron texnikası məmulatları (ETM), kvant elektronikası, ERE, elekltrotexniki və başqa məmulatlarda uyğunlaşmasına zəmanət verir ki, burada ÇL-in koordinat torunun düyünlərində montaj aparılır. Koordinat torunun əsas addımı hər iki istiqamətdə 0,5mm-ə bərabərdir. Əgər bu addım konkret konstruksiyanın tələblərini ödəmirsə, onda 0,05mm ölcüdə olan addımdan istifadə olunur. Daha yaxşı hesab edilən addım qəbul edilir ki, burada n = 5,10,15,20,25 və olmaqla n = 1,2,5,6,10 götürülür. Koordinat torunun yol verilən addımı birdüyməli addımdır ki, bu ölçüdən ÇL-in konstruksiyalarında geniş istifadə olunur. İMS-dən istifadə olunduqda 2,54mm-ə tam bölünən addımdan istifadə edilməlidir.




Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin