MühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu


Proqram = Alqoritm + Verilənlərin strukturu + Alqoritmik dil



Yüklə 179,83 Kb.
səhifə4/38
tarix02.01.2022
ölçüsü179,83 Kb.
#38863
1   2   3   4   5   6   7   8   9   ...   38
VER STR VƏ ALQ müh yeni

Proqram = Alqoritm + Verilənlərin strukturu + Alqoritmik dil
Alqoritmlərin və verilənlərin strukturunun tədqiqi proqramlaşdırmanın əsaslarından ,həmçinin mükəmməl texnologiyaların və mürəkkəb riyazi araşdırmaların zəngin sahələrindən biridir.Həm də bu nəzəri hazırlıqlı mütəxəssislər üçün nə isə sadəcə bir əyləncə sahəsi deyil: yaxşı alqoritm və ya verilənlərin strukturu problemi bir neçə saniyə ərzində həll etməyə imkan verə bilər, onların yoxluğu isə həmin problemin həlli üçün illərlə vaxt tələb edə bilər.

Məsələnin həllənin münkünlüyü təmamilə xüsusi alqoritmlərin mövcudluğundan və verilənlərin strukturundan asılıdır.Əgər Siz, Sizin üçün yeni olan proqramlaşdırma sahələrində proqramlar hazırlayırsınızsa,onda aydınlaşdırmalısınız ki,bu sahədə hansı hazır işlənmələr artıq mövcuddur, əks halda Siz kiminsə tərəfindən yaxşı yerinə yetirilmiş bir işi pis yerinə yetirmək üçün boş vaxt sərf edəcəksiniz. Hər proqram alqoritmlərdən və verilənlərin strukturundan asılıdır,amma nadir hallarda yeni alqoritmlər icad etmək lazım gəlir.

Hətta mürəkkəb proqramlarda,məsələn kompilyatorlarda və ya Web-brauzerlərdə verilənlərin strukturu, ümumiyyətlə massiv, siyahı,ağac və xeş cədvəllərdən ibarət olur.Proqrama daha təkmilləşmiş struktur lazım gəldikdə isə o,çox ehtimal ki,həmin bu sadə strukturlara əsəslanacaq.Müvafiq olaraq, proqramçının işi,hansı alqoritmlərin və strukturların əlçatan olduğunu bilmək,həmçinin,onların arasında ən səmərəlisini necə seçməyi anlamaqdır.

Əgər insan özü üçün proqramçı və ya veb-istehsalçı yolunu seçməyə qərar vermişdirsə, onda o bir və ya bir neçə proqramlaşdırma dili ilə rastlaşmalı olacaq. Yaxşı ilkin kod yazmaq üçün alqoritmləri və verilənlərin strukturlarını mütləq öyrənmək lazımdır.Hazırdaən məşhur proqrqmlaşdırma dilləri bunlardır:



PHP

C#

JavaScript

Python

Java

C++

Dillərdən hər biri sintaksis adlanan əmrlər(operatorlar) və qaydalar yığımına malikdir.Bu sintaksis iki əhəmiyyətli komponentə fikir yönəltmək lazımdır:kodda bu və ya digər operatorların düzgün istifadə edilməsi və verilənlərin təsvir edilməsini düzgün seçmək.

Verilənlərin strukturunun seçilməsi proqramların hazırlanmasının əhəmiyyətli mərhələlərindən biridir və proqramın effektivliyi ,onun yazılmasına tələb oiunan zəhmət və proqram tərəfindən həll edilən məsələlərin yerinə yetirilmə vaxtı bu seçimin düzgünlüyündən asılıdır. Bu həm də verilənləri emal edən alqoritmlər və onların strukturları üçün doğrudur. Müasir proqramlaşdırma dillərinin tərkibindəmövcud olan kitabxanaların və verilənlərin strukturları siniflərin,məsələn,müxtəlif növ siyahıların, müxtəlif növ ağacların , steklərin, deleqatların və s.meydana çıxması yüksək ixtisaslı mütəxəssislər tərəfindən verilənlərin bu strukturlarından istifadənin incəliklərini və onların emalı alqoritmlərini bilmək zərurətini aradan qaldırmır.

İstənilən proqram konkret qiymətlərlə və ya verilənlərlə işləyir. Onların üzərində müxtəlif hesablama əməliyyatları aparmaq olar,onları dəyişdirmək və ya silmək olar. Bir proqram çərçivəsində onlar iki cür təsvir oluna bilər:dəyişənlər və sabitlər .




Yüklə 179,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin