MühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu



Yüklə 179,83 Kb.
səhifə18/38
tarix02.01.2022
ölçüsü179,83 Kb.
#38863
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
VER STR VƏ ALQ müh yeni

1. Diskretlik xassəsi. Hər bir alqoritm müəyyən diskret addımdan ibarətdir. Hər bir addımdakı əməliyyatlar diskret taktlarla yerinə yetirilir.

2. Determiniklik (müəyyənlik) xassəsi. Bu xassəyə görə hər bir alqoritmdəki əməliyyatlar dəqiq və aydın olmalıdır.

3. Kütləvilik xassəsi. Bu xassəyə görə müəyyən bir sinifdən olan məsələnin həll alqoritmi həmin sinifdən olan istənilən məsələni həll etməlidir.

4. Sonluluq xassəsi. Alqoritmin sona qədər yerinə yetirilməsi üçün lazım gələn əməliyyatların maksimal sayı sonlu və real olmalıdır.

5. Nəticəvilik xassəsi. Hər bir alqoritm yerinə yetirildikdən sonra hökmən müəyyən nəticə hasil olmalıdır. Əgər hər hansı alqoritm bu xassələrdən heç olmazsa birini ödəmirsə o alqoritm deyil. Ümumiyyətlə biz hər hansı bir məsələni həll etdikdən sonra onun həll alqoritmi haqqında nəticə çıxara bilərik. Lakin hər hansı problemi həll edə bilmədikdə onun həll alqoritminin olub olmamağı haqqında hökm çıxara bilmirik. Bunun səbəbi odur ki, alqoritmin dəqiq riyazi tərifini bilmirik. əgər bu tərifi bilsəydik onda həmin problemin bu tərifi ödəyib ödəmədiyini yoxlayardıq. Əgər ödənilərdisə onda həmin problemin həll alqoritmi olar, əks halda isə belə bir alqoritm olmazdı. Beləliklə alqoritmə dəqiq riyazi tərif vermək zərurəti meydana çıxır.



Yüklə 179,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin