Tyurinq maşınlarının formal tərifi
A əlifbası – simvolların sonlu çoxluğudur.Bu əlifbanın simvollar ardıcıllığı zəncir adlanır.X zəncirinin uzunluğu zəncirdə olan simvolların sayını göstərir və |x| ilə işarə olunur.Boş zəncirin uzunluğu sıfıra bərabərdir.
X və Y zəncirlərinin kонкатенаsiyası Y zəncirinin simvollarının X zəncirinə sağdan yazılması ilə alınan zəncir adlanır.
Tyurinq maşını 7-lik şəklində verilir:
T=(Q,A, δ,P0,Pz,a0,a1) , haradaki,
Q - sonlu sayda vəziyyətlər çoxluğudur,hansında ki,idarəedici qurğu yerləşə bilər;
A - giriş əlifbası;
δ - keçidlər funksiyası, δ= Q ⋅ A → Q ⋅ A ⋅ S,haradaki S = {R, L, E}-sürüşmənin istiqaməti;
P0 – ilkin vəziyyət, P0 Q
Pz- son vəziyyət, pz ∈ Q;
a0-boş xananı göstərən simvol, a0 ∈ A;
a1-xüsusi simvoldur,lentdə zəncirləri ayırmaq üçündür, a1 ∈ A.
Tyurinq maşınının əmri qa → pbr keçidlər funksiyasının elementi adlanır.Haradaki, q və p∈ Q; a və b∈A; r∈S.Hər bir əmr Tyurinq maşınının bir taktını təsvir edir.
Tyurinq maşınının konfiqurasiyası aşağıdakı kimi təsvir olunur:
t = , haradaki,
C- hesablayıcı başlığın solunda yerləşən zəncir;
q- Tuyurinq maşınının vəziyyəti;
a- Tyurinq maşınının başlığının altınada yerləşən sinvol;
B- Tyurinq maşınının başlığının sağında yerləşən zəncir;
konfiqurasiyası birbaşa nqnanBn> konfiqurasiyasına o zaman keçir ki,əgər ilkin konfiqurasiyaya tətbiq edilən bir əmrdən sonra yeni konfiqurasiya alınsın.
Bu konfiqurasiyadan digərinə birbaşa keçid aşağıdakı kimi işarə edilir:
⇒nqnanBn>.
İlkin vəziyyəti göstərən konfiqurasiya başlanğıc, sonuncu vəziyyəti göstərən konfiqurasiya isə sonuncu deyilir.Əgər C zənciri konfiqurasiyada boşdursa,onda baçlanğıc və sonuncu konfiqurasiya standart adlanır.
Tyurinq maşını x zəncirini y zəncirinə o vaxt çevirir ki,əgər lentdə x və y zənciri var və başlanğıc konfiqurasidan başlayaraq Tyurinq maşını sonuncu konfiqurasiyaya keçir.Əgər başlanğıc və son konfiqurasiya standartdırsa,onda x-in y-ə çevrilməsi düzgün çevrilmə adlanır.
Dostları ilə paylaş: |