MÜHAZİRƏ 12
Tyurinq maşını üzərində əməllər.
1.Tyurinq maşınının kompoziyası.
Tutaq ki, T1 və T2 maşınlarının P1 və P2 proqramları var..Hesab edək ki,bu maşınların daxili əlifbaları kəsişmir:haradaki, qz1 - T1 maşınının son vəziyyəti,q02 - T2 maşınının başlanğıc vəziyyəti.
P1 proqramının hər yerində qz1 son vəziyyətini T2 maşınının q02 başlanğıc vəziyyəti ilə əvəz edək və yaranmış proqramı P2 proqramı ilə birləşdirək.Yeni yaranmış P proqramı (qz1, q02) vəziyyətlərinə uyğun olaraq T1 və T2 maşınlarının kompoziyası olan T maşınını təyin edir.Maşınların kompoziyasını T1 .T2 və ya T1 T2 kimi işarələyə bilərik.Maşınların daha ətraflı kompoziyası aşağıdakı kimi olacaqdır:
T= T(T1 ,T2 (qz1, q02)) , haradaki,
T1=(Q1,A1, δ1,P01,Pz1,a01,a11) ,
T2=(Q2,A2, δ2,P02,Pz2,a02,a12) .
Tutaq ki,
a01=a02=a0 və
a11=a12=a1
Onda T1 T2 kompoziyalarının xarici əlifbası T1 və T2 maşınlarının xarici əlifbalarının birləşməsindən əmələ gələcəkdir.
Alqoritmlər üzərində aparılan kompozisiya əməliyyatı əvvəlcədən məlum olan sadə alqoritmlərdən daha mürəkkəb alqoritmlərin alınmasına gətirib cıxarır.
Dostları ilə paylaş: |