Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə56/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Postmodernizmin xüsusiyyətləri
İtalyan yazıçısı və filosofu Umberto Eko “Qızılgülün adı” romanının qeydlərində postmodernist romanın bir sıra xüsusiyyətlərini göstərirdi. Bunlardan birincisi intertekstuallıqdır, yəni hər bir sənətkar bu və ya digər şəkildə özündən əvvəlki sələflərinin kitablarını yenidən yazır. Bu bəşəriyyətin bütün tarixi boyu yaratdığı kitabxanaya tərkib hissəsi kimi daxil olur, ikincisi, oxucunu məşğul etmək və əyləndirmək üçün detektiv oyun oynayır. Onu da qeyd etmək lazımdır ki, bu təkcə detektiv ədəbiyyatın nümunələrinə deyil, ümumiyyətlə bütün nəsr və dram əsərlərinə aid olan bir xüsusiyyətdir. Üçüncüsü, müasir müəlliflər elitar ədəbiyyatı kütləvi ədəbiyyatla birləşdirmək və nəticədə bir tərəfdən estetik dəyərləri qavramaq hazırlığına malik olmayan oxucuların marağına nail olmağa can atırlar; dördüncüsü, müəlliflər tərəfindən uydurulmuş personajlar öz dövrlərinə uyğun şəkildə fəaliyyət göstərirlər və danışırlar.
Bundan əvvəl postmodernizmin keçən əsrin ortalarından 2000-ci ilə qədər təşəkkülü və inkişafı dövründə bir sıra xüsusiyyətləri meydana gəlmişdir. Hər şeydən əvvəl postmodernistlər iyerarxilik və seçim prinsiplərini təkzib edirlər. Ədəbiyyat sahəsində onlar üçün bütün nümunələr bədii dəyərindən asılı olmayaraq müəyyən informasiya potensialına malikdirlər. İkincisi, postmodernistlər müasir dünyanı uzun müddət davam edən dünyəviləşmənin humanistsizləşmənin məhsulu hesab edirlər; Üçüncüsü, postmodernizm güzgü, labrint, xəritə, məqsədsiz səyahətlər, ensiklopediya, reklam, televiziya, foto, qəzet kimi sözlərdən və anlayışlardan geniş istifadə edir. Dördüncüsü, “müəllifin maskası” təhkiyənin mərkəzini təşkil edir. “Müəllif maskası” oxucunun reaksiyasını təşkil etməyə və nizamalanmağa xidmət edir.Beşincisi, incəsənət üçün metofiziki problemlərin əhəmiyyətini (səbəb-nəticə problemini, şəxsiyyət, subyekt və həqiqət münasibətlərini) inkar edir. Altıncısı, postmodernistlər düşüncənin psixoanalitik üsullarını rədd edirlər. Yeddincisi, məna əvəzinə oyun fəaliyyəti, işarələnmənin əvəzinə işarələyənin vurğulanması postmodernistlərin ortaya qoyduqları müddəalardandır. Səkkizincisi, postmodernizm səbəb-nəticə əlaqələrindən dünya modelini yaratmaq cəhdlərindən mətnin bir mənada şərhi və yeganə mütaliə mümkünlüyündən imtina edirlər. Postmodernizm dövründə destruksiya mədəniyyətin və incəsənətin bütün sahələrini və aspektlərini əhatə edir.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin