Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə59/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Fukonun kəfkiri” romanı
U. Ekonun “Fukonun kəfkiri” əsəri 1988-ci ildə nəşr olunmuşdur. Bu əsərdə yazıçı hələ “Qızılgülün adı” romanında qaldırdığı mövzunu-Orta əsrlər mövzusunu davam və inkişaf etdirməyə cəhd göstərmişdir. Lakin bu dəfə Orta əsrlər tarixi deyil, müasir insanda tarixin ortaya qoyduğu düşüncələri əsərin əsas problemini təşkil edir. Bu eksperimental janrı tarixi-fantastik roman kimi müəyyən etmək olar. Tarix sahəsində intellektual yaradıcılıq romanın məzmununu təşkil edir.
Əsərin əsas predmeti tampliyerlər ordeninin tarixi ilə bağlıdır. Məlumdur ki, tampliyerlər ordeninin yoxa çıxması tarixi Bermud üçbucağı uçan boşqablar, (zoxnes azmanı) kimi təhlilini tapmamış tapmacalardan biridir. Tampliyerlərin problemi həm keçmişə, həm də gələcəyə doğru uzanır və ən yaxşı halda bu suallara hipotetik cavab almaq olar. Həqiqətənmi tampliyerlər ordeni kral gözəl Fillipin dövründə məhv olmamışdır və gizli fəaliyyətə keçmişdir? Həqiqətənmi rozenkreyserlər və masonlar tampliyerlərin birbaşa xələfləridir? Doğrudanmı bu günə qədər bütün dünyanı ehtiva edən sui-qəsd mövcuddur? Atlantida dövləti həqiqətənmi mövcud olmuşdur? Bütün bu suallar əsərdə öz əksini tapsa da onlara cavab yoxdur. Müəllif onu da qeyd edir ki, əgər bu suallardan birinə cavab tapılsa, bu heç də bütün digər suallara avtomatik cavabın mövcud olmasına dəlalət etmir. Bütün bu suallara müsbət yaxud mənfi cavabı məntiq deyil, inanc səviyyəsində mümkündür.
“Fukonun kəfkiri” romanının qəhrəmanları bir parça kağız əsasında tampliyerlərin bütün dünyanı fəth etməklə bağlı gizli planlarına aydınlıq gətirmək istəyirlər. Bu plana görə tampliyerlər dünyanı yoxa çıxmalarından 600 il sonra fəth etməyə qərarlıdırlar. Əsərin spesifik süjeti onun üç cür oxunmasını mümkün edir: Birinci variant: qəhrəmanlar tampliyerlərin əsl planını deşifrə edirlər və tampliyerlərin əsl ardıcılları tərəfindən tutulub məhv edilirlər. İkinci variant: qəhrəmanlar ötəri bu planı uydurmuşlar və istər-istəməz ezoterizmlə maraqlanan insanların diqqətini bu plana cəlb edirlər. Üçüncü variant: təkcə plan deyil, finalda baş verən bütün digər hadisələr də xəstə təxəyyülü məhsuludur. Əslində əsərin əsas problematikası XX əsrdə alimin həqiqətən mənəvi-əxlaqi cavabdehliyi ilə bağlıdır.
Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin