MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


Dustaqların Dilemmasının Digər Misalları



Yüklə 2,04 Mb.
səhifə12/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
Muhazire

Dustaqların Dilemmasının Digər Misalları
Dustaqların dilemmasının oliqopoliyaların üzləşdiyi problemlərin öyrənilməsində necə istifadə edildiyini gördük. Eyni məntiq bir çox digər situasiyalarda da tətbiq edilə bilər. Burada şəxsi marağın əməkdaşlığa mane olduğu və maraqlı tərəflər üçün daha pis nəticələrə səbəb olduğu üç misal göstərilmişdir. Silahlanma yarışı dustaqların dilemması ilə, demək olar ki, eynidir. Bunu görmək üçün iki ölkə - Birləşmiş Ştatlar və Sovet İttifaqının yeni silahlar yaratmaq və ya tərksilah olmaqla bağlı seçimini nəzərdən keçirək. Daha böyük arsenal dünya məsələlərinə daha böyük təsir imkanı verdiyindən, hər bir ölkə digərindən daha çox silaha sahib olmağı üstün tutur. Lakin hər bir ölkə eyni zamanda digər ölkənin silahları olmayan təhlükəsiz dünyada yaşamağı üstün tutur.
Təsvir 4-də ölümlə nəticələnə biləcək oyun göstərilmişdir. Sovet İttifaqı silahlanmanı seçir və Birləşmiş Ştatlar qüdrətinin azalmasının qarşısını almaq üçün eyni şeyi edir. Əgər Sovet İttifaqı tərksilah olmağı seçərsə, Birİəşmiş Ştatların silahlanması daha faydalıdır. Bu onu daha da qüdrətli edəcək. Hər iki ölkə üçün silahlanma dominant strategiyadır. Beləliklə, hər iki ölkə silahlanmanı seçir ki, bu da hər iki ölkəni risk altında qoyan daha pis nəticəyə səbəb olur.

Soyuq Müharibənin hökm sürdüyü müddətdə Birləşmiş Ştatlar və Sovet İttifaqı silahlara nəzarət üzrə danışıqlar və razılaşmalar vasitəsilə həll etməyə çalışmışlar. İki ölkənin üzləşdiyi problemlər oliqopolistlərin karteli saxlamağa çalışan zaman qarşılaşdığı problemlərlə oxşardır. Oliqopolistlər istehsal səviyyəsi ilə bağlı mübahisə etdiyi kimi, Birləşmiş Ştatlar və Sovet İttifaqı hər bir ölkə üçün icazə verilən silahların miqdarı ilə bağlı mübahisə edirdilər. Kartellər istehsal səviyyəsinə əməl etməkdə çətinlik çəkdiyi kimi, Birləşmiş Ştatlar və Sovet İttifaqı hər biri digərinin razılaşmanı pozacağından qorxurdu. Həm silahlanma yarışı, həm də oliqopoliyalarda sarsılmaz şəxsi maraq məntiqi iştirakçıları hər iki tərəf üçün daha pis olan əməkdaşlıqdan kənar nəticəyə sövq edir.
Eyni müştərini cəlb etmək üçün reklam verən iki firma dustaqların dilemmasına oxşar problemlə üzləşir. Misal üçün iki siqaret şirkəti, Marlboro və Camel-in qarşılaşdığı seçimi nəzərdən keçirək. Heç biri reklam verməzsə iki şirkət bazarı bölüşəcək. Hər ikisi reklam verərsə, yenə onlar bazarı bölüşəcəklər, lakin hər bir şirkət reklam xərclərinə məruz qaldığından mənfəətləri daha az olacaq. Lakin əgər şirkətlərdən biri reklam verdiyi halda digəri bunu etməzsə, reklam verən şirkət digərinin müştərilərini cəlb etmiş olur.



.
Təsvir 5-də iki şirkətin mənfəətinin onların fəaliyyətindən necə asılı olduğu göstərilmişdir. Reklam verilməsinin hər iki şirkət üçün dominant strategiya olduğunu görmək olar. Beləliklə, heç bir firmanın reklam vermədiyi halda daha çox mənfəət etməsinə baxmayaraq, hər iki firma reklam verməyi seçir.
Reklam nəzəriyyəsinin sübutu 1971-ci ildə siqaretin televiziyada reklamına Konqres tərəfindən qadağa qoyulduqda meydana çıxdı. Siqaret şirkətlərinin qanuna qarşı böyük siyasi təsir imkanlarından istifadə etməməsi bir çox müşahidəçilərin təəccübünə səbəb olmuşdu. Qanun qüvvəyə mindikdə siqaret reklamı azaldı və siqaret şirkətlərinin mənfəəti artdı. Bu qanun siqaret şirkətlərinin özlərinin özləri üçün edə bilmədiyini etdi. O, az reklamla yüksək mənfəət əldə etdirən əməkdaşlığı həyata keçirməklə dustaqların dilemmasını həll etdi.
Fəsil 11-də insanların ortaq sərvətlərdən necə sui-istifadə etməyə meylli olduğunu görə bilərik. Bu problemə dustaqların dilemmasının bir misalı kimi baxmaq olar.
İki neft şirkəti Exxon və Texaco-nun qonşuluqda yerləşən neft yataqlarına sahib olduğunu təsəvvür edin. Yataqların altında 12 milyon dollar dəyərində ümumi neft hövzəsi mövcuddur. Neftin çıxarılması üçün quyunun qazılması 1 milyon dollara başa gəlir. Əgər şirkətlərdən hər biri bir quyu qazarsa, hər biri neftin yarısını əldə edəcək və 5 milyon dollar mənfəət əldə edəcək (6 milyon dollar mədaxilin 1 milyon dollar xərclərlə fərqi).
Neft hövzəsi ortaq sərvət olduğundan şirkətlər ondan səmərəli istifadə etməyəcəklər. İki şirkətdən birinin ikinci quyunu qaza biləcəyini fərz edək. Üç quyudan ikisinə sahib olan şirkət neftin üçdə iki hissəsini əldə edir ki, bu da 6 milyon dollar mənfəət gətirir. Digər şirkət isə neftin üçdə bir hissəsini əldə edir ki, bu da 3 milyon dollar mənfəət gətirəcək. Lakin, hər iki şirkət ikinci quyunu qazarsa, iki şirkət yenə də nefti bölüşürlər. Bu halda onların hər biri ikinci quyuya çəkilən xərcə məruz qaldığından hər bir şirkət üçün mənfəət 4 milyon dollar olur.
Təsvir 6-da oyun göstərilmişdir. İki quyunun qazılması hər iki şirkət üçün dominant strategiyadır. Bu halda da iki oyunçunu şəxsi maraqları daha pis nəticəyə gətirib çıxarır.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin