MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


İNHİSAR VƏ MÜKƏMMƏL RƏQABƏT ARASINDA



Yüklə 2,04 Mb.
səhifə2/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   2   3   4   5   6   7   8   9   ...   20
Muhazire

İNHİSAR VƏ MÜKƏMMƏL RƏQABƏT ARASINDA
OLİGOPOLİYA
oxşar və ya eyni məhsullar
satan yalnız bir neçə
satıcının olduğu bazar
strukturu


İNHİSARÇI RƏQABƏT
oxşar lakin eyni olmayan
məhsullar satan çoxlu
firmanın olduğu bazar
strukturu
Əvvəlki iki fəsildə çoxlu rəqabət aparan firmaların mövcud olduğu bazarlar və yalnız bir inhisarçı firmanın olduğu bazarlar təhlil edilmişdir. Fəsil 14-də qiymətin həmişə istehsalın marjinal maya dəyərinə bərabər olduğunu gördük. Fəsil 15-də bazar gücünə malik firmaların qiymətlərin marjinal maya dəyərindən yüksək saxlanılması üçün bu gücdən necə istifadə etdiyini və firma üçün pozitiv iqtisadi mənfəət, cəmiyyət üçün isə itirilmiş iqtisadi səmərəyə səbəb olduğunu gördük.
Mükəmməl rəqabət və inhisarla bağlı bu hallar bazarların necə işləməsi ilə bağlı bəzi vacib anlayışları əks etdirir. Lakin, iqtisadiyyatdakı əksər bazarlara hər iki halın elementləri daxildir və bu səbəbdən onlardan hər hansı biri ilə tam təsvir edilmir. İqtisadiyyatdakı tipik firma rəqabətlə üzləşsə də, bu rəqabət firmanın Fəsil 14-də təhlil edildiyi kimi qiymətlə razılaşan firma kimi təsvir edilməsi üçün kifayət qədər sərt deyil. Tipik firma həmçinin müəyyən dərəcədə bazar gücünə malik olsa da, bu güc firmanın Fəsil 15-də təhlil olunan inhisarçı firma kimi təsvir edilməsi üçün kifayət qədər böyük deyil. Başqa sözlə desək, iqtisadiyyatımızdakı tipik firma qeyri-mükəmməl rəqabətlidir.
Qeyri-mükəmməl rəqabətli bazarların iki növü var. Oliqopoliya, hər biri digərləri ilə oxşar və ya eyni məhsulları təklif edən yalnız bir neçə satıcının mövcud olduğu bazardır. Tennis topu bazarını bir misal olaraq göstərmək olar. Digər misal dünya xam neft bazarıdır: Bir necə Yaxın Şərq ölkəsi dünyanın neft ehtiyatlarının əsas hissəsinə nəzarət edir. İnhisarçı rəqabət oxşar, lakin eyni olmayan məhsullar satan çoxlu firmaların mövcud olduğu bazar strukturunu təsvir edir. Romanlar, filmlər, CD-lər və kompüter oyunları bazarlarını da misal göstərmək olar. İnhisarçı rəqabətin olduğu bazarda hər bir firma istehsal etdiyi əmtəə üzərində inhisara sahibdir. Lakin bir çox firmalar eyni müştərilər üçün rəqabət aparan oxşar əmtəələr istehsal edir.
Təsvir 1-də bazar strukturunun dörd növü ümumiləşdirilmişdir. Hər hansı bazar haqqında soruşulacaq ilk sual orada neçə firmanın mövcud olmasıdır. Əgər yalnız bir firma mövcud olarsa, bazar inhisarçılığa meyllidir. Əgər yalnız bir neçə firma mövcud olarsa, bazar oliqopoliyadır. Əgər çoxlu firma varsa, başqa bir sual meydana çıxır: firmalar eyni, yoxsa fərqli məhsullar satır? Əgər çoxlu firmalar fərqli əmtəələr satırsa, bazar inhisarçı rəqabətli bazardır. Əgər çoxlu firmalar eyni məhsulları satırsa, bazar mükəmməl rəqabətlidir.
Əlbəttə, reallıq heç vaxt nəzəriyyə kimi dəqiq müəyyən edilmiş olmur. Bəzi hallarda hansı strukturun bazarı daha yaxşı təsvir etdiyini müəyyən etmək çətin görünə bilər. Məsələn, firmaların sayını hesablayarkən "bir neçə" ilə "çoxlunu" bir-birindən ayıran sehrli rəqəm yoxdur. (Birləşmiş Ştatlarda maşın satan təxminən on-on iki şirkət bu bazarın oliqopoliya və ya rəqabətli olduğunu müəyyən edir. Cavab müzakirə üçün açıqdır.)

Buna oxşar olaraq, əmtəələrin fərqli və ya eyni olduğunu müəyyən etməyin dəqiq yolu yoxdur. (Müxtəlif əmtəə nişanlı südlər əslində eynidirlərmi? Yenə də cavab mübahisəlidir.) Mövcud bazarları təhlil edərkən iqtisadçılar bazar strukturunun bütün növlərinin öyrənilməsinə dair dərsləri nəzərə alır və sonra uyğun gələn hər bir dərsi tətbiq edirlər.
İqtisadçıların bazar strukturunun müxtəlif növlərini necə müəyyən etdiklərini bildikdən sonra onların təhlilinə davam edə bilərik. Növbəti fəsildə inhisarçı rəqabət təhlil olunur. Bu fəsildə isə oliqopoliya araşdırılır.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin