MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16



Yüklə 2,04 Mb.
səhifə5/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   2   3   4   5   6   7   8   9   ...   20
Muhazire

Oliqopoliya Üçün Tarazlıq
Oliqopolistlər kartellər formalaşdırmaqla inhisar mənfəəti əldə etmək istəsələr də, əksər hallarda bu mümkün olmur. Bu fəsildə müzakirə olunduğu kimi, dövlət siyasəti olaraq, oliqopolistlər arasındakı açıq razılaşmalar anti-inhisar qanunları ilə qadağan olunur. Bundan əlavə, kartel üzvləri arasında bazardakı mənfəətin bölüşdürülməsi ilə bağlı ziddiyyətlər onlar arasında razılaşmanı qeyri-mümkün edir. Bu səbəbdən Cek və Cilin ayrı-ayrılıqda nə qədər su istehsal etməklə bağlı qərar verdiyi halda nə baş verdiyini öyrənək.
İlk olaraq, inhisarçı səviyyədə məhsul buraxılışı onların birgə mənfəətini maksimallaşdırdığından, Cek və Cilin təklikdə bu məhsul buraxılışına nail olacağını gözləmək olar. Lakin, məcburi razılaşma olmadığı halda, inhisarçı səviyyədə məhsul buraxılışına nail olunması inandırıcı görünmür. Nə üçün belə olduğunu görmək üçün Cekin Cilin yalnız 30 qallon (inhisar həcminin yarısı) istehsal edəcəyini gözlədiyini təsəvvür edin. Bu halda Cek düşünəcək:
"Mən də 30 qallon istehsal edə bilərəm. Bu halda ümumilikdə 60 qallon su bir qallonu 60 dollar qiymətində satılacaq. Mənim mənfəətim 1 800 dollar (30 qallon, bir qallonu 60 dollar) olacaq. Alternativ olaraq, 40 qallon istehsal edə bilərəm. Bu halda cəmi 70 qallon su bir qallonu 50 dollar qiymətinə satılacaq. Mənfəətim 2 000 dollar (40 qallon, bir qallonu 50 dollar) olacaq. Hətta bazarda mənfəət azalsa da mənim mənfəətim daha çox olacaq, çünki daha böyük bazar payına malik olacağam."

Anti-inhisar qanunları kartelləri qadağan etdiyindən onlara nadir hallarda rast gəlinir. Lakin aşağıdakı məqalədə göstərildiyi kimi okean gəmiçilik nəqliyyat şirkətləri bu qanunlardan azaddır və bunun nəticəsi olaraq adi halda təyin edə biləcəkləri qiymətlərdən daha yüksək qiymətlər təyin edirlər.
ABŞ Ticarəti İnkişaf Etdikcə, Gəmiçilik Kartelləri Daha Çox Diqqət Mərkəzinə Gəlir (Anna Uilde Mətyus)
RUTHERFORD N.J.-iki həftədən bir burada kiçik ofis binasında təxminən 20 gəmi nəqliyyatı menecerlərinin növbəti yığıncaqlarına toplaşırlar. Onlar uzun konfrans stolu arxasında əyləşir, bublik və qəhvədən dadaraq bir qədər söhbət edir və sonra isə yükləri Atlantik Okeanından keçirmək üçün təyin edəcəkləri qiyməti müzakirə edirlər.
Bir detal istisna olmaqla hər bir şey qaydada baş verir. Onlar eyni şirkət üçün işləmirlər. Onlardan hər biri guya biznes sahəsində rəqabət aparan müxtəlif gəmi nəqliyyat şirkətini təmsil edirlər. ABŞ anti-inhisar qanununa əsasən bu işlə məşğul olanların əksəriyyətinin işi məhkəməlik ola bilər.
Lakin gəmi nəqliyyatı digər biznes sahələrinə bənzəmir. ABŞ-ın Sea-Land Service Inc. şirkətindən tutmuş Danimarkanın A.P. Moller/Maersk Line şirkətinə kimi dünyanın bir çox böyük gəmi nəqliyyatı şirkətləri on illər boyu on milyard dollarlıq yük üçün tarifləri müəyyən edən kiçik kartelin üzvləridir.
Dəniz vasitəsilə idxal və ya ixrac olunan ABŞ istehlak mallarının əksəriyyəti müəyyən dərəcədə təsirə məruz qalır. Əslində hər bir böyük gəmiçilik marşrutu üzrə biri olmaqla bir neçə karteldən ibarət olan kartel idxalçı və ixracçılara daşınma müqavilələrinin nə vaxt başladığını və nə vaxt bitdiyini deyə bilər. Onlar hər hansı limana üstünlük verməklə çox tələbat olan ticarət sahəsini bütöv şəhərdən uzaqlaşdıra bilərlər. Gəmi nəqliyyat sənayesi Konqres tərəfindən antiinhisar qanunlarından azad edildiyinə görə bunlar hamısı qanuni hesab edilir.
Ədliyyə nazirliyinin anti-inhisar məsələləri üzrə keçmiş rəsmisi Robert Litanın dediyi kimi "bu mövcud olan ən son qanuniləşdirilmiş qiymətqoyma tədbirlərindən biridir. Aviaşirkətlər və banklar bunu edə bilməzlər, lakin əgər siz okean gəmi nəqliyyat şirkətisinizsə heç nə sizə qiymət qoymaqda mane ola bilməz."
Üzvlərinin həddindən çox gəmi hazırlanmasının qarşısını ala bilməməsi səbəbindən kifayət qədər güclü olmasa da, onları gəmiçiliyin OPEK-i adlandırmaq olar. Daha böyük biznesə nail olmaq üçün, bəzi gəmiçilik kartellərinin öz üzvləri kartel qiymətlərini azaldır və ya böyük müştərilərlə xüsusi sazişlər bağlayırlar. Həmçinin onlar eyni bazarda qiymətləri aşağı səviyyədə saxlayan rəqiblərin peyda olması ilə də üzləşirlər.
Lakin, hazırda Amerika şirkətləri dünya ticarətinə daha çox nüfuz etdikcə, bu sənaye sahəsi ABŞ iqtisadiyyatında daha böyük rol oynayır. Dəniz vasitəsilə ixrac son iki ildə 26%, on illiyin başlamasından bəri isə 50% artmışdır, istehlakçılara təsiri isə ölçmək çətindir.
Nəqliyyat xərcləri əksər malların qiymətlərini 5% - 10% artırmışdır və daşıma tariflərinin artmasının yükü adətən istehlakçıların üzərinə düşür. 1993-cü il tarixdə 5 milyard dollarlıq kənd təsərrüfatı ixracını öyrənən Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi məhdud araşdırmada kartellərin daşıma tariflərini 18%-ə qədər artırdığı müəyyən edilmişdi. Federal Ticarət Komissiyası tərəfindən 1995-ci ildə hazırlanan digər bir hesabata əsasən gəmiçilik şirkətlərini kartel qiymətlərini pozması halında müqavilə qiymətlərinin təxminən 19% daha aşağı olduğu aşkar edilmişdi.
Detroitdəki Wayne State Universitetinin nəqliyyat üzrə professoru Con Teylorun fikrincə "kartellərin bütün tərkibi anti-istehlakçıdır. Onlar qiymətləri yüksək səviyyədə saxlanılması üçün “yaradılmışdır”.
Bəzi tədbirlər nəticəsində bütün bunların dəyişdirilməsi nəzərdə tutulur. ABŞ senatı, on illikdə ilk dəfə, üzvlərinin idarə olunmasında güclərini azaltmaqla kartelləri zəiflədəcək qanun layihəsini nəzərdən keçirir. Texas senatoru Belli Haçison tərəfindən irəli sürülən bu layihə çoxluğun lideri Trent Lott da daxil olmaqla bəzi yüksək çinli Respubiikaçılar tərəfindən də dəstəklənirdi. .. .
Səkkiz onillikdir ki, gəmiçilik kartelləri 1916-cı ildə kartellərin etibarlı xidmətini təmin edəcəyini düşünən gəmiçilik sahəsindəki müştərilərin istəyi ilə qəbul edilmiş Gəmiçilik Qanunu ilə Konqres tərəfindən müdafiə olunur. Qanuna yalnız iki dəfə, 1961 və 1984-cü illərdə əhəmiyyətli düzəlişiər edilsə də, hər iki dəfə bu sənaye sahəsinin toxunulmazlığı dəyişilməz qaldı.
Ən son böyük araşdırma 1991-ci ildə konqres komissiyası tərəfindən həyata keçirilmişdir. 100-dən çox şahid dinlənilmiş, 250 səhifəlik hesabat hazırlanmış və heç bir nəticə və ya tövsiyələr verilməmişdir. .. .
Konqresdə illərlə fəaliyyətsizliyin mövcudluğunun səbəbi laqeydlik və ya müxtəlif qruplar tərəfindən lobbiçilik fəaliyyəti ola bilər. Məsələn, tərsanə işçiləri gizli müqavilələrin gəmiçilik şirkətlərinə yükü ittifaqın xəbəri olmadan qeyri-ittifaq işçilərinə ötürməsinə imkan verəcəyindən qorxurlar. Gəmiçiliklə bağlı araşdırmalar aparan Miçiqan Universitetinin iqtisadçısı Devid Butzun fikrincə seçicilər bu məsələ ilə maraqlanmır; kartellər aktual mövzu deyillər. Onun dediyinə görə "o, diqqəti cəlb etmir. Müştərilər malik olduqları təsir imkanından xəbərsizdirlər."
Mənbə: The Wall Street Journal. 7 oktyabr 1997-ci il. səh. A1. © 1997 Dow Jones & Co. Inc. DOW JONES & CO INC-in icazəsi ilə Müəlliflik Hüququ Mərkəzi vasitəsilə Dərslik formatında hazırlanmışdır.

Əlbəttə, Cil də eyni qaydada düşünə bilər. Belə olarsa, Cek və Cil hər biri şəhərə 40 qallon gətirəcək. Ümumi satış 80 qallon olacaq, qiymət isə 40 dollara düşəcək. Beləliklə, duopolistlər nə qədər istehsal etməklə bağlı qərar verərkən ayrı-ayrılıqda öz maraqlarını güdərlərsə, onlar birlikdə inhisar həcmindən artıq miqdarda istehsal edəcək, inhisar qiymətindən aşağı qiymət təyin edəcək və inhisar mənfəətindən az məcmu mənfəət əldə edəcəklər.


Şəxsi maraq məntiqinin, duopoliya məhsul buraxılışını inhisar səviyyəsindən yüksək olmasına səbəb olmasına baxmayaraq, bu duiopoloistin rəqabətli paylaşdırmaya nail olmasını təmin etmir. Hər bir duopolistin 40 qallon istehsal etdiyi halda nə baş verdiyinə nəzər salın. Qiymət 40 dollar olur və hər duopolist
1 600 dollar mənfəət götürür. Bu halda Cekin şəxsi maraq məntiqi onun başqa bir nəticəyə gəlməsinə səbəb olur:
"İndi mənim mənfəətim 1 600 dollardır. Təsəvvür edək ki, istehsalımı 50 qallona qədər artırıram. Bu halda ümumilikdə 90 qallon su satılacaq və bir qallonun qiyməti 30 dollar olacaq. Onda mənim mənfəətim cəmi 1 500 dollar olacaq. İstehsalı çoxaldıb qiyməti aşağı salmaqdansa 40 qallon istehsalı saxlamaq daha yaxşı olardı."
Cek və Cilin hər birinin 40 qallon istehsal etdiyi məhsul buraxılışı tarazlığın müəyyən formasını təşkil edir. Əslində bu məhsul buraxılışı Nəş tarazlığı adlandırılır. (Həyatı "Gözəl təfəkkür" kitabı və filmində canlandırılmış iqtisadi nəzəriyyəçi Con Nəşin şərəfinə adlandırılmışdır). Nəş tarazlığı bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin digərlərinin artıq seçdikləri strategiyanı nəzərə alaraq, hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır. Bu halda Cilin 40 qallon istehsal etdiyini nəzərə alaraq Cek üçün ən yaxşı strategiya 40 qallon istehsal etməkdir. Eyni qaydada, Cekin 40 qallon istehsal etdiyini nəzərə almaqla Cil üçün ən yaxşı strategiya 40 qallon istehsal etməkdir. Bu Nəş tarazlığı əldə edildikdə nə Cek, nə də Cil fərqli bir qərar çıxarmaq niyyətində olmayacaqlar.
Bu misal əməkdaşlıqla şəxsi maraqlar arasında gərginliyi əks etdirir. Oliqopolistlər üçün əməkdaşlıq etmək və inhisarçı səviyyədə məhsul buraxılışına nail olmaq daha yaxşı olardı. Lakin, onlar şəxsi maraqlarını güddüklərindən, inhisar məhsul buraxılışına çataraq birgə mənfəətlərini maksimallaşdıra bilmirlər. Hər bir oliqopolist istehsalı artırmaq və bazarın daha böyük payını zəbt etməyə çalışır. Onlardan hər biri bunu etməyə çalışdığından məcmu istehsal artır, qiymət isə düşür.
Eyni zamanda, şəxsi maraqlar heç də bazarı tam olaraq rəqabətli məhsul buraxılışına gətirib çıxarmır. İnhisarçılar kimi, oliqopolistlər də istehsal həcminin artırılmasının onların əmtəələrinin qiymətinin düşməsinə səbəb olduğundan xəbərdardırlar. Bu səbəbdən, onlar rəqabət aparan firmaların qiymətin marjinal maya dəyərinə çatdığı nöqtəyə qədər istehsalı davam etdirmələrini tələb edən qaydaya sona qədər əməl etmirlər.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin