MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


Dustaqların Dilemması və Cəmiyyətin Rifahı



Yüklə 2,04 Mb.
səhifə13/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Muhazire

Dustaqların Dilemması və Cəmiyyətin Rifahı
Dustaqların dilemması əksər həyat situasiyalarını təsvir edir və hətta əməkdaşlığın oyundakı hər iki oyunçuya fayda gətirdiyi halda belə əməkdaşlığın saxlanılmasının çətin olduğunu göstərir. Aydındır ki, əməkdaşlığın olmaması bu situasiyalarda maraqlı tərəflər üçün problemdir. Lakin, əməkdaşlığın olmaması bütövlükdə cəmiyyət üçün problemdirmi? Cavab şəraitdən asılıdır.
Bəzi hallarda, əməkdaşlığın olmadığı tarazlıq həm cəmiyyət, həm də oyunçular üçün pisdir. Təsvir 6-da silahlanma yarışı oyununda həm Birləşmiş Ştatlar və Sovet İttifaqı sonda risk altında qahr. Təsvir 6-dakı ortaq sərvətlər oyununda Texaco və Exxon tərəfindən qazılmış əlavə quyular sadəcə israfçılıqdır. Hər iki halda, hər iki oyunçunun əməkdaşlıq etməsi cəmiyyət üçün daha faydalı olardı.
Əksinə, oliqopolistlərin inhisar mənfəətinə nail olmaq istədiyi halda əməkdaşlığın olmaması bütövlükdə cəmiyyət nöqteyi-nəzərindən arzuolunandır. İnhisar məhsul buraxılışı oliqopolistlər üçün yaxşı olsa da, məhsul istehlakçıları üçün pisdir. Fəsil 7-dən göründüyü kimi, məcmu izafiliyi maksimallaşdırdığından rəqabətli məhsul buraxılışı cəmiyyət üçün daha yaxşıdır. Oliqopolistlər əməkdaşlıq edə bilmədikdə onların istehsal həcmi optimal səviyyəyə yaxın olur. Başqa sözlə desək, "gözəgörünməz əl" yalnız bazarlar rəqabətli olduqda və bazardakı firmalar bir-biri ilə əməkdaşlıq edə bilmədikdə resursların səmərəli paylaşdırılması üçün bazarları idarə edir.
Eyni qaydada, polisin iki şübhəli şəxsi dindirdiyi halı nəzərdən keçirmək olar. Polislərə daha çox cinayətkar tutmaq imkanı verdiyindən şübhəli şəxslər arasında əməkdaşlığın olmaması anlaşılandır. Dustaqların dilemması dustaqlar üçün dilemma olsa da qalan hamı üçün faydalıdır.
Nə Üçün İnsanlar Bəzən Əməkdaşlıq Edir
Dustaqların dilemması əməkdaşlığın çətin olduğunu göstərir. Lakin bu qeyri-mümkündürmü? Heç də bütün dustaqlar polis tərəfindən dindirildikdə öz ortaqlarını satmaq qərarına gəlmirlər. Bəzən kartellər ayrı-ayrı üzvlərin xəyanət etmək istəyinə baxmayaraq razılaşma üzrə fəaliyyəti həyata keçirməyə nail ola bilirlər. Əksər hallarda oyunçuların dustaqların dilemmasını həll edə bilməsinin səbəbi onların bu oyunu bir dəfə deyil, dəfələrlə oynamasıdır.
Təkrar oyunlarda əməkdaşlığın təmin edilməsinin nə üçün asan olduğunu görmək üçün duopolistlər olan Cek və Cilə qayıdaq. Yadınıza salın ki, Cek və Cil hər birinin 30 qallon istehsal etməklə inhisar məhsul buraxılışına nail olmaq istəsələr də, şəxsi maraq onları hər birinin 40 qallon istehsal etdiyi tarazlığa gətirib çıxardı. Təsvir 7-də onların oynadığı oyun göstərilmişdir. 40 qallonun istehsal edilməsi bu oyundakı hər iki oyunçu üçün dominant strategiyadır.

Cek və Cilin kartel yaratmağa çalışdığını təsəvvür edin. Məcmu mənfəəti maksimallaşdırmaq üçün onlar hər birinin 30 qallon istehsal etdiyi birgə məhsul buraxılışı üzrə razılığa gəlirlər. Əgər, Cek və Cil bu oyunu ilk dəfə oynayırlarsa, onlardan heç biri razılaşmaya əməl etmək niyyətində olmayacaq. Şəxsi maraq onların hər ikisini razılaşmaya əməl etməməyə və 40 qallon istehsal etməyə təhrik edir.
İndi isə Cek və Cilin eyni oyunu hər həftə oynayacağını təsəvvür edin. Onlar istehsalın aşağı səviyyədə saxlanılması üzrə ilkin razılaşmanı əldə edərkən, hər hansı tərəfin bu razılaşmanı pozması halında nə baş verəcəyini də təsbit edə bilərlər. Məsələn onlar belə bir razılığa gələ bilərlər ki, əgər onlardan biri razılaşmanı pozarsa və 40 qallon istehsal edərsə, bundan sonra həmişə onların hər ikisi 40 qallon istehsal edəcək. Bu cəriməni həyata keçirmək asandır, çünki, bir tərəf istehsalın səviyyəsini qaldırarsa, digər tərəfin eyni şeyi etmək üçün bütün əsasları olacaq.
Bu cərimənin qorxusu əməkdaşlığın qorunması üçün lazım olan şeydir. Hər bir kəs razılaşmanın pozulmasının onun mənfəətini 1 800 dollardan 2 000 dollara qaldıracağını bilir. Lakin bu mənfəət yalnız bir həftə davam edəcək. Ondan sonra mənfəət 1 600 dollara düşəcək və həmin səviyyədə qalacaq. Oyunçuların gələcək mənfəətdə kifayət qədər maraqları olduğundan onlar razılaşmanın pozulmasından əldə ediləcək gəlirdən imtina etmək qərarına gələcəklər. Beləliklə, dustaqların dilemmasının təkrarlandığı oyunda iki oyunçu birgə məhsul buraxılışına asanlıqla nail ola bilər.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin