10.Kəmiyyət budaq cümləsi
baş cümlədəki hərəkət və ya əlamətin kəmiyyətini
bildirir.Ya baş cümlədə budaq cümlənin qəlibi olur,budaq
cümlə vasitəsilə
konkretləşdirilir, dəqiqləşdirilir,yaxud da budaq cümlə vasitəsi ilə baş cümlədəki hərəkət
və ya əlamətin kəmiyyətini müəyyənləşdirir;məs.:
Mən rayona gedəndə nə qədər
tələsirdimsə,kəndə qayıdanda da o qədər könülsüz yeriyirdim.(Ə.V);O nə qədər
bacarırdı,yedi,gizlədi, bağışladı.(Ə.V)
Baş və budaq cümlənin yerinə,bağlayıcı vasitələrə görə kəmiyyət buda cümləsinin iki
tipi var:
I tip.Budaq cümlə baş cümlədən sonra işlənib ona
ki
bağlayıcısı ilə bağlanır.Baş
cümlədə
budaq cümlənin qəlibi kimi
o qədər,o kəmiyyətdə,o miqdarda
sözləri işlənir və
budaq cümlə vasitəsilə izah edilir.Məs.:
Lalənin məhəbbəti mənə o qədər güc və qüvvət
vermişdir ki,lap günü bu gün dağın başına qalxacağam.(Ə.V);Vallah,qurban olduğum
Allahın o qədər səbri var ki,nə həddi var,nə hesabı.(Ə.H)
II tip.Budaq cümlə baş cümlədən əvvəl işlənir və ona
nə qədər,hər nə qədər
bağlayıcı
sözlərlə bağlanır.Baş cümlədə isə qarşılıq bildirən
o qədər,o qədər də,bir o qədər,bir o
qədər də
sözləri işlənir və budaq cümlə vasitəsilə konkretləşdirilir və aydınlaşdırılır.
Məsələn:
Nə qədər sifariş etmişdiniz,o qədər də gətirmişəm;Nə qədər eşitməsən,o qədər
qanın duru qalar.(S.R);Xan neçə mütəkkə demişsə,Mirzə də o miqdarda qotazlı mütəkkəyə
söykənmişdi.(Ə.H)
Dostları ilə paylaş: