15.2.2.Qoşulma budaq cümləsi və onun tipləri
Qoşulma budaq cümləsi baş cümlədən sonra gələrək,onun
məzmununa qiymət
verir,ya da ona aid əlavə məlumat verir.Məs.:
Qız şalının saçaqlarını didməklə məşğul idi
ki,bu da onun bir qədər hirsləndiyini göstərirdi.(Ə.Ə);Qazanc gətirən bir oğlum var idi
ki,onu da sən əlimdən aldın.(Ə.V)
Qoşulma
budaq cümləsinin bir tipi olub,budaq cümlə baş cümlədən sonra gəlir,baş
cümləyə aşağıdakı vasitələrlə bağlanır.Buda
cümlədə işlənən
bu,o
əvəzlikləri
əlaqələnməyə kömək edir.Əvəzliklərin yanında çox vaxt
da (də)
ədatı işlənir.
1.Budaq
cümlə baş cümləyə
ki
bağlayıcısı ilə bağlanır.Məs.:
Məni bu bəlalardan
qurtaracaq bir adam var ki, o da sənsən.
2.Budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır.Məs.:
Bircə papirosluq tütünüm
var,bunu da elə axır gün üçün saxlamışam.(Ə.Ə)
3.Budaq cümlə baş cümləyə isə ədatının şəkilçiləşmiş forması ilə bağlanır.Məs.:
Yer
üzündə bir sarsaq şey varsa,o da hər fəslin öz vədəsində gəlməməyidir.(Ə.Ə)
Ədəbiyyat
1.B.Xəlilov.Müasir Azərbaycan dili.Sintaksis.Bakı,2017
2.Ə.Abdullayev,Y.Seyidov,A.Həsənov.Müasir
Azərbaycan dili, IVh. Sintaksis,
Bakı,2007
3.Q.Kazımov.Müasir Azərbaycan dili.Sintaksis,Bakı,2010