Təsərrüfat sahəsi əlamətinə görə yüklər aşağıdakı qruplara bölünür:
sənaye (filiz, kömür, neft, metal, sənaye məmulatları, meşə və s.);
kənd təsərrüfatı (taxıl, süd, tərəvəz, meyvə, pambıq, mal-qara və s.);
tikinti (beton, sement, dəmir-beton, qum, daş, panellər, tikinti blokları və s.);
ticarət (ərzaq məmulatları və sənaye malları, ictimai iaşə yükləri və s.);
digər yüklər (zibil, torpaq, ərzaq tullantıları, yumşaq taralar, baqaj və s.).
Spesifik xüsusiyyətlərinə və daşınma şəraitinə görə bütün yüklər 11 qrupa bölünür (tez xarab olan, giroskopik, müxtəlif iyləri asan akkumulyasiya edən, spesifik iyə malik olan, donub yapışan, təhlükəli və s.).
Nəqliyyat təsnifatına görə yüklər: quru (əsas), maye (süzülən) və canlı (canlı mənşəli).
Yükləmə-boşaltmanın təşkili əlamətinə görə yüklər: ədədi (miqdarı sayılmaqla təyin edilən), qalaqlanan (üst-üstə qalaqlanmış şəkildə daşınan), tökülən (adətən, özüboşaldanlarla daşınan) və maye halında (adətən, sisternlərlə və ya hermetik tara ilə daşınan) olurlar.
Dostları ilə paylaş: |