Mühazirə 2 Hovard Qardner



Yüklə 26,71 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü26,71 Kb.
#37817
növüMühazirə
  1   2   3   4
Mühazirə 2


Mühazirə 2

Hovard Qardner.
Müxtəlif üsullarla dərketmə nəzəriyyəsi və Təhsil.


Hovard Qardnerin müxtəlif üsullarla dərketmə ilə bağlı işi ABŞ təhsilində düşünməyə və praktikaya böyük təsir göstərmişdir.

Mən uşaqlarımın dünyanı anlamalarını istəyirəm. Ona görə yox ki, dünya möhtəşəmdir və insanın beyni həmişə bu barədə düşünür. Mən onların dünyanı anlamalarını ona görə istəyirəm ki, onların bu məkanı yaşamaq üçün daha yaxşı yer etməyə imkanları olsun. Bunu anlamaqda əsas məqsəd bizim kim olduğumuzu və nəyə qadir olduğumuzu dərk etməkdir. Bunun üçün biz anlamamızı özümüz idarə edə bilərik. Dərketmə bacarığı vasitəsilə biz bu qəribəliklər dolu dünyada yaxşılıq və ya pislikləri anlayırıq.

Hovard Qardnerin “Əqlin çərçivəsi. Müxtəlif üsullarla dərketmə nəzəriyyəsi” adlı klassik işi bu baxımdan diqqət cəlb edir.

Psixometrikanın çiçəkləndiyi dövrdə və bilik, bacarıqların davranışlarla ölçüldüyü bir zamanda belə bir inanc var idi ki, dərketmə irsən keçən bir mahiyyətdir. Bu ağ kağız kimi təmiz olaraq dünyaya gələn insanın hər hansı bir məsələ ilə bağlı təlimləndirilməsi kimi qəbul edilmir. Bu gün artan tədqiqatlar bunun əksini göstərir. Burada bir-birindən sərbəst olan müxtəlif dərrakə növlərinin mövcudluğu təsdiq edilir. Hər dərrakənin özünün zəiflikləri və məhdudiyyətlərinin olduğu və əslində, əqlin anadan gəlmə sərbəst olduğu təsdiq olunur. (Qardner, l993) Bu istiqamətdə aparılan ən sanballı tədqiqatlardan biri də Qardnerin işi olmuşdur. O düşünmənin vahid mahiyyət olduğunu, bunun yeganə faktordan əmələ gəldiyini və onun sadəcə İQ test vasitəsi ilə ölçülə bildiyini anlamışdır. Alim, həmçinin Piaqetin idraki inkişaf işini də yoxlamışdır. O, sübutlar gətirərək göstərməyə çalışmışdır ki, hər bir zaman uşaq düşünmənin inkişafının müxtəlif mərhələlərində ola bilər. Məsələn, rəqəmləri, vizual/məkan anlayışları inkişaf etdirən mərhələdə.

Hovard Qardner əvvəl yeddi dərketmə üsulunu müəyyən etmişdir. Onun siyahısı müvəqqəti idi. İlk ikisi məktəblərdə tipik olaraq qəbul edilmişdi (linqvistik, məntiqi riyazi). Növbəti üçü incəsənətlə əlaqələndirilir (vizual-məkan, səs musiqi, bədən–kinestik) və nəhayət, sonuncu ikisi Hovard Qardner tərəfındən «fərdi dərketmə» deyə adlandırılırdı (Qardner, 1999).

Linqvistik/söz dərketməsi dili öyrənmək və müəyyən tapşırıqları həyata keçirmək üçün dildən istifadə etməklə yazılı və şifahi nitq bacarığını inkişaf etdirir. Bu dərketməyə linqvistik məlumatların yadda saxlanılması, fikirlərin nəzəri və ya ədəbi şəkildə ifadə edilməsi üçün dildən səmərəli istifadə bacarığı daxildir.

Məntiqi/riyazi dərketmə problemləri məntiqi analiz etməkdən, riyazi əməliyyatları həyata keçirməkdən və məsələləri elmi yolla araşdırmaqdan ibarətdir. Hovard Qardnerin sözlərinə görə, bu numunələrə müəyyənləşdirmə, dedaktiv əsaslandırma daxildir.

Səs/musiqi dərketməsinə ritm, ton bəstələmək bacarığı daxildir. Hovard Qardnerin musiqili dərketməsi linqivistik dərketmə ilə demək olar ki, eyni strukturdadır.

Bədən/kinestik dərketməsi birinin problemi həll etmək üçün bədənindən və ya bədənin hissələrindən istifadə etmə potensialını əks etdirməsidir. Bu, bədən hərəkətlərinin istiqamətləndirilməsi üçün əqli bacarıqların istifadəsi deməkdir. Hovard Qardner bədən və əqli fəaliyyəti əlaqəli görür.


Yüklə 26,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin