Mühazirə 3 Coğrafiyanın tədrisi metodikası 2


Təlimin təşkili forması müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə



Yüklə 341,67 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix02.01.2022
ölçüsü341,67 Kb.
#36953
növüMühazirə
1   2   3   4
ctm 2 muhaz 3 vord (1)

Təlimin təşkili forması müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə 

cərəyan edən birgə fəaliyyətinin ifadəsidir.  

Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsəd və 

məzmunu onun təşkili forması ilə həyata keçirilir. Məzmun formanı müəyyən edir 

və onunla reallaşır. Buna görə də təlimin səmərəli formalarının seçilməsi böyük 

əhəmiyyətə malikdir.  

Təlimin müxtəlif  formalarda tədris edilməsi   tarixi çox qədimdir.  Tədris 

prosesində fərdi təlim formasının tarixi çox qədimdir.  XIII-XVI əsrlərdə təhsil 

müəssisələrində əsasən fərdi təlim forması tətbiq edilirdi.   XVI-XVII əsrlərdən 

başlayaraq  sinif-dərs forması  tətbiq edilməyə başladı. XVI-XVII əsrlərdə Yan 

Amos Kamenski (1592-1670) ümumi pedaqoji nəzəriyyəni inkişaf etdirərək 




yüksək səviyyəyə qaldırmışdır. Kamenskinin fərdi təlimin əksinə olaraq dərs-sinif 

sisitemi, birgə təlimi zəruri hesab edib. Sinif dərs formasının təşkili, əhəmiyyətni 

əsaslandırmışdır. Sonrakı dövrlərdə müxtəlif  təlim formaları tətbiq edilsə də 

müvəqqəti xarakterli olmuşdur. Lakin sinif dərs sistemi  indiyədək aktuallığını 

itirməmişdir.    

XVIII-XIX əsrlərdə  standart təlim sistemi və  qarşılıqlı təlim forması da istafadə 

olunurdu.  

XX əsrin əvvəlində – fərdiləşdirilmiş tədris sistemi –dalton plan  meydana çıxdı. 

Bu təlim forması  H.Parkherst tərəfindən   ABŞ- da Massaçusetes ştatında 

yaradılmışdır. Dalton   şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin  

mahiyyəti aşağıdakı kimidir: dərsin təşkilində  şagirdlər ümumi sinif fəaliyyətindən 

asılı olmurlar, onlar məşğələ dərslərinin seçilməsində, fənləri hansı ardıcıllıqla 

öyrənilməsində, iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində 

hər bir şagird 

müəllimlə 

müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə 

yetirilməsinə dair kontrakt bağlayırdı. Dalton Plan tədrisi şagirdlərin qabiliyyətinə 

uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş 

metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. Bu təlim forması 

indi də ABŞ –da bəzi ştatalarda təhsil ocaqlarında yuxarı siniflərdə tətbiq edilir. 

30

-cu illərdə keçmiş sovet İttifaqı ərazisində təhsil  müəssisələrində 



 l

aborator-

briqada təlim forması geniş yayılmışdı. Bu təlim forması dalton planda olduğu 

kimi müəllimin  fəaliyyətinin  azaltmağa xidmət edirdi. Belə ki, 7-8 nəfərdən ibarət 

briqada  müəllimdən tapşırıq alırdı, sonrakı mərhələdə isə  şagirdlərin içərisindən 

seçilmiş briqadir müəllimdən məsləhət alır  və digərlərinə çatdırırdı.  İşin 

yekununda  şagirdlərin hər biri  iştirak edir, onların cavablarına briqadir məsuliyyət 

daşıyırdı. Labarotor- briqada və dalton plan təlim formaları öz əsasını  XVIII əsrdə 

avropada yayaılmış lankaster təlim formasından almışdı. Qərbi Avropada geniş 

yayılmış  lankaster formasının  mahiyyəti ondan ibarət idi ki, müəllim şagirdləri 

qruplara ayırır. 8-10 nəfərlik qruplara  onların içərisindən seçilmiş  lider başçılıq 

edir.İnformasiyaları, tövsiyyələri müəllimdən yalnız yalız seçilmiş liderlər ala 

bilirlər.    

Bəzi pedaqoqlar təlim formalarından istifadənin mövzunun  məzmunundan asılı 

olaraq hər birisinin tətbiqini məqsədəuyğun  sayır. Buna nümunə olaraq amerikalı 

pedaqoq L. Trampın təklif etdiyi Tramp- plan sistemi (XX əsr) ni nümunə 

gətirmək olar. L.Tramp  təlimin kollektiv, qrup və fərdi formalarını uzlaşdırmağa 

əsaslanır.  Bütün təlim vaxtının 40%-ni kollektiv məşğələlərə, 20%-ni qrupla işə, 

40%-ni isə fərdi işə ayırmağı təklif edirdi. 



Dərsin  uğurla həyata keçirilməsində, mövzunun mənimsənilməsində təlim forması 

ən mühüm faktorlardan biridir. Dərsin hansı təlim  formasında təşkil edilməsi  cari 

planlaşmada  qəbul edilir.  Hazırda dünya praktikasında  qrup  təlim forması (XX 

əsrin ortasından) daha geniş yayılmışdır. Qrup təlim forması fəal təlimə əsaslanan  

müasir dərslər  səciyyəvidir.   

Hazırda coğrafiya  dərslərinin  təşkil edilməsi əsasən  fərdi, cütlərlə, sinif, frontal 

və kollektiv təlim  formalarından daha cox istifadə edilir:   

Fərdi iş-  şagirdlərin  potensial imkanlarının müəyyənləşdirilməsi və onların 

müstəqil fəaliyyət göstərməsi üçün geniş imkan yaradır. Lakin rəqabət və 

müqayisə olmadığına görə fərdi işin  stabilliyi  tənzimlənmiş halda olmur.  

Şagirdin fəaliyyətini izləmək, potensialimkanlarını müəyyənləşdirmək və inkişaf 

etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real 

imkanlar yaradır Fərdi  məsuliyyətlərə aşağıdakılar daxildir: 

çalışmaq; 



soruşmaq; 

kömək etmək; 



etiket qaydalarına riayət etməkdir. 

Cütlərlə iş son illərdə geniş yayaılmış təlim formalarından biridir.  Cütlərlə 

iş zamanı uşaqların hər hansı problemin həllində biri-birinə köməklik 

göstərmələrinə, məsuliyyətlərini dərk etmələrinə imkan yaranır. Şagirdlərin hər 

ikisi fəal olur. Lakin  cütlərlə iş daim nəzarətdə olmalıdır. Cütlərdən birinin güclü 

olması digərinin passivliyinə səbəb ola bilər.   İki şagirdin tapşırıqları birgə yerinə 

yetirməsidir. Bu forma şagirdlərə daha yaxından əməkdaşlıq etməyə, ünsiyyət 

qurmağa, məsuliyyəti bölməyə imkan yaradır.  

Qrup işi hazırda daha çox tətbiq edilən təlim formasıdır.  Qruplarla iş (3-4 

nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq və 

müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar 

müstəqil fikir söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər. 

Qrup işi fərdi təlimdən bir çox keyfiyyətlərinə görə fərqlənir:  

a.  fərdi təlim şəraitində - şagird yalnız öz nəticəsi  üçün məsuliyyət daşıyır, 

kollektiv yəni qrup təlimində isə şagirdlər bir-birinin nəticələri üçün 

məsuliyyət daşıyırlar. 

b.  fərdi təlim şəraitində- qarşılıqlı asılılıq yoxdur, kollektiv yəni qrup 

təlimində isə yaxşı mənada qarşılıqlı asılılıq var. 

c.  fərdi təlim şəraitində - öz nəticəsi üçün hesabatlılıq yoxdur, kollektiv yəni 

qrup təlimində isə öz nəticəsi üçün hesabatlılıq  var. 



d.  fərdi təlim şəraitində- İctimai bacarıqların inkişafı nəzərdə tutulur, 

kollektiv yəni qrup təlimində isə ictimai bacarıqların inkişafı tədris edilir 

və gücləndirilir. 

e.  fərdi təlim şəraitində- müəllim ilkin məlumat mənbəyidir, kollektiv yəni 

qrup təlimində isə şagird əsas məlumat mənbəyidir. 

f.  fərdi təlim şəraitində- müəllim müdaxilə edir, kollektiv yəni qrup 

təlimində isə müəllim qarşılıqlı fəaliyyətdə olur. 

g.  fərdi təlim şəraitində- bir lider müəyyən edilir, kollektiv yəni qrup 

təlimində isə  liderlik bölüşdürülür. 

h.  fərdi təlim şəraitində- qrup fəaliyyəti baş vermir, kollektiv yəni qrup 

təlimində isə  fəaliyyət qrupda baş verir. 

i.  fərdi təlim şəraitində- əsas məqsəd tapşırığı yerinə yetirməkdir, kollektiv 

yəni qrup təlimində isə əsas məqsəd tapşırığı bir-birin dən öyrənərək və 

bir-birini öyrədərək yerinə yetirməkdir 

Qrupların  sinifdə oturması müxtəlif formalarda ola bilər: dəyirmi masa, ayaqüstü 

və s. Əsas odur ki şagirdlər bir-birini görə bilsin, üz-üzə olma şəraiti yaransın.   

Qrupların tərkibinin əhəmiyyəti böyükdür. Şagirdləri qruplara ayırarkən onların 

müxtəlifliyinə diqqət yetirmək lazımdır.   

1.  Şagirdlərin fiziki-fizioloji vəziyyəti nəzərə alınmaqla ( nitq qüsuru, pis 

görməsi və s) 

2.  Şagirdləri sosial vəziyyətinin nəzərə alınması  

3.  Şagirdlərin idrak səviyyəsinin nəzərə alınması 

4. Şagirdlərin dərketmə səviyyəsinin  nəzərə alınması 

5. Şagirdlərin psixi inkişafının nəzərə alınması 

6. Şagirdlərin maraqlarının nəzərə alınması 

          7. Şagirdlərin etnik və irqi fərqlərinin nəzərə alınması  

Qrupların tərkibində şagirdlərin sayı müxtəif ola bilər. Sayına görə qruplar   2 

qrupa ayrılır. 

1. kiçik qruplar- 3-6 nəfər şagirdin formalaşdırdığı qrup. 

2. Böyük qruplar- 7 və daha artıq şagirdin birgə fəaliyyəti  

Qrup işinin müsbət tərəfləri  


Yüklə 341,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin