5.Qrup üzvlərinin suallarına cavab vermək, çətinlik olanda kömək etmək;
6.Şagirdlərin və qrup işinin gedişinin müsbət və mənfi cəhətlərini qeyd etmək və
qiymətləndirmə zamanı bunu müzakirə etmək. Şagirdlərə köməkl göstərmək.
Qrup işində şagirdlərin də qarşısında tələb və vəzifələr qoyulur.
Şagirdlər üçün qrup işinin qaydaları iri hərflərlə yazılmalı və divrdan asılmalıdır.
Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;
Qrup liderini düzgün müəyyən etmək;
Vaxtdan səmərəli istifadə etmək.
Şagirdlər üçün qrup işinin qaydalarına da qrupdaxili üzvlər tərəfindən ciddi əməl
edilməlidir.
Qrup işi zamanı fəal olmaq
Götürülmüş öhdəliyi yerinə yetirmək və öz davranışına görə məsuliyyət
daşımaq
Bir-birlərini diqqətlə dinləmək
Birgə işləmək, əməkdaşlıq etmək, bir-birlərinə kömək etmək, dəstək vermək
Kollektiv surətdə qrupun öz məqsədlərinə uğurla nail olmasına kömək etmək
Öz nöqteyi-nəzərini söyləmək
Bir-birlərinin ideyalarına hörmətlə yanaşmaq
Öz fikirlərini, ideyalarını biliklə (faktlarla) təsdiq etmək
Xoş münasibətlər mühitinin yaradılmasına kömək etmək, şəxsi tənqidə,
neqativ şərhlərə və təhqirlərə yol verməmək
Münaqişəyə yol verməmək, sözün müsbət mənasında rəqabət aparmaq
Problemin həlli zamanı kompromis yollar axtarmaq
Kənar söhbətlərə yol verməmək, müəllimin verdiyi mövzu üzrə danışmaq
İş zamanı səs salmamaq, intizama riayət etmək
Qrup işi qaydalarına tabe olmaq
Qrup işinin qiymətləndirilməsində müxtəlif formalar tətbiq edilə bilər.
A. Hər birinə ayrı ayrılıqda
B. Liderin fikrini soruşmaqla
C. Qiyməti cəm halında verib –bölgünü öz öhdələrinə buraxmaqla
D. Ekspertlərin fikrini nəzərə almaqla
E. İş bölgüsünə əsasən.... Və s
Qrupların tərkibinin bölünməsi də maraqlı cəhətlərdən biridir. Qrupların
tərkibi müxtəlif olmalı təsadüfü seçilməlidir.
Sinifdə hər zaman eyni tərkibə malik olan qruplar yaranmamalıdır.
Qruplara bölünmənin müxtəlif yolları vardır. Yaş səviyyəsindən asılı olaraq
qruplara bölünmə fərqli olmalıdır.
Qruplara bölünmənin müxtəlif formaları vardır.
1. Rəqəmləri saymaqla- sinifdəki şagirdlərin sayından asılı olaraq müəllim
1-5 rəqəmlərini təkrarlayır. Sonra isə 1-lər, 2-lər və s ayrı ayrılıqda
qruplaşdırılır.
2. Pazlları birləşdirməklə -bŞəkil, xəritə . sxem və s- parçalarında hər kəs öz
hissəsini tapır və tam olur
3. Şagirdləri doğum tarixinə görə - aylar və ya rəqəmlər seçilir. Say fərqli
olsa da maraqlı alınır
4. Mövzudakı suallara görə- əvvəlcədən müəllimin hazırladığı sadə sualların
cavabına görə qruplaşdırma aparıla bilər.
5. Püşkatma yolu ilə....
Coğrafiya dərslərinin təlim formalarından biri kollektiv iş –dir. Kollektiv iş
zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ
bacarıqların inkişafı təmin edilir.Lakin zəif xarakterli şagirdlərin
passivləşməsi sürətlənə bilir.
Distant təlim forması –elektron formadır. Son illərdə yaradılmışdır. Bəzi
pedaqoqlar distant təhsilin qəti əleyhinə çıxırlar.
Son illər distant təhsilin
populyarlığı kəskin şəkildə artıb. Bu, əhalinin bütün təbəqələri üçün ən münasib
və baha olmayan təhsil formasıdır. Distant təhsil ümumiyyətlə hər hansı təhsil
almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı
üçün əlçatan edir. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında
çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji
maneələri dəf etməyə imkan verir. Distant təhsil mobildir və deməli, tələbənin
daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır. Distant
təhsilin məqsədi müasir informasiya texnologiyalarından istifadə etməklə təhsil
alanın ixtisasının artırılmasıdır. Hesab olunur ki, distant təhsil formasını ilk
yaratmaq cəhdi 1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman poçt məktubları
vasitəsilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdrır.
Pedaqoqlar əminliklə bildirirlər ki distant təhsil orta məktəb təhsil sistemi üçün
uyğun gəlmir. Lakin ABŞ, Kanada, Avstraliya və s kimi kənd yaşayış
məntəqələrini dağınıq tipi xarakter olan ölkələrdə tətbiq edilə bilər.
SAĞLAM TƏHSİL SİNİFLƏRİ
Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird
masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir.Sağlam təhsil-
sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini
yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər
amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdır.
İstifadə olunan ədəbiyyat
1.Coğrafiyanın tədrisi metodikası . ali məktəblər üçün dərslik. N Seyfullayeva 2011. Bakı
2.Coğrafiyanın tədrisi metodikası. Ali məktəblər üçün dərslik.O.K.Alxasov 2013 Bakı
3.Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün coğrafiya fənni üzrə təhsil proqramı
( kurikulumu) (vı-xı siniflər) 2012
4.Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün fənn standartları. 2012
5. Intqrativ kurrikulum: Mahiyyəti və nümunələr. Müəllimlər üçün vəsait .(müəllif qrupu) Bakı,
2005 (İREX təşkilatının xətti ilə)
6. Z.Veyisova. Fəal/interaktiv təlim: Müəllimlər üçün vəsait.2007
İnsan hüquqlarının tədrisi.Müəllimlər üçün vəsait.Norveç qaçqınlar şurası.2003
7. www.metodika qeoqraf.narod.ru
8. kurikulum jurnalları