20.Şagirdlərdə öyrənmə fəaliyyətinə həvəs və maraq artır (idrak motivasiyası
ünsiyyət motivasiyası ilə birləşir və öyrənmə motivasiyasını gücləndirir);
21.Mövzunun müxtəlif qavrama üsullarına yönəlişlik;
22.Şagirdin idrak fəaliyyətinin inkişafı.
Qrup təlim formasının tətbiq edilməsi prosesində müəllimin qarşısında müxtəlif
vəzifələri (funksiyaları) durur. Onları iki qrupa ayırmaq olar.
A. Təşkilati məsələlər- yəni qrupların işinin təşkil edilməsində müəllimin vəzifələri
aşağıdakılardır. Müəllim:
1.İşin təşkilini dəqiq ölçüb-biçmək: məqsədləri, planı və işin müddətini müəyyən
etmək;
2.Qrup işi üçün zəruri materialları (qrup işi üçün tapşırıqlar; iş vərəqləri və s.)
hazırlamaq;
3.Qruplara bölmə üsulunu dərsin məqsədlərinə uyğun olaraq öncədən müəyyən
etmək;
4.İştirakçıları qruplara bölmək və yerləşdirmək;
5.Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;
6.İşin yerinə yetirilməsi üzrə dəqiq təlimat vermək və bunu lövhədə yazmaq;
7.İşin yerinə yetirilməsi vaxtını müəyyən etmək;
8.Qrup işinin qaydalarını müəyyən etmək (yada salmaq);
Dostları ilə paylaş: