a. Rus imperiyası dövründə məktəb coğrafiyasının inkişafı.
b. Sovet dövründə məktəb coğrafiyasının inkişafı.
c. Müstəqiilik əldə edilkidən sonra məktəb coğrafiyasında baş verən dəyişikliklər
d. Azərbaycan təhsilinin dünyaya inteqrasiyası
Azərbaycanda məktəb coğrafiyasının əsasını 1909-cu ildə Moskvada təbiət-
coğrafiya kursunu, 1922-ci ildə isə Bakıda Ali Pedaqoji İnstitutu (hazırda ADPU)
bitirmiş Qafur Rəşad Mirzəzadə qoymuşdur. 1911-ci ildə onun «Ümumi
coğrafiya, (birinci hissə)», 1916-cı ildə isə «Ümumi coğrafiya,(ikinci hissə)»
dərslikləri nəşr edilmişdir. Onun 1919-cu ildə nəşr olunmuş «Qafqazın
coğrafiyası» əsəri Rusiyada yaşayan bütün türk dilli xalqlar arasında milli dildə
yazılmış ilk dərslik olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet
hakimiyyətinin qurulması təhsil sistemində köklü dəyişiklərə səbəb oldu. 1920-ci
ilin payızında sovet Azərbaycanının məktəbləri üçün «1920-21-ci dərs ili üçün bir
və iki dərəcəli məktəblərin texniki dərs cədvəli» adı ilə nəşr edilmiş ilk tədris
planında coğrafiyanın bir dərəcəli məktəbin II və V, iki dərəcəli məktəblərin isə I
və II qruplarında (hər qrupda həftədə 3 saat, cəmi 12 saat) tədris edilməsi müəyyən
olundu. Azərbaycan SSR XMK coğrafiya fənn komissiyası həmin tədris planına
müvafiq olaraq texniki proqram layihəsi tərtib edərək yerlərə göndərmişdi.
1921-ci ildə Qafur Rəşid Mirzəzadənin bir dərəcəli məktəblərin IV qrupları üçün
yazdığı «Azərbaycan coğrafiyası» (birinci hissə) tədris vəsaiti çap olundu. Burada
əvvəlcə ümumi coğrafi məsələlərdən bəhs edilir, sonra isə Azərbaycanın
mövqeyi, ərazisi, relyefi, faydalı qazıntıları, iqlimi və əhalisinin məşğuliyyəti
haqqında qısa məlumatlar verilirdi.
1924-cü ildə Qafur Rəşid Mirzəzadənin tədris proqramına uyğun tərtib etdiyi «
Azərbaycan coğrafiyası» (ikinci hissə) tədris vəsaiti çap olundu. Vəsaitdə əvvəlcə
Qafqazın ümumi coğrafi icmalı verilir, sonra Zaqafqaziya və Azərbaycan SSR-in
tabii şəraiti, əhalisinin məşğuliyyəti haqqında ümumi məlumatlar verilirdi. Sonra
isə respublikanın ayrı-ayrı qəzalarının təbii şəraiti və əhalisinin məşğuliyyətindən
bəhs olunur. Proqrama uyğunluğunu və verilən məlumatın genişliyini nəzərə
alınırsa Qafur Rəşadın bu kitabını Azərbaycan SSR coğrafiyası üzrə ilk tədris
vəsaiti hesab etmək olar.
1923-cü il proqramı üzrə bir dərəcəli məktəbin IV qrupunda ümumi coğrafi
məlumatlar, I qrupunda isə əvvəlcə Zaqafqaziyanın ümumi coğrafi icmalı, sonra
isə Azərbaycanın coğrafiyası ətraflı keçilirdi. Proqram yaxından uzağa prinsipi
üzrə tərtib edilmişdi. Azərbaycan SSR-dən sonra Gürcüstan SSR, Ermənistan
SSR, daha sonra isə İttifaqın digər respublika və vilayətləri haqqındakı məlumatlar
öyrənilirdi.
Azərbaycanda coğrafiya elminin eləcə də məktəb coğrafiyasının inkişafında
M.Vəliyevin (Baharlı) xidmətləri böyükdür. O, Kiyev Universitetinin yetirməsi
idi. Azərbaycanda ilk ali təhsilli iqtisadi coğrafiya mütəxəssisi idi. Onun 1920-ci
ildə yazdığı «Azərbaycanın coğrafiyası» kitabında ölkənin ümumi icmalı, təbii
şəraiti, təbii ehtiyatları, əhalinin coğrafiyası və təsərrüfatın inkişaf imkanları və s.
geniş işıqlandırılmışdır.
1921-ci ildə görkəmli yazıçı Yusif Vəzir Çəmənzəmənlinin Azərbaycan
iqtisadiyyatına həsr olunmuş «Tarixi, coğrafi və iqtisadi Azərbaycan» kitabı da öz
dövrünün mükəmməl əsərlərindən biri sayılırdı. Kitab iki hissədən ibarət idi.
Birinci hissə, Azərbaycanın sərhədləri daxilindən, ölkənin təbii şəraiti, təbii
ehtiyatları, ikinci hissə isə Azərbaycan iqtisadiyyatından bəhs olunurdu. Kitabın
özəlliyi ondadır ki, Azərbaycan ərazisi vahid ölkə- Şimali və Cənubi Azərbaycan
kimi təsvir edilir.
Proqram və dərsliklərdə diyarşünaslıq elementlərinin verilməsinə maraq böyük idi.
1925-ci ildə F.Rzabəylinin «Tənəzzəh (ekskursiya) haqqında» məqaləsində
ekskursiyanın təlim-tərbiyə prosesində rolu, keçirilməsi qaydaları, onun
əhəmiyyətindən bəhs olunurdu ki, bu da məktəb coğrafiyasında mühüm yenilik idi.
Azərbaycan xalq maarifi və ilk təhsil tarixində ilk dəfə olaraq 1934-1935-ci tədris
ilində V.İ.Lenin adına APİ-da coğrafiya ixtisası üzrə tələbə qəbulu edildi və
bununla da ilk ali təhsilli coğrafiya müəllim kadrlarının hazırlanmasına başlandı.
Respublikada ali təhsilli coğrafya müəllim kadrlarının hazırlanması ümumtəhsil
məktəblərində coğrafiya fənninin tədrisi keyfiyyətinin yüksəldilməsinə səbəb
olmaqla yanaşı, coğrafiya elminin, coğrafiya tədrisi metodikasının da inkişafına
təkan verdi. V.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsinin məzunlarının elmi-
tədqiqat fəaliyyəti nəticəsində respublikada coğrafiya tədrisi metodikası kimi
xüsusi elm sahəsi yaranmışdır.
30-cu illəritn sonunda ölkədə avtoritar-diktator rejiminin yaranması, digər
sahələrdə olduğu kimi məktəb coğrafiyasında milli kadrların yetişməsinin qarşısını
kəskinliklə aldı.
1950-ci ilə qədər ölkədə demək olar ki, milli dildə bir kitab belə işıq üzü görmədi.
Məktəb coğrafiyasında milli respublikaların tədrisi demək olar ki, dayandırılmışdı.
Lakin 1941-ci ildə qabaqcıl coğrafiya müəllimi və metodisti Vaqif Axundovun
bilavasitə əsaslandırması ilə ölkədə ilk olaraq IV sinifdə SSRİ coğrafiyasının
tərkibində Azərbaycan coğrafiyasının tədrisinə 16 saat vaxt ayrıldı.
Tədris prosesində V.Axundova məxsus «Azərbaycan SSR coğrafiyası» vəsaitindən
istifadə olunmağa başladı.
1949-cu ildə Osman Osmanov beş çap vərəqi həcmində «Azərbaycan SSR
coğrafiyası» tədris vəsaiti də yenə həmin siniflər (IV sinif) üçün həmin həcm (16
saat) üçün nəzərdə tutulurdu. Lakin 1953-cü ildə Ənvər Şıxlinskinin yazdığı eyni
adlı dərslik bundan əvvəlki vəsaitlə əvəz olundu. 1956-57-ci ildə Azərbaycan
coğrafiyasının IV siniflərdə tədris edilməsi dayandırıldı və VII sinifdə «Qafqaz»
mövzusunun tərkibində (8 saatlıq) 4 saat həcmində Azərbaycan SSR-nin fiziki
coğrafiyası», VIII sinifdə «Zaqafqaziya» mövzusunun (11 saatlıq) tərkibində 6 saat
həcmində «Azərbaycan SSR-in iqtisadi coğrafiyası» adı ilə tədris olunmağa
başladı. Tədris prosesində Ə.Şıxlinskinin tərtib etdiyi dərsliyin təkmilləşdirilmiş
variantından istifadə olunurdu.
1960-1982-ci illərdə Azərbaycan SSR fiziki coğrafiyası prof.Qasım Gülün
«Azərbaycan SSR iqtisadi coğrafiyası ilə prof. Hadı Əliyevin eyni adlı dərslikləri
üzrə tədris edilmişdir.
1960-cı ilə qədər «Azərbaycan SSR fiziki və iqtisadi coğrafiyası» əsasən SSRİ
fiziki və iqtisadi coğrafiya kurslarına verilən saatların sıxlaşdırılması hesabına əldə
edilən vaxt əsasında tədris olmuşdur.
1971-72-ci dərs ilindən etibarən respublikanın coğrafiyasını daha dərindən, həm də
xələl gətirmədən öyrənmək məqsədilə VII sinifdə Azərbaycan SSR məktəblərinin
tədris planında Rusiya məktəblərindən fərqli olaraq coğrafiya fənninə dərs ilinin
ikinci yarısında 2 saat əvəzinə, 3 saat vaxt verildi. VIII sinifdə isə əlavə vaxt
ayırmaq mümkün olmadı. Bununla əlaqədar olaraq Azərbaycan SSR fiziki və
iqtisadi coğrafiyası «Azərbaycan SSR coğrafiyası» adı altında birləşdirilərək 1972-
1975-ci illərdə 24 saat həcmində VII sinifdə dərs ilinin sonunda tədris olundu.
Azərbaycan SSR Nazirlər Kabinetinin təsdiq etdiyi və 1979-cu ildə nəşr olunan
yeni coğrafiya proqramında respublikanın fiziki coğrafiyasının VII sinifdə, SSRİ
fizika coğrafiyasının tədrisində, iqtisadi coğrafiyasının isə VIII sinifdə, SSRİ
iqtisadi coğrafiyasının tərkibində öyrənilməsi müəyyən edildi. Yeni proqram üzrə
Azərbaycan SSR fiziki coğrafiyasının əvvəlki kimi kursun sonunda deyil,
bilavasitə respublikanın ərazisi daxil olan Qafqaz regionunu öyrənildikdən sonra
tədris etmək nəzərdə tutuldu. Belə bir yanaşma Azərbaycan SSR ərazisini
Qafqazla birlikdə kiçik miqyasda, ayrılıqda isə orta və iri miqyasda öyrənməyə və
bunun əsasında şagirdlərə hər hansı bir ərazinin müxtəlif miqyaslarla tədqiqi və
öyrənilməsi haqqında təsəvvür yaratmağa imkan verirdi və eyni zamanda tədris
ilinin sonunda, təlim kəmiyyətlərinin aşağı düşdüyü bir vaxtda tətbiq edilməsinə
son qoyurdu
«Azərbaycan SSR- nin coğrafiyası» 25 saatlıq proqramı aşağıdakı hissələrdən
ibarət idi:
1.Azərbaycan SSR-nin ümumi fiziki-coğrafi xüsusiyyətləri (13 saat)
2. Azərbaycan SSR-in fiziki-coğrafi vilayətlərinin təbii şəraiti və təbii
ehtiyatları (6 saat.)
3. Məktəbin yerləşdiyi muxtar respublikanın, muxtar vilayətin və ya
iqtisadi rayonun təbiəti və təsərrüfatı (5 saat) və təkrar (1 saat.).
1950-1985-ci illər arasında respublikamızda coğrafiya elminin və məktəb
coğrafiyasının inkişafı, xüsusən yuxarı siniflərində Azərbaycan SSR fiziki və
iqtisadi coğrafiyasının vahid proqram və dərslik üzrə tədrisi coğrafiya tədrisi
metodikası sahəsində elmi-tədqiqat işlərinin genişlənməsinə; yüksək ixtisaslı, elmi
dərəcəli metodist kadrların hazırlanmasına imkan vermişdir. İlk dəfə 1955-ci ildə
M.Ə.Zülfüqarov VII sinifdə Azərbaycan SSR fiziki coğrafiyasının tədrisi
metodikasına həsr olunmuş namizədlik dissertasiyasını müdafiə etdi, 1959-cu ildə
H.Ə.Sadıxlı Azərbaycan SSR coğrafiyasının tədrisində əyanilik mövzusunda;
1962-ci ildə isə S.H.Məcidov Azərbaycan SSR coğrafiyasının tədrisində
diyarşünaslıq materiallarından istifadəyə həsr olunmuş namizədlik dissertasiyasını
başa çatdırdı. Sonralar aspirantura yolu ilə yetişdirilən gənc metodistlər isə təkcə
respublika üçün deyil, bütün ölkə üçün əhəmiyyəti olan mövzularla namizədlik
dissertasiyaları hazırladılar.
Məsələn, N.Allahverdiyev «Coğrafiya üzrə tədris ekskursiyalarının təşkili və
keçirilməsi metodikası» (1964-cü il), B.A.Paşayev, VI-VII sinif şagirdlərində
ümumcoğrafi anlayışların formalaşdırılması» (1972) və D.M.Ələskərov 1976-ci
ildə «Fiziki coğrafiya kurslarında kartoqrafik biliklərin və bacarıqların
formalaşdırılması» mövzusunda namizədlik dissertasiyaları müdafiə etdilər.
Respublikada coğrafiya metodikasının inkişafında prof. R.X.Piriyev, dosentlərdən
M.A.Zülfüqarov, D.Ə.Məcidov İ.N.Allahverdiyev, B.A.Paşayev, D.M.Ələskərov,
müəllimlərdən Rəcəb Yaqubov, Sabir Quliyev tərəfindən yazılmış və kütləvi
tirajla çap olunmuş metodik əsərləri və tədris vəsaitləri mühüm rol oynamışdır.
Xüsusilə, BDU-nun dosenti Bəlqiyyə Paşayevin xidmətlərini qeyd etmək lazımdır.
XX əsrin sonunda Azərbaycanda coğrafiyanın inkişafında yeni mərhələ açıldı.
Müstəqilliyin qazanılması coğrafiya fənninin inkişaf etdirilməsində də sərbəst
siyasətin həyata keçirilməsi ilə nəticələndi.
Respublika Təhsil Nazirliyində yaradılan Vahid Elmi Metodik Şuranın coğrafiya
bölməsi ali və orta məktəblər üçün proqram və dərsliklərin yenidən tərtib
olunmasına məsuliyyət daşımaqla yanaşı, bir sıra vəsait və dəsrliklərin də
yazılmasında yaxından iştirak edirlər.
Fənnin tədrisi metodikasının inkişaf etdirilməsində mərhum professor
MA.Müseyibovun xidmətləri əvəzolunmazdır. O, 1992-ci ildən 2011-ci ilə qədərki
dövrdə EMŞ-nın «Coğrafiya» bölməsinə rəhbərlik etmiş və fənnin strukturunda,
məzmununda köklü dəyişiklərin edilməsində c.e.d. V.Əfəndiyev,c.e.d.E.
Əlizadə, p.e.n O.Alxasov, c.e.d. T.Həsənov, c.e.n N.N.Allahverdiyev, c.e.n.
T.Gərayzadə, c.e.n. Y.Qəribov, c.e.n.R.Babayev, c.e.d. F.İmanov, c.e.d
Ş.Göyçaylı, c.e.n. N.Əyyubov və başqalarının xidmətləri böyükdür. Hazırda Bakı
Dövlət Universitetində, Azərbaycan Dövlət Pedoqoji Universitetində, Lənkəran
Dövlət
Universitetində, Gəncə Dövlət Universitetində, Sumqayıt Dövlət
Universitetində, Naxçıvan Dövlət Universitetində coğrafiya fakültələri ilə yanaşı
«Coğrafiya müəllimi» ixtisasları üzrə mütəxəssis hazırlığı başlamışdır. Ali
məktəblərin magistratura pilləsində «Coğrafiya fənninin tədrisi və metodikası»
ixtisası üzrə kadr hazırlığı gələcəkdə coğrafiya tədrisi metodikası, orta və ali
məktəb coğrafiyasının tədrisi sahəsində elmi potensialın sayının və keyfiyyətinin
artmasına səbəb olacaqdır.
Orta məktəblər üçün coğrafiya proqramı, dərsliklər, dərs vəsaitləri, siniflər üzrə
dərs vəsaitləri, əyani vəsaitlər və test kitabçaları nəşr olunur. Bakı Kartoqrafiya
Fabrikində məktəb
coğrafiyası üçün divar xəritələri və atlaslar, kontur
xəritələr, müxtəlif müəlliflərin tərtib etdiyi iş dəftərləri və s. coğrafiya fənninin
tədrisinin səviyyəsinin yüksəldilməsinə xidmət göstərir. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasında fəaliyyət göstərən coğrafiya fənni üzrə seminar üzvlərinin
müsbət işi də
qeyd
olunmalıdır.
Məktəblilərin
coğrafi
biliklərinin
yoxlanılmasına istiqamətlənən test nümunələri abituriyentlər üçün dərs vəsaiti,
«Abituriyent»
jurnalında nəşr olunan metodik məqalələr, təhlil səciyyəli ali
məktəblərə qəbul proqramları və s. yüksək elmi-metodik səviyyəsi ilə fərqlənir.
Coğrafiya fənninin tədrisinin inkişafında bir sıra hazırlıq kurslarının nəşr etdirdiyi
(«Araz», «Bilik», «Hədəf» və s.) vəsaitlər də əhəmiyyətlidir.
Azərbaycan Respublikasının təhsil sistemində dünyaya inteqrasiya etmək
prinsipi, ölkədə Milli kurrikulumun qəbul edilməsi ilə müşayiət olunur.
Azərbaycanda məktəb coğrafiyasının qarşısında yeni layihə-milli kurrikulumun
tətbiq edilməsi artıq reallığa çevrilməkdədir.
Lakin, fənnin tədrisində xidmət edən əyani vəsaitlər, elektron dərsliklər,
multimedia, alternativ dərsliklərlə yanaşı daimi fəaliyyət göstərə bilən mətbuat
orqanına (aylıq və ya rüblük jurnal) böyük ehtiyac duyulur. Bu respublikada
fəaliyyət göstərən 7000 nəfərdən çox coğrafiya müəllimlərinin ən böyük
arzusudur.
Respublikanın – təhsil sistemində ana dili, tarix və coğrafiya fənnlərinin
yetişməkdə olan gənc nəslin ümumi dünyagörüşünün inkişafındakı müstəsna rolu
daim qəbul edilmişdir. Coğrafiya bir elm sahəsi kimi dünyanın coğrafi
mənzərəsini,
iqtisadiyyatını,
ekologiyasını
əhatə
etdiyindən
xalqın
maariflənməsində yaxından iştirak edir. Məhz bu amillər coğrafiya fənninin tədris
əhəmiyyətini artırır.
Şərti olaraq Azərbaycanda coğrafiya fənninin tədrisi tarixini şərti olaraq dörd
mərhələyə ayırmaq mümkündür.
a) XX əsrin əvvəlində – maarifçi alimlərdən Qafur Rəşad, Həsənbəy
Zərdabi,
Məhəmməd Baharlının xidmətlərinə əsaslanan mərhələdir.
Onlar Azərbaycan coğrafiyasının tədrisinin keyfiyyətini artırmaq və təhsil
sisteminə gətirmək üçün mübarizə aparmış və həmin dövrün mətbuat
səhifələrində aktiv fəaliyyət göstərmiş və coğrafiya fənninin tədrisi ilə bağlı
məqalələrlə çıxış etmişlər.
b) Azərbaycanda məktəb coğrafiyasının elmi şəkildə əsaslandırılması 1935-ci ildən
sonraya təsadüf edir. Orta və ali məktəblərdə coğrafiya fənninin tədrisi ilə
əlaqədar verilən ittifaq miqyaslı qərarlar Azərbaycanda da öz əksini tapırdı. 1935-
ci ildə Azərbaycan
Pedoqoji İnstitutunda coğrafiya müəllimi kadrlarının
hazırlığı ilə əlaqədar təbiət fakültəsində eyni adlı şöbənin açılması və daha sonra
1944-cü ildə Azərbaycan Dövlət Universitetində sərbəst olaraq
coğrafiya
fakültəsinin yaradılması coğrafiya fənninin, məktəb coğrafiyasının və eləcə də
coğrafiya tədrisi metodikasının inkişafına güclü təkan verdi. İlk məzunlar
M.Zülfüqarov, S.Şükürov, H.Sadıqlı, O.Osmanov, N.Kərəmov, Ə.Hacızadə,
Q.Gül, H.Əliyev və s.sonrakı dövrlərdə
coğrafiyaçıların hazırlanmasında
yaxından iştirak etmiş, onlarla dərslik və vəsaitlər tərtib etmişlər. Proqram və
dərsliklərin tərtib olunmasına müdaxilə edə bilməyən azərbaycanlı mütəxəssislər
onların tərcüməsi və qismən əlavə metodik vəsaitlərin hazırlanması ilə
kifayətlənməli olurdular. Orta məktəbin qabaqcıl metodist müəllimlərinin əməli
fəaliyyətləri, mətbuatda vaxtaşırı çıxışları – məktəb
coğrafiyasında müəyyən
məsələlərin həllinə kömək edirdi. 1989-cu ilə qədər məktəb coğrafiyasına aid
metodik məqalələri əks etdirən «Tarix, ictimaiyyət və coğrafiya» jurnalının nəşr
olunması da coğrafi təhsilin inkişafına şərait yaradırdı.
Azərbaycanda məktəb coğrafiyasının strukturu 1934-1990 ci illərdə aşağıdakı
kimi olmuşdur.
Dostları ilə paylaş: |