İbn-Xardadbeh, İbn-Rusta, Qüttəma-İbn-Cəfər, Əl-Məsudini (IX-XII əsrlər) və b.
göstərmək olar.
Ərəb islam mədəniyyətinin təsiri altında olan bir sıra qeyri ərəb ölkələrinin
alim və səyyahları da Azərbaycan haqqında qiymətli məlumatlar toplamışlar.
Məsələn, məşhur Xarəzm alimi, riyaziyyatçı, astronom və coğrafiyaçı
Əl-Biruni
(973-1051-ci illər) Şirvan, Bərdə, Dərbənd, Təbriz, Beyləqan, Bakı, Urmiya,
Naxçıvan və s. onlarla obyektlər haqqında bilgi vermişdir. O, bir sıra Azərbaycan
şəhərlərinin dəqiq coğrafi koordinatlarını təyin etmiş, ilk dəfə Xəzərin böyük göl
olduğunu söyləmişdir.
Orta əsr azərbaycanlı alim və səyyahları da öz ölkələri barədə yığcam məlumatlar
vermişlər. Şərqin məşhur alimi,
dövlət xadimi Nəsrəddin Tusi (1201-1274)
riyaziyyatçı astronom olsa da, ətraf mühit haqqında da qiymətli fikirlər
söyləmişdir.
Coğrafiya elmində mühüm yer tutan məşhur Azərbaycan alimi
Əbdürrəşad
Bakuvi (XIV əsrin II yarısı – XV əsrin I yarısı) Azərbaycana və bir sıra
başqa
ölkələrə səyahət etmiş, gördüyü yerlər haqqında gərəkli fikirlər söyləmişdir.
Ə.Bakuvinin yazdığı coğrafi əsərlərin əksəriyyəti itmişdir. Məhşur iqlimşunas
L.S.Berq Xəzərə aid məruzələrinin birində Ə.Bakuvini Xəzərin əvəzedilməz
tədqiqatçısı adlandırmışdır. O, nəinki Azərbaycan və Xəzər haqqında, həmçinin bir
sıra digər ölkələr barədə də qiymətli məlumatlar vermişdir.
XVIII əsrin birinci yarısından başlayaraq bir sıra
Şərq ölkələrinə səyahət etmiş,
onlar haqqında çox qiymətli kitablar yazmış, Azərbaycan coğrafiya alimi və
səyyahı
Hacı Zeynalabidin Şirvani (1780-1837) coğrafiya tarixində xüsusi yer
tutur. O, XVIII əsrin ikinci yarısından başlayaraq 40
il səyahət etmiş,
Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakıda, digər yerlərdə Şimali
Afrika və Cənubi Avropa ölkələrində olmuşdur.. Əsərlərində Yaxın və Orta Şərq
ölkələri,
Hindistan, Efiopiya, Orta Asiya və Azərbaycanın coğrafiyası, tarixi,
etnoqrafiyası, incəsənəti, mədəniyyəti,
abidələri, ədəbiyyatı və bəzi görkəmli
şəxsiyyətləri haqqında qiymətli məlumatlar vermişdir.
Sovet hakimiyyətinin qurulmasına qədərki dövrdə Azərbaycan coğrafi
təhsilində H.Zərdabinin xidmətlərini qeyd etməmək olmaz. Görkəmli ədibin 1912-
ci ildə yazdığı «Torpaq su və hava» adlı əsərində torpaqlardan istifadə,
şoranlaşması və onlara aid nümunələr gətirilmişdir.
Lakin Azərbaycan coğrafiya alimlərinin fars və ya ərəb dilində yazdığı
qiymətli əsərlərinin məktəb coğrafiyasının inkişafına təsiri az olmuşdur.
Azərbaycan məktəblərində coğrafiya fənni yalnız XIX əsrin 30-cu
illərindən
etibarən burada rus, rus-tatar (Azərbaycan) və realni məktəblər (Bakı, Şuşa, Gəncə,
Şəki və s.) açılandan sonra özünə vətəndaşlıq hüququ qazana bildi. Bu
məktəblərdə o zaman rus dilində mövcud olan coğrafiya dərsliklərindən və tədris
metodiki ədəbiyyatından istifadə olunurdu.
Azərbaycanda məktəb coğrafiyasının tarixi baxımdan inkişafını 4 mərhələyə
ayırmaq olar.
Dostları ilə paylaş: