Mühazirə №3 Mövzu: İsmin qrammatik kateqoriyaları Plan



Yüklə 71,61 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix21.12.2023
ölçüsü71,61 Kb.
#188976
növüMühazirə
  1   2   3   4   5
muhazire 3(1)



Mühazirə 


Mövzu:
İsmin qrammatik kateqoriyaları 
Plan: 
3.1.İsmin qrammatik kateqoriyaları:kəmiyyət kateqoriyası; 
3.2.Mənsubiyyət kateqoriyası; 
3.3.Hal kateqoriyası.Mənsubiyyət və hal şəkilçili isimlərdə səsdüşümü; 
3.4.Xəbərlik kateqoriyası.İsimlərin atributivləşməsi. 
3.1.İsmin qrammatik kateqoriyaları:kəmiyyət kateqoriyası 
İsimlər kəmiyyət,mənsubiyyət,hal və xəbərlik şəkilçiləri qəbul edərək dəyişir.Hər bir 
isim bu kateqoriya əlamətlərinin hamısını qəbul edə bilir.Sözə qrammatik kateqoriyanın 
şəkilçilərindən əvvəlcə kəmiyyət,sonra mənsubiyyət,daha sonra hal və nəhayət,xəbərlik
şəkilçisi artırılır.Məsələn:
dost-lar (kəmiyyət);-ımız (mənsubiyyət);-dan (hal);-dır (xəbərlik 
şəkilçisi). 
İsimlər adlandırdıqları əşyanın kəmiyyətcə müxtəlif olduğunu göstərir.Bunlara əsasən 
isimlər 
tək,cəm
və 
toplu
olmaqla üç qrupa bölünür. 
Tək isimlərin morfoloji əlaməti yoxdur.Məsələn:
dəftər,alma,çiçək,odun,divar 
və s.
-
lar,-lər
şəkilçisiz işlənən bu isimlər qrammatik cəhətdən tək hesab olunur. 
Cəm isimlər tək isimlərin kök və ya əsasına 
-lar,-lər 
şəkilçisinin artırılması ilə 
düzəlir.Məs.:
alma-almalar,ev-evlər,dağ-dağlar,tarla-tarlalar,işçi-işçilər 
və s. 
Cəm isimlər əşyanın konkret kəmiyyətini deyil,ümumən çox olduğunu,daha 
dəqiqi,birdən artıq olduğunu bildirir. 
Tək və cəm isimlərlə yanaşı,dilimizdə bir sıra toplu isimlər də vardır.Bunlar kəmiyyət 
şəkilçisi artırmadan topluluq ̶ çoxluq bildirən isimlərdir:
xalq, millət,ordu, sürü, naxır, 
camaat,ailə 
və s. 
Topluluq bildirən isimlərə 
-lar,-lər 
şəkilçisi artırıldıqda ismin bildirdiyi anlayışın növ 
müxtəlifliyi ifadə olunur.Məs.:
xalqlar,millətlər,ordular,sürülər,naxırlar
və s. 
Mənəvi və mücərrəd anlayışları bildirən isimlər də cəm şəkilçisi artırdıqda onlarda 
daxili kəmiyyət artıqlığı yox ,növ müxtəlifliyi əmələ gəlir;məs.:
arzular,istəklər,xəyallar, 
məhəbbətlər,sevgilər,gözəlliklər,xəstəliklər
və s. 



Yüklə 71,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin