3.2.Mənsubiyyət kateqoriyası İsimlər mənsubiyyət şəkilçisi qəbul edərək sahib şəxslə mənsub əşya arasındakı
əlaqəni ,münasibəti bildirir.
Sahib şəxs və
mənsub əşya şərti qrammatik termin olub,bütün mənsubiyyət
birləşmələrini əhatə edir.Bu anlayışlar aşağıdakı mənalarda başa düşülür:
1.II tərəfi bəzi canlı və cansız varlıqların adlarını bildirən isimlərdən ibarət olub,1-ci
tərəf həqiqi mənada sahib şəxs,2-ci tərəf həqiqi mənada mənsub əşya bildirir;məs.:
mənim atam,sənin kitabın,onun (Səlimin) maşını ;bizim atamız,sizin kitabınız,onların (Səlimgilin) maşını 2.II tərəf birinci tərəflə əlaqədə müxtəlif insani münasibətləri bildirir;məs.:
mənim dostum,sənin qardaşın,onun əmisi,bizim müəllimimiz,sizin uşaqlarınız və s.
3.II tərəf məkan mənalı isimlərdən ibarət olub,birləşmə məkan münasibətləri ifadə
edir;məs.:
mənim vətənim,sənin kəndin,onların şəhəri,bizim ərzilərimiz və s.
4.Tərəflər arasında cüzin küllə,hissənin bütövə münasibəti ifadə olunur:
mənim əllərim,onun qaşları,dağın yamacı,evin qapısı və s.
Mənsubiyyət əlaqəsinin yaranması üçün sahib şəxs bildirən sözlər yiyəlik halda
olur,mənsub əşya bildirən sözlər mənsubiyyət şəkilçisi qəbul edir.
Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:
I şəxsin təkində samitlə bitənlərdə
-ım,-im,-um,-üm; saitlə bitənlərdə
-m şəkilçisi.
I şəxsin cəmində samitlə bitənlərdə
-ımız,-imiz,-umuz,-ümüz; saitlə bitənlərdə
-mız,- miz,-muz,-müz şəkilçisi.
II şəxsin təkində samitlə bitənlərdə
-ın,-in,-un,-ün; saitlə bitənlərdə
-n şəkilçisi.
II şəxsin cəmində samitlə bitənlərdə
-ınız,-iniz,-unuz,-ünüz; saitlə bitənlərdə
-nız,- niz,-nuz,-nüz şəkilçisi.
III şəxsin təkində və cəmində
-ı,-i,-u,-ü (-sı,-si,-su,-sü) şəkilçisi.
Mənsubiyyət anlayışı dildə bir neçə üsulla ifadə olunur.
1.
Analitik-sintetik üsul. Birinci tərəf yiyəlik hal ( və ya şəkilçisiz) şəkilçili,ikinci tərəf
mənsubiyyət şəkilçili birləşmələrə
analitik-sintetik üsullu birləşmə deyilir:
mənim atam,sənin evin,onlar üçü və s.
2.
Sintetik üsul. Mənsub əşya bildirən söz sahib şəxsi də bildirməklə tək işlənir.Sahib
şəxs bildirən söz məntiqi vurğu qəbul etmədikdə ona etiyac olmur.Mənsub əşya bildirən
sözdəki mənsubiyyət şəkilçisindən əşyanın qrammatik cəhətdən neçənci şəxsə aid olduğu
aydın olur.Məs.:
atam,anan,qardaşı və s.
Bəzən də əksinə olur,sahib şəxs
-kı,-ki,-ku,-kü şəkilçisi qəbul edib mənsub əşya
bildirən sözsüz də işlənir.Şah qədəhini havada tutmuş olduğu halda susurdu.Miko ilə mən
stəkanlarımızı
onunkuna vurub içdik.(İ.Ə) Bu üsul sintetik üsuldur.
3.
Analitik üsul. Mənsubiyyət anlayışının ifadəsi üçün bəzən sahib şəxs bildirən söz
yiyəlik halda işlənir,lakin mənsub əşya bildirən söz mənsubiyyət şəkilçisi qəbul etmir.Bu
hal yalnız birinci və ikinci şəxsin cəminə aiddir:
bizim atalar,sizin ellər və s. Bu üsul
analitik üsuldur.
Beləliklə,mənsubiyyət anlayışı üç üsulla ̶
analitik-sintetik,sintetik və
analitik üsulla ifadə olunur.