3.4.Xəbərlik kateqoriyası.İsimlərin atributivləşməsi Azərbaycan dilində xəbər vəzifəsini xəbər ola bilən hər bir nitq hissəsi ifadə edə
bilir.Lakin onlar üçün müəyyən morfoloji ələmət qəbul etməlidir.Bir çox dillərdən fərqli
olaraq,bu kateqoriya dilimizdə morfoloji yolla,yəni xüsusi şəkilçilərlə formalaşır.İsimlərin
xəbər vəzifəsi xəbər şəkilçisi və zaman ədatları (idi,imiş) ilə ifadə olunur.
Xəbər şəkilçiləri aşağıdakılardır:
I şəxsin təkində
-am,-əm ;cəmində
-ıq,-ik,-uq,-ük; II şəxsin təkində
-san,-sən; cəmində
-sınız,-siniz,-sunuz,-sünüz; III şəxsin təkində
-dır,-dir,-dur,-dür ;cəmində
-dırlar,-dirlər,-durlar,-dürlər. İsimlər xəbərlik şəkilçiləri qəbul edərək dəyişir
: tələbəyəm, tələbəsən, tələbədir, tələbəyik,tələbəsiniz,tələbədirlər. Xəbərlik kateroriyasının inkarı
deyil ədatı,
nə-nə bağlayıcısı ilə düzəlir;məsələn:
Mahmud başa düşdü ki,yalnız
Məryəm həsrətində deyilmiş. (Elçin);Məryəmi
axtarmamaq,tapmamaq
mümkün deyildi. (Elçin);
Nə quzudur,nə də qurd. İsimlər xəbərlik şəkilçisindən əlavə,
idi,imiş zaman ədatları ilə də işlənməklə xəbər
vəzifəsində çıxış etmiş olur;məs.:Qədir necə qayşğıkeş,necə istiqanlı
adam imiş .(İ.M);
Görəsən,Məhəmmədəlinin günahı necə
günah imiş. (Elçin)
Xəbərlik kateqoriyasının şəkilçiləri mənsubiyyət kateqoriyası şəkilçilərindən sonra
işlənir və bir sıra xüsusiyyətlərə malik olur:
1.Birinci şəxs tək və cəm mənsubiyyət şəkilçilərindən sonra birinci şəxs tək və cəm
xəbərlik şəkilçiləri işlənmir;yalnız ikinci və üçüncü şəxsin tək və cəminin şəkilçisi
işlənir:
tələbə-m-sən,tələbə-m-siniz,tələbə-miz-sən,tələbə-miz-siniz,tələbə-m-dir,tələbə-m- dirlər. 2.İkinci şəxs tək və cəm mənsubiyyət şəkilçilərindən sonra ikinci şəxs tək və cəm
xəbərlik şəkilçiləri işlənmir;yalnız birinci şəxsin tək və cəm şəkilçiləri işlənir:
tələbə-n-əm ,tələbə-n-ik,tələbə-niz-ik,tələbə-n-dir,tələbə-n-dirlər,tələbə-niz-dir,tələbə-niz-dirlər. 3.Üçüncü şəxs tək və cəm mənsubiyyət şəkilçilərindən sonra bütün xəbərlik
şəkilçiləri işlənir:
tələbə-si-yəm, tələbə-si-yik,tələbə-si-sən,tələbə-si-siniz, tələbə-ləri- sən,tələbə-ləri-siniz,tələbə-si-dir,tələbə-si-dirlər. İsmin təsirlik hal şəkilçisindən başqa,digər hal şəkilçiləri xəbərlik şəkilçisindən öncə
işlənir;məs.:Bu,
tələbə-nin-dir .Yolumuz
bağlar-a-dır .Mən
şəhər-də-yəm .Sən
kənd-dən-sən.