Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987


Yeraltı  sular  və  onların  landşaft  yaratma  əhəmiyyəti



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Landsaftsunasliq

Yeraltı  sular  və  onların  landşaft  yaratma  əhəmiyyəti  Böyük  dövranda 

iştirak  edən  suyun  bir  hissəsi  torpağın  10-12  km  dərinliyinə  çökür,  kristallık  və 

çökmə  süxurlarının  çatlarını  və  boşluqlarını  dolduraraq  yeraltı  suları  yaradır. 

Onların  böyük  bir  kütləsi  ən  böyük  məsaməliliyi  olan  çökmə  layında  yerləşir. 

Bütün  qrunt  və  torpaqlar  suya  münasibətinə  görə  su  keçirən  və  su  keçirməyən 

qruntlara  bölünür  (qum,  lil,  lyös,  təbaşir,  əhəng  daşı  və  kristallılıq  süxurlar,  gil, 

mergel,  bərk  qumm  daşı  və  s.).  Süxurdakı  su  ağırlıq  qüvvəsinin  təsiri  altında 

aşağıya istiqamətlənir və molekulyar qüvvələr isə onu süxurda saxlamağa çalışır. 

Bu  səbəbdən  qrunt  sularının  yaranması  ilk  növabədə  dağ  süxurlarının  fiziki 

xüsusiyyətindən,  süxurların  yerləşməsindən,  onların  aşılanma  və  çatlanma 

dərəcəsindən asılıdır. 

 

İnfiltrasiya nəzəriyyəsi yeraltı suların bütün növlərinin yaranmasını izah edə 



bilməyir.  Bir  nəzəriyyəyə  görə  suyun  yığılması-torpaqqruntdan  havanın  keçməsi 

zamanı  buxarlarının  kondensasiya  prosesidir.  Torpaqqruntda  suyun  aşağıdakı 

formaları  var:  hiqroskopik;  qruntun  hissəciklərini  bürüyən  (buxar  formasında); 

molekulyar qüvvələr tərəfindən məsamələrdə saxlanılan və qruntun hissəciklərində 

downloaded from KitabYurdu.org



nazik  təbəqə  kimi  yerləşən;  torpaq  və  qruntların  kapilyarların  doldurulan  maye 

formalı (kapilyar); donmuş torpaqqruntların suyu, torpaqqruntların masəmələrində, 

çatlarında ağırlıq qüvvəsinin təsirindən sirkulyasiya edən (qravitasiya formalı). 

 

Qravitasiya  suyu  sukeçirən  laya  çataraq  sudaşıyıcı  təbəqəni  (suyığılan) 



yaradır  və  onun  səthinin  mailliyi  istiqamətində  hərəkət  edir.  Bu  hərəkət  paralel-

şırnaq  xarakterli  olub  sürəti  süxurun  su  keçirməsindən  və  səthinin  mailliyindən 

asılıdır.  Yeraltı  qravitasiya  suları  yer  qabığında  yerləşmə  şəraitinə  görə  yuxarı 

qrunt suları və laylararası (təzyiqli və təzyiqsiz) növlər olur. 

 

Yuxarı  qravitasiya  suları-aerasiya  zonasında  az  dərinlikdə  müvəqqəti 



yerləşən  su  kütləsidir.  Bunlar  yağış  və  qar  sularının  hopmasından  yaranır, 

mövsümü  xarakter  daşıyır,  səviyyəsi  kəskin  dəyişir,  quru  mövsümdə  əsasən  yox 

olur və qışda donur. Az dərinlikli və pis filtrasiyasına görə bu sular çox çirklənir. 

məişət üçün yararsız olur. 

 

Qrunt suları aerasiya təbəqəsindən aşağıda müxtəlif dərinlikdə və hər yerdə 



yayılmışdır.  Bu  sular  aşağı  istiqamətdə  axaraq  filtrasiya  olunur  və  qrunt  axınları 

yaradır. Onların sürəti qum qruntlarında 2 m/san, gillicə və lyöss qruntularında isə 

0,3  m/san  olur.  Qrunt  sularının  səviyyəsi  landşaft-iqlim  şəraitindən  asılı  olaraq 

mövsümi  dəyişikliklərə  məruz  qalır.  Meşə-çöl  və  çöl  landşaftlarında  onların 

maksimum  səviyyəsi  yazda-qarların  əriməsinin  sonuna  təsadüf  olunur.  Qrunt 

sularının minerallaşması və kimyəvi tərkibi onun yerləşdiyi süxurlardan asılıdır. 

 

Qrunt  sularının  üstündə  sukeçirməyən  təbəqə  olmadığından  onlar  təzyiqsiz 



(azad)  sayılır.  Birinci  suya  davamlı  təbəqədən  aşağıda  iki  suyadavamlı  təbəqə 

arasında  laylararası  sular  yığılır.  Bunlar  təzyiqsiz  və  təzyiqli  olur.  Dərinlikdə 

yerləşən  laylararası  sular  əsasən  təzyiqli  (artezian)  olurlar.  «Artezian»  adı 

Fransanın Artua əyalətinin adından götürülübdür. Burada XIX əsrdə ilk su quyusu 

fontan  vurmuşdur.  Artezian  yeraltı  sular  hövzəsi  maili  tavaşəkilli  yer  qabığı 

strukturunda  yığılaraq  təzyiqə  məruz  qalır  və  quyu  qazılarkən  fontan  vura  bilər. 

100-600  m  dərinlikdə  artezian  suları  içməyə  yararlıdır.  Lap  dərin  suların 

minerallaşma  dərəcəsi  1-50qr/litr  həddində  olur  və  mineral  sular  hesab  edilir. 

Tərkibində  olan  kimyəvi  elementlər,  qaz  və  yüksək  hərarət  bu  sulara  müalicəvi 

downloaded from KitabYurdu.org




xüsusiyyətlər  verir  böyük  müalicəvi  əhəmiyyət  karbon,  kükürd  oksigen,  radon, 

azot, dəmir və digər tərkibli sularda olur. Mineral suların mənbələri geoloji cavan 

qırışıqlı  ərazilərdə  müşahidə  olunur.  (Qafqaz,  Alp  və  s.).  Vulkanik  rayonlarda 

əsasən  öz-özünə  tökülən  qaynar  mineral  sulara,  tez-tez  və  dövrü  fontan  vuran 

mineral sulara-qeyzerlərə rast gəlinir. 

 

Landşaftın formalaşmasında yeraltı suların əhəmiyyəti böyükdür. Onlar çay 



və  gölləri  qidalandırır,  həll  olunmuş  hissəcikləri  daşıyırlar,  yəni  elementlərin  su 

miqrasiyası  baş  verir.  Torpaq  və  qrunt  suları  bitkiləri  su  və  qida  maddələri  ilə 

təmin  edir.  Yeraltı  sular  relyefin  bir  çox  formalarının  (karst,  sürüşmə) 

yaranmasında  iştirak  edir,  bataqlıqlar  yaradır.  Onlar  su  təchizatına,  suvarmaya, 

antropogen  mədəni  landşaftın  formalaşmasına  xidmət  edir.  Onların  ehtiyyatı  çox 

böyük olsa da, gec bərpa olunur və istifadə zamanı onu nəzərə almaq lazımdır. Bir 

çox  ölkələrdə  artezian  quyularında  suyun  səviyyəsi  aşağı  düşübdür.  Onların 

tərkibinə  texnogen  tullantıların,  kimyəvi  kübrələrin,  zəhərlərin  qarışması  çox 

qorxuludur. Yeraltı suların qənaətli və rasional istifadəsi, çirklənmədən qorunması-

müasir dövrümüzün ciddi problemdir. 

 

Çay və göllər. Böyük dövranda iştitak edən suyun bir hissəsi çay məcraları 



ilə dəniz və okeanlara axaraq çay axınını təşkil edir. Çay axını-ümumi anlayışdır, 

çünki  çaya  həm  də  səthi və  yeraltı sular daxil olur.  Hər bir  iri  və  orta  uzunluqlu 

(100 km-dən çox) çay nəticəsində  çay sistemini-yəni müəyyən ərazidəki çayların 

birlikdə ümumi çay axınını yaradır. Çay sisteminin sıxlığı relyef və iqlim-landşaft 

şərtlərindən  asılıdır  və  məcranın  çaylarının  ümumi  uzunluğunun  su  hövzəsinin 

sahəsinə nisbəti kimi hesablanır (L/s, km/km2). 

 

Çay  axını  çayın  məsrəfi,  həcmi,  modulu  və  axının  əmsalı  ilə  xarakterizə 



olunur.  Çayın  məsrəfi-1  saniyədə  müəyyən  bir  yerdə  çayın  canlı  kəsiyindən  axan 

suyun miqdarına deyilir: Q=F·Vorta; F-canlı su kəsiyinin sahəsi (m2); V

orta

-axının 


orta sürəti (m/san).  

Axının  sürəti  yuxarıdan  aşağıya  istiqamətdə  dəyişir;  en  kəsikdə  -  bir  sahildən  o 

birisinə,  su  səthindən  çayın  dibinə  qədər  dəyişikliyə  məruz  qalır.  Maksimum 

sürətlər  çayın  dərinliyində  olur.  Suyun  sərfi  su  səviyyəsindən  də  asılıdır  və  bu 

downloaded from KitabYurdu.org



səviyyə  mövsümü  və  illər  boyu  dəyişdiyinə  görə  çaylarda  mövsümi,  illik  və 

çoxillik  axınlar  hesablanır.  İl  ərzində  çaylardan  keçən  suyun  orta  miqdarı 

sudaşımanı xarakterizə edir və axının konkret bir yerindəki suyun m3 və ya km3 

ilə  miqdarı  ilə  ifadə  olunur.  Axının  həcmi  də  axının  sərfi  (məsrəfi)  kimi  orta 

sutkalıq,  aylıq,  illik  və  s.  ölçülür:  W=Q·T;  Q-suyun  sərfi,  T-baxılan  vaxtda 

saniyələrin miqdarı. 

Axının  modulu-suyığıcı  hövzənin  vahid  sahəsindən  vahid  zamanda  axan 

suyun miqdarıdır: M=Q/F; (l/san·km2) və ya (m3 /san·km2). 

Axının  həcminin  çay  məcrasının  sahəsinə  düşən  yağıntının  miqdarına 

nisbətinə  axının  əmsalı  deyilir.  Məsələn,  bütün  quru  ərazisindəki  axının  əmsalı 

0,34 təşkil edir, yəni yağıntının 1/3 hissəsi çaylara axır. 

Suyun çaylara daxil olmasına çayın qidalanması deyilir və 4 növ olur; yağış, 

qar,  buzlaq  və  qrunt  suları.  Çayın  qidalanması  onun  recimi  ilə  əlaqəlidir  (yəni  il 

ərzində suyun səviyyəsinin müxtəlifliyindən). 

Qidalanma  mənbəyinə  və  axının  il  boyu  paylanmasına  görə  çaylar  12  tipə 

bölünür:  ekvatorial,  tropik,  yumşaq  dəniz  çayları  və  s.  Yumşaq  kontinental  tipli 

çaylarda  qidalanma  yay  və  payızda  yağış  və  qrunt  suyundan,  qışda-yalnız  qrunt 

sularından, yazda-yağış və qar sularının hesabına olur. Bu çaylar dəqiq yaz axını 

və alçaq su səviyyələri ilə xarakterizə olunur. 

Çay  axını-iqlimdən  asılı  olaraq  landşaft  yaradan  funksiyaların  birisidir. 

Yağıntının  miqdarının  çox  olması  və  buxarlanmanın  azlığı  ərazisinin  çox 

nəmlənməsinə və axının çoxluğuna səbəb olur. İqlimin axına bu təsiri həm birbaşa, 

həm  də  bilavasitə  landşaftın  komponentləri  vasitəsi  ilə  (torpaq,  bitki  qatı,  relyef) 

olur.  


Məsələn, meşədə səthi su axını azdır, torpaq və qrunt sularının miqdarı isə 

açıq sahələrə nisbətən çoxdur.  

Axının  azalmasına  və  tənzimlənməsinə,  göllərin  təsiri  olur.  Xüsusilə  də 

axımlı göllərin tənzimləyici rolu böyükdür. Məsələn, Neva çayının sərfi il ərzində 

dəyişməyir. 

downloaded from KitabYurdu.org




Göllər  -  daxili  su  nohurları  landşaft  kompleksidir,  özünə  məxsus  su 

mübadiləsinə və həyat mühitinə malikdir və nisbi axımsız olurlar. Onların ölçüləri, 

dərinliyi, forması və digər morfoloji xarakteristikası (sahillərin uzunluğu və kələ-

kötürlüyü, su  səthinin  sahəsi) göl  çalasının  yaranışından  asılıdır. Yer  üzərində  bir 

neçə  genetik  göl  tipləri  mövcuddur:  tektonik  (Baykal,  İssık-Kul  və  s.),  Vulkanik 

(Kamçatkadakı  Kronos  gölü),  buzlaq  (Kuliyarmadasında),  su-eroziya  (çay 

vadilərinin  qurumuş  gölü),  su-akkumulyativ  (Qara  dəniz  sahili  limanları), 

bəndgölü (Pamirdə Sarez gölü), göl-su anbarı (Kuybışevdə) və s. 

Göllərin  suları  yağıntılardan,  çay  və  qrunt  sularından  toplanır.  Suyun  sərfi 

buxarlanmadan və  yeraltı axından təşkil olunur. Bəzi  iri göllər  keçmiş dənizlərin 

qalıqlarıdır. Bu göllərə relikt göllər deyilir (Balxaş gölü) və suyu əsasən duzlu olur 

(dəniz suyu). Əksər göllərin çalası əsasən yağıntılardan dolur. Göllərin su balansı 

onun  səviyyəsini  təyin  edir,  müsbət  balansda  səviyyə  qalxır,  mənfi  balansda  isə 

düşür. Su kütləsinin daxil olmasına və sərfinə görə göllər bir neçə qrupa bölünür: 

yaxşı axarlı-gölə bir neçə çayın suyu tökülür və göldən bir çay axır; az və periodik 

axarlı-çaylardan az su gəlir və  ya  çayın  səviyyəsi  qalxanda su  gəlir;  axarsız-gölə 

çaylardan su tökülür, göldən isə su axmayır. Birinci qrup göllər əsasən izafi nəmli 

rayonlarda,  ikinci  və  üçüncü  qrup  göllər-yarısəhra  və  səhra  təbii  zonalarda  rast 

gəlinir. 

Suda  həll  olunan  maddələrin  keyfiyyətinə  və  miqdarına  görə  göllər  şirin 

sulu, az duzlu (şor) və duzlu olur (3%, 3-25%-dən çox duzluluq). 

Hər  göl  özünə  məxsus  təbii  kompleksdir  ki,  burada  komponentlərin  qarşılıqlı 

əlaqəsi  yaxşı  izlənilir.  Göldəki  kəmiyyət  dəyişikliyi  onun  başqa  bir  keyfiyyətə 

keçməsinə səbəb olur-bataqlığa çevrilir, quruyur və s. Su balansının dəyişilməsi bu 

prosesləri sürətləndirə və ya zəifləndirə bilər. 

Göllərin  reciminə  insanın  təsiri  böyükdür.  Gölə  çirkab  sularının, 

kübrələnmiş  tarlaların  sularının  axıdılması  onun  qaz  recimini  dəyişir,  canlı 

orqanizmlərin  həyat  mühitini  pisləşdirir.  Hidroqrafik  şəbəkədəki  dəyişikliklər  də 

öz təsirini göstərir. İri su anbarlarının tikintisinin təbii landşafta təsiri həm müsbət, 

həm  də  mənfi  tərəfdən  olur-50  km  məsafədə  iqlimə  yumşaldıcı  təsir  edir,  qrunt 

downloaded from KitabYurdu.org



sularının  səviyyəsini  artırır  və  2  km  sahil  zolağını  bataqlığa  çevirir,  çay  axınını 

tənzimləyir,  suvarma  üçün  əlavə  su  həcmi  verir  və  s.  Su  anbarları  landşaftın 

strukturunun  yavaş-yavaş  dəyişkənliyinə  səbəbkardırlar.  Bu  səbəbdən  su 

anbarlarının  layihələndirilməsi  zamanı  ərazinin  landşaft-ekoloci  proqnozu 

işlənməlidir. 

Bataqlıqlar - ən azı 0,3 m torf qatından ibarət işafi nəmlilikli quru sahəsidir. 

Torfun  qalınlığı  az  olsa  və  ya  heç  olmasa,  izafi  nəmlilikli  ərazilər  bataqlaşmış 

torpaqlar  sayılır.  Bataqlıqlar  su  nohurlarının  bitki  ilə  dolması,  suyun  meşədə, 

çəməndə,  meşəqırılma  və  s.  yerlərdə  qalması  səbəbindən  yaranır.  Bunlar  əsasən 

yumşaq  meşə  qurşaqlarında  geniş  yayılıbdır.  Bataqlaşma  prosesi  torpaqda  üzvi 

maddələrin  torf  şəklində  yığılmasından  və  torpağın  mineral  hissəsinin 

çılpaqlanmasından (V səviyyəsi) ibarətdir. Bataqlıqlar daimi və ya periodik olaraq 

torpaqqruntuların  izafi  nəmlənməsi  şəraitindən  anaerob  proseslərin,  yəni  oksigen 

çatışmazlığı  və  ya  olmaması  şəraitində  baş  verən  mikrobioloci,  biokimyəvi  və 

kimyəvi  dəyişikliklərin  nəticəsində  əmələ  gəlirlər.  Anaerob  bakteriyalar  dəmirin 

oksid  birləşməsini  dəmir  turşusuna  çevirir,  V  torpaq  səviyyəsinin  qırmızı-qonur 

rəngi  yaşımtıl-boz  rəngə  keçir,  torpağın  mineral  hissəsinin  rəngi  bozlaşaraq 

çılpaqlanmış  səviyyə  formalaşır.  Torpağın  yuxarı  hissəsində  üzvi  maddələr 

toplanır. Vegetasiya dövründə bitki qalıqları tam minerallaşmağa imkan tapmayır 

və  onun  çox  hissəsi  torf  şəklində  torpaqda  yığılır.  Torf-tam  çürüməmiş  bitki 

qalıqlarının yığıntısıdır. İsti və nəmişlik iqlimdə bu proses daha tez baş verir. 

Bataqlıq tip landşaftın formalaşmasının əsas səbəbləri bunlardır: düzənlik və 

dağ  ərazilərdə  suyadavamlı  torpaqqrunt  layı  üzərində  çökəkliklərin  olması;  qrunt 

sularının  yer  səthinə  yaxınlığı;  atmosfer  yığıntılarının  və  səthi  axınların  bolluğu; 

bitkilərin  özünün  təbii  evolyusiyası.  Qrunt  sularının  səviyyəsinin  qalxması  izafi 

nəmlilik  yaradır,  bitkilərin  güclü  inkişafından  yaranan  çim  təbəqəsi  oksigenin 

torpağa çatmasına mane olur, nəticədə belə yerlərdəki çəmən bitkiləri öz yerlərini 

alaq otlarına və mamırlara verir, bataqlaşma başlayır. 

 

 

downloaded from KitabYurdu.org




Yaranış  şəraitinə  görə  bataqlıqlar  3  tip  olur:  1)  aşağı  bataqlıq-yüksək  qrunt 

qidalanmasından yaranır, torfun tərkibində 25%-dək yod olur. Bunlar terraslarda, 

suayrıcında, çay məcralarında, relyefin çökək yerlərində əmələ gəlir. 

2)  Yuxarı  bataqlıq  suayrıcı  məkanında  atmosfer  yağıntılarından  yaranır.  Şfaq 

mamırlarının  təsirindən  onların  forması  qabarıq  olur.  Bu  bataqlıqlarda  mamırdan 

əlavə  ladan  ağacı,  quşüzümü,  tüklücə  inkişaf  edir.  Torfda  külün  miqdarı  2-5% 

arasında dəyişir. 

3)  Keçid  tip  bataqlıq  -aşağı  və  yuxarı  bataqlıq  tipləri  arasında  yer  tutur. 

Burada  yuxarı  hissələrdə  (kötük  hissədə)  bitkilər  atmosfer  yağıntısının  hesabına 

yaşayır,  aşağı  sahələrdə  qrunt  suları  və  aşağı  bataqlıq  bitkiləri  ilə  yaxşı  əlaqə 

yaranır. Keçid tipli bataqlıqda torfun tərkibində 5-10% kül olur. 

Bataqlaşma prosesinin getməsində və onların xarici landşaft görünüşlərinin 

yaranmasında  əsas  rol  bitkilərə  aiddir.  Bataqlaşmanın  ilk  xəbərçisi    olancil 

(qumotu)  torpaq  məhlulu  olmayan  yerdə  də  bitir,  yarpaqları  ilə  atmosferin 

nəmliyini  çəkərək  kökə  keçirir  və  onun  altında  torf  kütləsi  formalaşır.  Sonralar 

yaşıl mamırlar inkişaf edir, nəm çəmən yuxarı bataqlığa çevrilir, yem üçün yararsız 

vəziyyətə düşür. 

Bataqlıq  və  bataqlaşmış  torpaqlardan  istifadə  zamanı  onlara  differensial 

yanaşmaq lazımdır. Torf yataqlarının üst qatının qurudulması yararsız torpaqların 

yaranması  ilə  nəticələnə  bilər.  Bataqlaşmış  torpaqlar  yaxşı  meliorativ-torpaq 

fondudur  ki,  onlara  elmi  cəhətdən  yanaşdıqda  kənd  təsərrüfatı  torpaqlarına 

transformasiya  (çevirmək)  etmək  olar  biçənək,  otlaq,  əkin  sahələri  və  s).Torfdan 

yanacaq, kübrə və digər məqsədlər üçün istifadə edilir. 

Buzlaqlar-uzun müddətli geoloji dövrdə suyun bərk fazasının müsbət balansı 

nəticəsində  qurunun  sahələrində  buzların  toplantısına  (yığımı)  deyildir. 

Buzlaqlarda 24 mln km3 su yığılmışdır. 

Müasir  buzlaşmanın  mümkün  yaranmasının  aşağı  həddinə  qar  sərhəddi 

deyilir.  Bu  elə  hündürlükdür  ki,  bərk  yağıntının  illik  miqdarı  illik  sərfə  bərabər 

olur.  Bu  səviyyədən  yuxarıda  qarın  akkumulyasiyası  onun  əriməsini  (ablyasiya) 

üstələyir,  qarın  toplanması  və  onun  buza  çevrilməsi  baş  verir.  Qar  sərhəddinin 

downloaded from KitabYurdu.org



yüksəkliyi havanın temperaturundan, bərk yağıntının miqdarından, oroqrafiyadan, 

coğrafi  enlikdən  və  buzlağın  özünün  inkişafından  asılıdır.  Temperatur  aşağı 

sürətlənir  və  bərk  yağıntının  miqdarı  artdıqca,  qarın  toplanması  və  buzlaşma 

sürətlənir.  Dağlarda  buzlaşmanın  qalınlığı  xionosferə  (xion-«qar»)  nə  qədər 

yaxınlaşmasından asılıdır. 

Buzlaqların  əsas  qidalanma  mənbəyi  bərk  yağıntılar,  qırov,  qarın  küləklə 

gətirilməsi, qar uçqunlarıdır. Qar uçqunları yamacının mailliyi 150-dən böyük olan 

dağ yamaclarından qar kütləsinin düşməsidir ki, dağlarda qorxulu hadisələrə səbəb 

olur. Qar uçqunlarının zərbəsinin gücü 1 m2 sahəyə 100 ton olur. 

Buzlağın  2  sahəsi  olur:  qidalanma  sahəsi  və  firnə  keçmə  sahəsi.  Firn-

bərkimiş  iri  danəli  qara  deyilir  ki,  sonralar  buza  çevrilir.  Firn  laylı  quruluşa 

malikdir,  hər  lay  yağan  qara  dəlalət  edir.  Firnin  alt  qalınlıqları  buzlağa  və  ya 

qletçer buzuna dönür və plastik olduğu üçün aşağıya buzlaq dili formasında axır.  

Qar sərhəddindən aşağıda buzlağın ərimə sahəsi (ablyasiya sahəsi) yerləşir. 

Buzlağın hərəkət sürəti sutkada 20-80 sm və ya ildə 100-300 m və bəzən çox olur. 

Himalay buzlaqlarının sürəti 2-3 m/sutka olur. 

Buzlaqlar da erozion, nəqletmə və akkumulyativ işlər görür. Hərəkət zamanı 

buzlaqlar  dağ  süxurlarını  hamarlayaraq  iri  daşlar,  qoç  başı,  troq  (vadinin 

tavayabənzər forması), karlar (yamacda kresloya bənzər çökəklik) yaradır. Bundan 

əlavə  buzlaqlar  kobud  qırıntı  və  yumşaq  materialları  köçürüb  bir  yerə  moren 

şəklində yığırlar. Buzlağın sonunda, buz əriyən yerdə bütün mineral kütlə buzdan 

ayrılır və son morena yaranır. 

Buzlaqların  vadi,  kar,  asılı,  papağaoxşar  və  s.  tipləri  ilə  yanaşı  örtük 

buzlaqları da mövcuddur. Onlar Afrika və Antarktidada qütb adalarını buz örtüyü 

ilə tamamilə  örtmüşlər.  Dağ  buzlaqlarının  irilərindən  birisi  uzunluğu  71  km  olan 

Fedçenko buzlağıdır. 

Quru  sahələrdəki  buzlaqların  müasir  vəziyyətləri  daima  dəyişir.  10000  il 

bundan  qabaq  baş  vermiş  buzlaşma  qurunun  30%-ni  əhatə  etmişdir.  Qədim 

dördüncü buzlaşmanın qalıqları antarktidanın buz örtüyüdür. 

downloaded from KitabYurdu.org




Buzlaqlar  yer  səthində  ki,    su  mübadiləsində  vacib  rol  oynayır.  Onlardakı, 

«konservlənmiş» su miqdarı landşaft sferasının ümumi vəziyyətinə təsir edir. Buz 

təbəqəsi iqlim yaradıcı faktor kimi havanın hərarətini azaldır. Buzların tam əriməsi 

qurunun hərarətinin artmasına və okeanın səviyyəsinin 60 m-dən çox qalxmasına 

səbəb olar. Quru dağ rayonlarında buzlaqlar çayların qidalanma mənbəyidir. 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin