§ 7. ƏRAZININ LANDŞAFT DIFFERENSIYANIN ƏSAS
QANUNA UYĞUNLUQLARI
P L A N
1. Təbii zonalılıq
2. Azonal qanuna uygunluqlar
3. Qafqaz dagları
4. Azərbaycanan oroqrafiyası və yüksəklik qurşaqları
Təbii zonalılıq. Yerin kürəyəbənzər forması və dairəvi hərəkəti onun
səthində enerjinin və maddələrin qeyri-bərabər paylanmasına səbəb olur ki, bu da
landşaft sferasının ərazi differensiyasına gətirib çıxarır. Differensiyanın xüsusi
formasına zonalılıq deyilir - yəni bütün təbii komponentlər ekvatordan qütblərə
tərəf müxtəlif zonalarda qanunauyğun dəyişirlər. Buna səbəb günəş enerjisinin
müxtəlif enliklərdə qeyri-bərabər paylanmasıdır ki, nəticədə 13 coğrafi qurşağı
(iqlim qurşağı) fərqləndirmək lazım gəlir.
Hər bir coğrafi qurşaqda özünün hava kütləsi, istilik şəraiti vardır və enlik
istiqamətinə malikdir. İqlim qurşaqları və ya istilik enlik zonalalığı zonalılıq
qanunauyğunluğun ilkin faktorudur, planetar-kosmik səbəblərlə şərtlənir. Burada
təbii komponentlərin yayılması (su, torpaq, bitki və heyvanat aləmi), həmçinin iri
təbii sistemlərin - landşaft zonalarının yaranması da nəzərdə tutulur. Başqa sözlə,
yer səthində istiliyin və nəmliliyin nisbəti landşaft zonalarını təyin edir.
İlk dəfə zonalılıq qanununu rus alimi V.V.Dokuçayev 1899-cu ildə
Peterturqda kəşf edərək zonaliği təbiətin ümumi qanunu kimi qəbul etmişdir.
Qeyd edək ki, landşaft zonalarının quruda yayılması üfqi və yüksəklik təbii
zonalılıq qanununa tabe olur. Elmi ədəbiyyatda üfqi təbii zona - landşaftın hər
hansı bir zonal tipinin (çöl, səhra və s.) dominant olduğu iri coğrafi qurşağı hesab
edilir.
downloaded from KitabYurdu.org
S/s
Qurşaqların adları
Sahəsi
mln km
2
%
1.
Arktik
14,45
3
2.
Subarktik
17,62
3
3.
Mülayim
53,22
10
4.
Subtropik
39,72
8
5.
Tropik
80,77
16
6.
Subekvatorial
38,65
7
7.
Ekvatorial
22,07
4
8.
Subekvatorial
30,11
6
9.
Tropik
95,10
19
10.
Subtropik
33,78
7
11.
Mülayim
34,47
7
12.
Subantarktik
23,93
5
13.
Antarktik
26,19
5
14.
Cəmi:
510,18
100
Hər bir təbii zonanın özünün xarakterik landşaft tipi mövcuddur. Bundan
əlavə «ada landşaftları» deyilən anlayışlar (çöldə bataqlıq ərazisi səhra) azonal
faktorlarla (ərazinin hündürlüyü, qrunt sularının səviyyəsi) izah olunur. Landşaft
zonalarının adını geobotanik göstəricilərə görə (bitki örtüyü) verirlər.
Landşaft zonaları bir çox minilliklər ərzində yaranmış və inkişaf etmişdir,
enlik və uzunluq dairələri üzrə bircinsli deyildirlər, alt zonalara bölünürlər.
Azonal qanunauyğunluqlar. Landşaft üfqi zonalarının sərhədləri meridional
istiqamətə yaxınlaşırlar. Bəzi zonalar didilmiş formalı olur. Üfqi qanunauyğunluq
ideal formada ifadə oluna bilməyir. Belə qanunauyğunluqlar ümumi azonal adla
adlanır. Azonal faktorların landşaftyaratma əhəmiyyəti böyükdür. Uzunluq landşaft
differensiyanı təyin edən faktorlar içərisində əsas əhəmiyyət landşaftın və onun
fito-zookütləsinin ehtiyatlarının dinamikasında özünü göstərən kontinental iqlimin
downloaded from KitabYurdu.org
(ilin isti və soyuq mövsümləri arasındakı yüksək təzad) üzərinə düşür. Beləliklə,
zonal və azonal qanunauyğunluqlar üfqi təbii zonalarda eyni vaxtda təsir edir və
müasir landşaft strukturunu formalaşdırır.
Bu və digər təbii zonanı təşkil edən landşaftda analiz nəticəsində təbiətin
zonal və azonal xüsusiyyətlərini tapmaq mümkündür.
Üfqi təbii və ya landşaft zonaları sistemi. Yer səthində 2 əsas təbii zonalıq
fərqləndirilir: dəniz və kontinental. Dəniz spektri isti okean axınları ilə yuyulan
quru sahələrində daha yaxşı görünür. Kontenental spektr şimaldan cənuba yayılır
və burada subtropik zona daha geniş yayılıbdır. Hər bir zona onun torpaq- landşaft
şəraitini öyrənmək üçün fərdi yanaşma tələb edir. Müxtəlif müəlliflər təbii zonaları
müxtəlif cür sıralayırlar. Ümumilikdə, postsovet məkanında arktik səhralar, tundra,
tayqa, qarışıq, meşə, meşə çöl, çöl, yarısəhra və subtropik zonaları fərqləndirirlər.
Daglarda landşaft zonalığı. Dağ ərazilərində təbii differensiyanın əsas
qanunauyğunluğu yüksəklik landşaft zonalığı hesab edilir. Onun əsasını
yüksəkliyin artması ilə hərarətin azalması, istilik və nəmliliyin münasibətinin
dəyişkənliyi təşkil edir ki, bu da müxtəlif landşaftları formalaşdırır.
Yüksəklik landşaft zonası üfqi təbii zonaya tam uyğun deyildir. Dağlarda
istilik və nəmliliyin nisbəti enlik dairəsinə və yüksəkliyə görə dəyişir, iqlim
prosesləri düzənliyə nisbətən daha tez dəyişkənliyə məruz qalır.
Yüksəklik landşaft zonalığı dağ sisteminin coğrafi vəziyyətindən, mütləq
yüsəklikdən, yamacların ekspozisiyasından və mailliyindən, dağ süxurlarının
xarakterindən və s. asılıdır və yüksəklik landşaft zonalığının strukturunun tipi ilə
konkret ifadə olunur.
Eyni bir dağ silsiləsinin şimal və cənub yamaclarının yüksəklik landşaft
zonalıqlarının xarakterində böyük fərqlər müşahidə olunur, fərqli torpaq və bitki
tipləri rast gəlinir.
Qafqaz dağları yüksək dağ silsilələrindən, platolardan, dagətəyi və
ovalıqlardan ibarət dağ sistemidir. Onun ən yüksək nöqtəsi sönmüş vulkan olan
Elbrus dağıdır (5642 m). Burada müasir buzlaşma inkişaf edir. Elbrus və Kazbek
dağları arasında 60-a qədər buzlaq yerləşir. Böyük Qafqazın oxundan Şimala tərəf
downloaded from KitabYurdu.org
mülayim iqlim, Zaqafqazda - subtropik iqlim mövcuddur. İqlimin bir ümumi
xüsusiyyəti onun üç istiqamətdə dəyişməsidir - qərbdən şərqə istiqamətdə quruluq
və kontinentallıq artır, şimaldan cənuba tərəf illik müsbət temperaturların cəmi
çoxalır; yüksəkliyə qalxdıqca isə atmosfer yağıntılarının miqdarı çoxalır, illik orta
temperatur isə aşağı düşür. Qafqazda 3 tip yüksəklik zonalığı mövcuddur: çöl,
yarısəhra və subtropik.
downloaded from KitabYurdu.org
|