yaranışıdır. Orta və son paleolit dövründə (100 min əvvəl) ilk ictimai-iqtisadi
məhv edə bilər nə də dəyişə bilər, yalnız onlardan istifadə etməyi, o qanunları
olan təbiətin hissəsinə (yerin dərinliyi, yerüstü və yeraltı sular, hava məkanı,
torpaq, bitkilər, heyvanlar) coğrafi mühit deyilir. Coğrafi mühitin bütün təbii
elementləri və onun landşaftları insan tərəfindən dəyişilməsinə baxmayaraq həmişə
özüinkişaf xüsusiyyətini saxlayır. Coğrafi mühitin texnogen elementləri haqqında
(zavod, yol və s.) bunu demək olmaz, çünki bu elementləri yaxşı vəziyyətdə
Coğrafi mühit cəmiyyətin inkişafının daimi və vacib şərtlərindəndir, onun
xüsusiyyətlərinə və landşaft fərqlərinə xüsusi fikir verilməlidir. Bununla yanaşı
insan özü də coğrafi mühitə aktiv təsir edir və bu təsir cəmiyyətin quruluşundan,
Təbii ehtiyatların növü və təbii kadastr. Təbii ehtiyatların müxtəlif təsnifatı
mövcuddur. Onları təbii qruplarına və dirçəlməyə (təkrarlanma) görə
təsnifatlandırmaq vacibdir. Təkrarlanmaya görə təbii resursları təkrarlaşmayan
(dirçəlməyən), tükənmiş, lakin təzələnən və çətin təkrarlanan (yenidən qurulan)
növlərə bölürlər.
Təkrarlanmayan (dirçəlməyən) mineral resurslara, məsələn faydalı
qazıntıların filizləri aiddir. Onların ehtiyatını və uzaq perspektiva üçün tələbatını
bilmək, onlardan maksimum məhsuldarlıq əldə etmək lazımdır.
Tükənmiş, lakin təzələnə bilən (dirçəldilə bilən) təbii ehtiyatlara torpaq, bitki
və heyvan ehtiyatları misal ola bilər. Bioloji resursların miqdarını azaltmaqla
yanaşı artırmaq da olar. Təzələnən (təkrarlanan) təbii resurslar üçün onların
məhsuldarlığı haqqında məlumat bilmək vacibdir ki, il ərzində tələbat miqdarı bu
ehtiyyatların tükənməsinə səbəb olmasın. Təsərrüfat tədbirlərini yerinə yetirərkən
konkret ərazidə bu resursların bolluğunu yaratmaq mümkünlüyü haqqında
məlumatlar çox lazımdır.
Təbii təkrarlana bilən resurslar arasında çətin təkrarlana bilən resurslar da
vardır. Bunlar torpaq və onun məhsuldarlığı, meşə, balıq və s. aiddir. Məlumdur
ki, torpağın təbii məhsuldarlığı min illər ərzində yaradılır, məhv olması isə su və
külək eroziyasından, ikinci şoranlaşmadan, düşünülməmiş təsərrüfat fəaliyyətindən
əmələ gələn digər səbəblərdən bir neçə ilə baş verə bilər. Meşə özü də gec bərpa
olunur, onun qırılması səbəbindən çaylar dayazlaşır, su mənbələrinin debiti aşağı
düşür. Bunun qarşısını almaq üçün insan təbii resurslardan qənaətlə istifadə etməli,
rasional yollar seçməlidir.
Təbii ehtiyatlardan rasional istifadə etmək çox mürəkkəb elmi-təsərrüfat
problemdir ki, bunu bütün istehsal qüvvələrinin və cəmiyyətin vasitələrinin
rasional istifadəsi kimi başa düşməliyik. Təbii ehtiyatlarla ölkələrin təminatı
haqqında proqnoz çox böyük əhəmiyyət kəsb edir. Təbii resursların növləri
haqqında elmi biliklərin toplusu - təbii kadastr və onun iqtisadi qiymətləndirilməsi
müasir dövrdə təbii bolluqdan istifadənin optimal yolunun təyin olunmasına, bu
istifadənin gətirib çıxaracağı dəyişikliklərin öyrənilməsinə, həmçinin uzun
downloaded from KitabYurdu.org
müddətli proqnozların tərtib edilməsinə imkan verir. Uzun müddətli təbii- iqtisadi
proqnozlaşdırma təsərrüfatın perspektiv inkişaf planının elmi əsasını hazırlamağa
xidmət edir.
Təbii kadastr - təbii resursların əsas qruplarının regional aspektdə iqtisadi
qiymətləndirilməsi, onların kəmiyyət və keyfiyyətcə qeydiyyata götürülməsi
deməkdir. Müəyyən bir rayonun təbii kadastrını tərtib etmək üçün aşağıdakı
məlumatları bilmək vacibdir: Təbii ehtiyatların əsas qruplarının kəmiyyət
qeydiyyatı, təbii şəraitin yararsızlıq dərəcəsinin aydınlaşdırılması; istehsal vasitəsi
kimi bu və ya digər ehtiyatların nisbi qiymətliyi.
Dostları ilə paylaş: