Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   24
Landsaftsunasliq

§ 12. İNSANIN LANDŞAFTA TƏSİRİ 

P L A N 

 

1.İnsan cəmiyyətinin landşafta təsiri  

2.Təbiətdəki  pozuntuların növləri 

3.Antropogen  landşaft təsnifatı 

4.Təbii  landşaftakı dəyişikliklər 

 

 

İnsan  cəmiyyəti  Yer  kürəsinin  xarici  görkəmini  xeyli  dəyişmişdir.  Müasir 



dövrdə bu təsir miqyasına və dəyişikliklərin dərinliyinə görə daha intensiv olubdur. 

İnsanın təbiətə təsiri ilk növbədə bərk kütlələrin yerdəyişməsində, ərazinin istilik - 

su  reciminin,  bioloci  tarazlığın  və  kimyəvi  elementlərin  miqrasiyasının 

pozulmasında özünü göstərir. Hər il yerin qatlarından bir neçə yüz milliard ton dağ 

süxuru çıxarılır və daşınır; atmosferdən 16 mlrd ton oksigen çıxarılır; 35 min km3 

su sərf  olunur;  9 ton  bioərzaq  istehsal  olunur;  2  mlrd  ton ağac  kütləsi hazırlanır. 

Quru  hissəsinin  1/3  hissəsi  (7  mln  km

2

)  eroziyaya  uğrayır.  Su  eroziyası  əlverişli 



torpaqların  sahəsini  azaldır,  həmçinin  relyefi  mexanizmlərin  işləməsi  üçün 

əlverişsiz  vəziyyətə  salır.  Su  anbarlarının  tikintisi  çayların  recimini  kökündən 

dəyişir, müəyyən mənfi fiziki - coğrafi və iqtisadi dəyişikliklərə səbəb olur. Qrunt 

sualının təzyiqi və səviyyəsi dəyişir, bataqlaşma başlayır, hidroloji proseslər kəskin 

dəyişikliyə uğrayır, kənd təsərrüfatı işlərini aparmaq çətinləşir, əlavə tədbirlər tələb 

olunur.  

 

Mineral kübrələrin tətbiqi ilə troposfera çirklənir, atmosferdəki kükürd, flor, 



karbon  qazı  və  digər  texnogen  qarışıqlar  aqrolandşafta  daha  çox  ziyan  vurur. 

Florun  havada  çoxluğu  yarpaqların  tökülməsinə,  bitkilərin  inkişafının  azalmasına 

səbəb olur. Təsərrüfat fəaliyyəti biosenozun yenidən qurulmasına gətirib çıxarır ki, 

nəticədə heyvanların bəzi növləri qırılır, bir çox landşaftlar yoxa çıxır.  

 

Bütün  bunlarla  yanaşı  insan  landşaftın  zonal,  uzunluq  və  azonal  inkişaf 



qanunauyğunluqlarının  gedişini  dəyişə  bilməz.  Landşaftlar  təbiət  qanunlarına 

uyğun  inkişaf  edir,  əvvəlki  vəziyyətinə  qayıtmağa  çalışır.  Məsələn,  istifadə 

downloaded from KitabYurdu.org



olunmayan  əkin  sahəsi  çöldə  10-15  ildən  sonra  ikinci  çöl  formasına  düşür; 

mühafizə zolağı müəyyən vaxtdan sonra meşə landşaftını xatırladır.  

 

Təbiətdəki bütün pozulmalar 3 qrupa bölünür: kökündən, bir komponentli və 



çoxkomponentli.  Kökündən  (köklü)  dəyişmələr  landşaftın  geoloji  -  geomorfoloji 

əsasının,  axının,  biokomponentlərin  və  mikroiqlimin  dəyişikliyidir.  Bir  və  çox 

komponentli  dəyişikliklər  kənd  təsərrüfatı  işlərinin  təsirindən  baş  verir,  nəticədə 

müəyyən  kateqoriyalı  antropogen  landşaftlarının  formalaşmasına  gətirib  çıxarır. 

Bəzi  təsərrüfat  fəaliyyəti  geri  dönməyən  prosessləri  sürətləndirir  (bataqlaşma, 

şoranlaşma). Ümumiyyətlə təbii landşaftın dəyişilməsi planlı (əkin meşəpark, park, 

meşə zolağı) və arzuolunmayan növlü (karxana töküntüsü, əkin yerində yarğan və 

s.)  olur.  Dəyişikliklərin  xarakterinə  görə  landşaftlar  şərti  bölünür:  dəyişilməyən 

(ilkin),  azdəyişilən,  çoxdəyişilən  (pozulan)  və  rasional  dəyişdirilən.  Mövcudluq 

dövoünə  görə  -  uzun  müddətli  özünü  tənzimləyən  (kurqan),  çoxillik  nisbi 

tənzimlənən  (nohur,  meşə  əkilisi),  qısamüddətli  tənzimlənən  (meyvə  əkililəri) 

növlü olur.  

 

Kənd təsərrüfatı qiymətinə görə insan tərəfindən dəyişilən landşaflar 2 qrupa 



bölünür: mədəni və qeyri-mədəni (akultur). Akultur landşaftlar təsərrüfatın qeyri-

rasional aparılmasının nəticəsidir (yarğan, istifadəsiz torpaq sahələri).  

 

Antropogen  landşaft  təsnifatı.  Antropogen  landşaft  dedikdə  elə  təbii 



komplekslər  nəzərdə  tutulur  ki,  onun  tam  və  ya  böyük  sahələrində  bir  təbii 

komponent köklü dəyişikliyə məruz qalmış olur. Antropogen landşaftşünaslığının 

öyrənmə  obyekti  Yerin  landşaft  sferası  və  öyrənmə  predmeti  isə  -  antropogen 

landşaftlar  hesab  olunur.  Antropogen  landşaftlar  rus  alimi  F.N.Milkovun 

təsnifatına  görə  8  sinfə  bölünür:  sənaye,  kənd  təsərrüfatı,  seliteb,  yol,  meşə,  su, 

rekreasiya və belligerativ («belligero» - «müharibə aparmaq»). Antropogen və təbii 

landşaftların siniflərindəki fərqliliyini F.N.Milkov qanunauyğun hesab edir, çünki 

ikinci -  makrorelyefə  görə, birinci isə insanın  fəaliyyət  növünə görə  təyin  olunur. 

Landşaft xəritəçəkməsində taksonomik tipoloji vahid kimi sinif, tip, növ qrup və ya 

uroçişanın tipi qəbul edilir.  

downloaded from KitabYurdu.org



 

Sinif  -  təsərrüfatın  müəyyən  bir  hissəsində  insan  fəaliyyətinin  nəticəsində 

yaranan  antropogen  komplekslərin  toplusudur.  Təsərrüfatlar  arası  konkret 

fəaliyyətdən  əmələ  gələn  qarşılıqlı  əlaqəli  təbii  -  təsərrüfat  komplekslərinə  tip 

deyilir.  

 

Antropogen  landşaftın  növü  -  müxtəlif  landşaftlarda  gedən  bu  və  ya  digər 



təsərrüfat  fəaliyyəti  ilə  şərtlənən  təbii  -  təsərrüfat  kompleksidir.  Vacib  təbii 

təsərrüfat  xarakteristikasına  görə  oxşar  olan  antropogen  uroçişa  komplekslərinin 

birliyi qrup adlanır.  

Təbii  landşaftdakı  dəyişikliklər.  Təbii  landşaftda  ən  böyük  miqyaslı 

dəyişikliklər kənd təsərrüfatının məqsədləri üçün ərazinin mənimsənilməsindən baş 

verir. Əkin sahələri meşələrin qırılması hesabına artır, bitki və heyvanat aləmində 

növdəyişmələrə  təsir  edir.  Əkin  kənd  təsərrüfatı  landşaftının  fərqli  xüsusiyyəti 

orada mədəni bitkilərin üstünlüyündədir. Bu da  öz növbəsində heyvanat aləminin 

tərkibinin dəyişməsinə, landşaftda bioloji dövranın pozulmasına, nəticədə mədəni 

torpaqların  formalaşmasına  səbəb  olur.  Belə  torpaqların  formalaşması  onun 

mexaniki  qarışdırılmasından  və  kübrələrin  əlavə  olunmasından  baş  verir  və 

torpaqda  arzuolunmayan  prosesslərə  gətirib  çıxara  bilər.  Suvarma  nəticəsində 

torpaqların  su,  istilik  və  bioloji  rejimi  dəyişir.  Bu  səbəbdən  səhra  zonasının 

torpaqlarına «suvarilan» sözünü əlavə edirlər. Kübrələrin əlavə olunması torpaqda 

azotun  miqdarının  normadan  dəfələrlə  çox  olmasına  səbəb  olur.  Bütün 

birkomponent və çox komponentli dəyişikliklər təbii landşaftın strukturuna da təsir 

edir  və  son  nəticədə  antropogen  kənd  təsərrüfatı  landşaftlarının  müəyyən 

növlərinin  yaranmasına  gətirib  çıxarır.  Çalışmaq  lazımdır  ki,  landşaftlarda  köklü 

dəyişikliklər və pozuntular baş verməsin, təbii  tarazlıq dəyişilməsin. Bunun üçün 

mütəxəssislərin landşaftşünaslıq elminin əsaslarını bilməsi vacibdir. 



 

downloaded from KitabYurdu.org





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin