§ 10. LANDŞAFT TIPOLOGIYASI.
P L A N
1.Torpaq və torpaq sahələri anıayışı
2.Landşaft xəritəçəkməsinin əsas vahidi və landşaft xəritələrinin növləri.
3.Landşaft növləri
4.Çöl landşaft planalması
5.Aerokosmik fotoplanalmanın landşaft xəritəçəkməsində tətbiqi.
Kənd təsərrüfatının xüsusiyyəti ərazinin təbii şəraitinin qeydiyyata tam
alınmasını tələb edir ki, bu da torpaqları və kənd təsərrüfatının torpaq sahələrini
təsvir edən xəritə və planların analizi əsasında yerinə yetirilir. Torpaq haqqında
materialların doğruluğu həmişə yüksək səviyyədə olmayır, bu da nəticədə
əsaslandırılmamış qərarlara səbəb olur. Torpaq xəritələri torpaq fondunun
keyfiyyətcə qiymətləndirilməsinə azlıq edir, çünki torpaq və torpaq sahələri
anlayışları müxtəlifdir. Torpaq sahələri dedikdə kənd təsərrüfatı üçün yaralı təbii
şəraitli istifadə olunan və istifadə olunmayan təbii sahələr nəzərdə tutulur. Buna
görə torpaq sahələrinin elmi və istehsal cəhətdən təsnifatı landşaft yanaşmasına
əsaslanmalıdır. Təbii torpaq sahələri tiplərinin xəritəsini landşaft xəritələrinin
istehsal traktovkası ilə almaq olar. Bu xəritələr yerli təbii fərqlər barədə məlumat
verir. Landşaft tədqiqat obyektiv mövcud təbii tipoloji komplekslərin
(landşaftların) aşkar edilməsindən, onları kompleks xüsusiyyətlərinə görə müəyyən
taksonometrik vahidlərlə qruplaşdırmaqdan ibarətdir.
Landşaftı xarakterizə edəndə bütün mümkün təbii komponentlər nəzərə
alınmalıdır (ilk növbədə kənd təsərrüfatı üçün yararsız olanları).
Hər bir landşaft - tipoloji kompleks kənd təsərrüfatı cəhətdən bu və ya digər
təbii - kənd təsərrüfatı torpaq sahələrini ifadə edir. Topoqrafik xəritə və torpaq
planları ərazi haqqında tam məlumat verə bilmədiyi üçün iri miqyaslı landşaft
xəritələrinin tərtib olunması zəruridir. Təbii torpaq sahələri haqqında məlumat iri
miqyaslı (M 1:10000; 1:50000; 1:100000) landşaft - tipoloji xəritələrdə yaxşı
sintez olunur ki, burada uroçişa və fasiyalar təsvir olunur, müxtəlif təbii - ərazi
downloaded from KitabYurdu.org
kompleks tiplərinin yerləşməsi, torpaq sahələrinin sərhədləri görünür, geoloji -
geomorfoloji, torpaq - meliorativ və s. məlumatlar ifadə olunur. İri miqyaslı
landşaft xəritəçəkməsini geobotaniki və torpaq tədqiqatları ilə eyni vaxtda yerinə
yetrirlər.
Dostları ilə paylaş: |