Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987


§ 13. ANTROPOGEN KƏND TƏSƏRRÜFATI  LANDŞAFTLARI



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   24
Landsaftsunasliq

§ 13. ANTROPOGEN KƏND TƏSƏRRÜFATI  LANDŞAFTLARI 

P L A N 

 

1.Antropogen kənd təsərrüfatı landşaftlarının sinifləri 

2.Əkin uroçişalarının  təsnifatı 

3.Çəmən –örüş 

4.Bag və bag-tarla 

5.Qazis 

 

 



Müasir  antropogen  landşaftlardan  ən  çox  yayılanı  kənd  təsərrüfatı 

landşaftlarıdır  ki,  bütün  qurunun  30%-ni  təşkil  edir.  Kənd  təsərrüfatı  torpaqları 

mikrolandşaft xüsusiyyətləri, ekologiyası və özünütənzimləmə dərəcəsinə görə bir-

birindən  kəskin  fərqlənirlər.  Antropogen  kənd  təsərrüfatı  landşaftları  2  sinfə 

bölünür:  düzənlik  və  dağlıq.  Həmçinin  4  altsinif  fərqləndirilir:  tarla,  bağ,  qarışıq 

(bağ tarla) və çəmən - örüş. Altsiniflər zonal-qurşaq tiplərinə bölünür və bu tiplər 

müxtəlif torpaq, aqroiqlim ehtiyatlarına görə fərqlənmirlər və müəyyən aqrotexniki 

üsulları tələb edirlər.  

 

Tarla  (zəmi)  altsinfi  torpaq  qatının  əkilməsi,  kübrə  əlavə  olunması  və 



biokütlənin becərilməsi ilə formalaşır.  Torpağın əkilməsi suyun dövranına böyük 

təsir  edərək  səthi  axını  gücləndirir,  su  və  torpaq  eroziyasını  intensivləşdirir 

(xüsusən çöl və meşəçöl tip landşaftda).  

 

Əgər  torpaq  -  əkinlər  üçün  «litoloji»  özül  hesab  olunursa,  səpin  -  onun 



mədəni  biosenozunu  təşkil  edir.  Çoxillik  aqrotexniki  rejim  zonalqurşaq  tip  əkin 

landşaftında  aloq  otlarının  və  ziyan  vericilərin  uyğunlaşmasına  səbəb  olur, 

torpaqlarda üzvi maddələrin minerallaşmasının və humusun müxtəlif intensivliklə 

getməsinə təsir edir.  

 

Havanın  hərarəti,  nəmliyi  və  küləyin  sürəti  taxıl  əkini  və  şəkər  çuğunduru 



plantasiyası üzərində eyni olmayır. Başqa sözlə, kənd təsərrüfatı işlərinin aparılma 

sistemi əkin landşaftlarının fiziki-kimyəvi, hidroloji və iqlim xüsusiyyətlərinə çox 

downloaded from KitabYurdu.org



böyük  təsir  edir.  Aşağı  səviyyələi  aqrotexniki  tədbirlər  köhnə  əkin  torpaqlarında 

məhsuldarlığın azalmasına səbəb olur. 

 

Hər bir antropogen kənd təsərrüfatı kompleksinin özünün uroçişa yığımı olur 



ki,  onun  strukturunu  yaradır  və  bu  uroçişaların  xarakteri  əsasən  antropogen 

modifikasiya ilə, yəni kənd təsərrüfatı ixtisaslaşdırılması ilə təyin olunur.  

 

Bir  mədəni  bitkinin  digəri  ilə  əvəz  edilməsi  antropogen  landşaft 



kompleksinin  dərin  yenidənqurulması  ilə  müşaiyət  olunur  ki,  bu  da  hidroiqlim 

şəraitinin dəyişməsi zamanı baş verir.  

 

Kənd  təsərrüfatı  əkin  uroçişalarının  təsnifatının  əsasında  3  əlamət  dayanır: 



mezorelyefin  forması,  torpaqların  fərqləri,  səpindən  asılı  olan  bitki  örtüyünün 

xüsusiyəti. Çəmən - örüş növündə həmçinin otların 1 ha-dan tonlarla məhsuldarlığı 

da nəzərə alınmalıdır.  

 

Çəmən - örüş altsinifi bütün təbii zonalarda - tundradan subtropiklərə qədər, 



yayılmışdır  və  onun  müasir  vəziyyəti  təsərrüfat  istifadəsinin  intensivliyindən  və 

xarakterindən  tam  asılıdır.  Məsələn,  ot  biçimi  çəmən  landşaftının  inkişafında 

müsbət  rol  oynayır.  Heyvanların  normannı  gözləmədən  otlamasının  təsirindən 

torpağın  kipləşməsi,  onun  quruması,  qiymətli  yem  bitkilərinin  yoxa  çıxmasına 

səbəb olur. Bu prosess xüsusilə otlağın ilkin dövründə daha zərərlidir. Çəmən, örüş 

landşaftlarının  özünütənzimləmə  dərəcəsi  digər  landşaftlara  nisbətən  yüksəkdir. 

Örüşlərin məhsuldarlığının artırılmasına yönəldilən aqrotexniki tədbirləri çəmən - 

örüş  uroçişalarının  təbii  -  botanik  xüsusiyyətlərini  nəzərə  almaqla 

differensiyalaşdırmaq tələb olunur.  

 

Bağ  və  bağ-tarla  (zəmi)  altsinfi  meşə  mədəni  komplekslərə  xarici 



görünüşünə  görə  çox  oxşayır,  onlardan  zəif  özünütənzimləmə  və  yüksək 

aqrotexniki  tələbatla  fərqlənir  ki,  bu  da  bağ  komplekslərini  kənd  təsərrüfatı 

landşaftlarına aid etməyə imkan verir. Çoxillik meyvə ağacları və kolların əkilməsi 

torpaqlarda  dərin  antropogen  dəyişikliklərə  səbəb  our.  Belə  torpaqlar  təbii 

torpaqların  ümumi  fonunda  yüksək  məhsuldarlığı  ilə  xarakterizə  olunur.  Bağ 

landşaftı relyefinə görə əkin landşaftında çox müxtəlifliyi ilə fərqlənir. Bağlar hətta 

kəskin yamaclarda da becərilə bilər ki, burada tarla landşaftının inkişafı mümkün 

downloaded from KitabYurdu.org




deyil.  Yamacların  terraslarında  çoxillik  fitosenoz  mədəni  bitkilər  becərilir  (bağ, 

üzüm, çay, kofe və s.) 

 

Antropogen  kənd  təsərrüfatı  landşaftının  zonal-qurşaq  növ  müxtəlifliyinin 



bir tipi də oazisdir (vahə). Arid zonalarda yerləşən bu ərazilər suvarılan əkinçiliyin 

yüksək  mənimsənilməsi  ilə  seçilir.  Bu  növlərin  seçilməsinin  əsasını  relyefin 

genetik  tipii,  torpağın  müxtəlifliyi,  qrunt  sularının  səviyyəsi,  aqrobiosenozun 

xarakteri,  bir  sözlə  bir  oazisi  digərindən  fərqləndirməyə  imkan  verən  aparıcı 

faktorların kompleksi təşkil edir.  

 

Antropogen  kənd  təsərrüfatı  landşaftlarının  spesifikasiyası  onların  insan 



tərəfindən qısamüddətli tənzimlənən təbii - təsərrüfat komplekslərinə aid olmasıdır. 

Məsələn, əkin altsinifində hər il yerüstü biokütlə dəyişdikcə, mikroiqlim də dəyişir. 

Burada yeraltı hissə daha dəyişməzdir. «Özbaşına» (lap az müddətə də) buraxılan 

kənd  təsərrüfatı  landşaftı  təbii  qanunauyğunluğa  əsasən  inkişaf  edir.  Kənd 

təsərrüfatı  bitkilərinin  məhsulu  ilk  növbədə  landşaft-iqlim  şəraitindən,  ilin 

mövsümi hava şəraitindən asılıdır.  

 

Kənd  təsərrüfatı  landşaftının  yaranması,  strukturu  və  funksiyası  sosial  - 



iqtisadi  şəraitlərlə  sıx  əlaqəlidir.  Antropogen  kənd  təsərrüfatı  landşaftlarının 

optimallaşdırılması  kənd  təsərrüfatı  istehsalına  təbiətdən  rasional  istifadə 

formasının tətbiqi ilə əldə olunur.  

 

Kənd  təsərrüfatının  inkişafının  perspektiv  planı  antropogen  -  landşaft 



proqnozu  ilə  sıx  əlaqəlidir.  Antropogen  kənd  təsərrüfatı  landşaftının  miqdarı 

artmaqdadır və onların yaranması və inkişafının xüsusiyyətlərinin nəzərə alınması 

bütün torpaqlardan istifadə edilməsinin vacib məsələsidir.  

 

 



 

 

 



 

 

downloaded from KitabYurdu.org





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin