Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987


§ 14.  ƏRAZININ LANDŞAFT  TƏŞKILI MƏSƏLƏLƏRI



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   24
Landsaftsunasliq

§ 14.  ƏRAZININ LANDŞAFT  TƏŞKILI MƏSƏLƏLƏRI 

 

P L A N 

 

1.Insanın  təbii landşaftla qarşılıqlı əlaqəsinin istiqamətləri. 



2.Landşft sistemlərinin optimallaşdırma istiqamətləri. 

3.Ərazinin kənd təsarrüfatı təşkilinin əsas prinsipləri. 

4.Landşaftın qurulmasının və ona qulluğun planlaşdırılması, rayon 

planlaşdırılması. 

5.Meşə zolaqlarının, çol yollarının yerləşməsi və çoxillik əkililərin  

ərazisinin qurulması. 

 

 

 

Kənd  təsərrüfatı  fəaliyyətində  insan  təbii  landşaftla  3  istiqamətdə  qarşılıqlı 



əlaqədə  olur:  torpaqlardan  kənd  təsərrüfatı  məqsədi  ilə  istifadəsinin  təşkilində 

yararsız  prosesslərin  və  maneələrin  aradan  qaldırılması;  torpaq  fondundan 

əkinciliyn və heyvandarlığın inkişafı üçün birbaşa istifadə olunması; qeyri-rasional 

təsərrüfat fəaliyyəti ilə təbiətə mənfi təsiri.  

 

Landşaftlara  kənd  təsərrüfatının  ərazi  təşkilinin  obyektləri  kimi  baxırlar. 



Təbii  landşaft  və  kənd  təsərrüfatı  istehsalı  qarşılıqlı  əlaqəlidir,  təbii  və  kənd 

təsərrüfatı altsistemlərindən təşkil olunan vahid landşaft - kənd təsərrüfatı sistemini 

yaradır.  Kənd  təsərrüfatı  altsistemi  bir  çox  hallarda  təbii  və  az  dəyişilmiş 

landşaftlarla uyğunlaşır. Bu uyğunluq həm mədəni bitki növlərinin tətbiqi, həm də 

aqrotexnika ilə ifadə olunur.  

 

Antropogen  kənd  təsərrüfatı  landşaftlarının  işləməsi  və  inkişafı  təbiət 



qanunlarına  uyğun  olduğu  üçün  burada  təbiətlə  ittifaq  yaradıb  davamlı  nəticələr 

əldə  etmək  olar.  Həyat  mühitini  və  torpaq  məhsuldarlığını  saxlamaq,  torpaq 

sahələrindən  rasional  istifadə  etmək  məqsədi  ilə  kompleks  landşaft-  ekoloji 

yanaşmanın əhəmiyyəti və vacibliyi danılmazdır.  

 

Landşaft  sistemlərinin  optimallaşdırılmasının  3  əsas  istiqaməti  qəbul 



olunubdur: 1) landşaftın tam konservasiyası, yəni onun təbii rejiminin saxlanması; 

2)  landşaft  resurslarından  istifadənin  zqlamentləşdirilməsi  (məhdudiyyət),  yəni 

downloaded from KitabYurdu.org



təbii  landşaftın  təbiət  potensialının  yüksəlməsinə  kömək  edən  təsərrüfat 

istifadəsinin ciddi tədbirlərinə rəayət edilməsi; 3) landşaftda süni tarazlıq yaratmaq 

üçün  dərin  meliorativ  təsirlərlə  intensiv  təsərrüfat  məqsədli  istifadə.  Burada  əsas 

məsələ  arzuolunmaz  prosesslərin  qarşısını  almaqdır  (yarğanəmələ  gəlmə, 

bataqlaşma, şoranlaşma).  

 

Ərazinin  kənd  təsərrüfatı  təşkilinin  landşaft  yanaşması  müxtəlif  funksional 



təyinatlı  və  istifadə  rejimli  torpaq  sahələrinin  elmi  əsaslandırılmış 

yerləşdirilməsidir.  Bu  -  landşaftın  morfoloji  sahələrinin  təbii  -  coğrafi 

xüsusiyyətlərinin  nəzərə  alınmasına  əsaslanır  və  praktiki  olaraq  hər  bir  morfoloji 

vahidin  torpaq  fondundan  düzgün  istifadəsini  təyin  edir.  Landşaftın  kənd  

təsərrüfatında istifadə olunacaq morfoloji hissələrinə müxtəlif torpaq sahələri kimi 

baxılır.  Ərazinin  kənd  təsərrüfatı  təşkilinin  layihəsini  işləyərkən  aşağıdakı 

məsələlər həll olunmalıdır: 

 

- müxtəlif təyinatlı torpaq sahələrinin optimal toplusunu təyin etmək;  



 

- onların sahələrinin düzgün mütənasibliyini, optimal ölçü və formalarını elə 

qurmaq ki, maksimum iqtisadi və ekoloji effekt alınsın;  

 

-  meliorasiyanın  və  təbiəti  mühafizə  tədbirlərinin  ən  optimal  növlərini 



seçmək.  

 

Bütün  hallarda  ərazinin  kənd  təsərrüfatı  üçün  təşkili  landşaftın  tip  və 



növlərinə  uyğun  differensiyalanmalıdır,  yəni  onların  zonal  -  əyalət 

xüsusiyyətlərinə, tipoloji və fərdi xassələrinə əsaslanmalıdır.  

 

Ərazinin kənd təsərrüfatı təşkilinin əsas prinsipləri aşağıdakılardır:  



1.  Kənd  təsərrüfatı  mədəni  landşaft  eynişəkilli    olmamalıdır,  çünki  daxili 

müxtəliflik onun dayanıqlığına, ekoloji və estetik tələblərə daha yaxşı cavab verir;  

2.  «Yararsız»  torpaqları  (atılmış  karxanalar,  boşluqlar…)  rekultivasiya 

etmək;  


3. Layihələndirmə zamanı landşaftın morfoloji hissələrinin (fasiya, uroçişa) 

onların  su  və  torpaq  mühafizəsinin  ekoloji  əhəmiyyəti  ilə  qarşılıqlı  əlaqəsini 

xüsusilə nəzərə almaq;  

downloaded from KitabYurdu.org




4.  Əkinə  yararlı  bütün  torpaq  sahələri  kənd  təsərrüfatı  üçün  ayrılmalıdır. 

Həmçinin  ağac  əkililərinin  sahələrini  də  azməhsuldar  və  yararsız  torpaqların 

rekultivasiyası hesabına artırmaq lazımdır;  

5. Kənd təsərrüfatı landşaftının rasional yerləşdirilməsi aqrotexniki tədbirlər 

və meliorasiyanın hesabına təbii resursların yüksəldilməsini təmin edir;  

6.  Ekoloji  tarazlığı  saxlamaq  üçün  bəzi  landşaftlarda  torpaq  fondundan 

ekstensiv  (uyğunlaşma,  ….)  istifadə  etmək  məqsədə  uyğundur.  Məsələn,  cır 

meyvə, köbələk yığmaq, quşları ovlamaq - bataqlığı qurutmaqdan iqtisadi cəhətdən 

daha  əlverişlidir.  Şərqi  Afrikada  heyvan  ovlamaq  ev  heyvanlarını  saxlamaqdan 

daha yaxşı hesab olunur. 

7. Bəzi torpaqları kənd təsərrüfatı istifadəsindən çıxarıb qoruq, elmi, mədəni 

-  tərbiyəvi  və  sağlamlıq  məqsədləri  üçün  ayırırlar.  Müxtəlif  təsərrüfat,  seliteb 

qurğuların,  rekreasiya  və  istehsalat  mərkəzlərinin  yollarının  landşafta  düzgün 

«daxil edilməsinin» böyük əhəmiyyəti vardır.  

Beləliklə,  landşaft  -  ekoloji  tarazlığı  və  təbii  prosessləri  lazımi  istiqamətdə 

müntəzəm  saxlamaq  -  ərazinin  təşkilinin,  o  cümlədən  mədəni  landşaftın 

yaradılmasında, əsas məsələdir. Təşkil olunmuş mədəni landşaftda təbii prosessləri 

idarə etmək imkanı hələlik problem məsələ kimi qalır.  

Landşaftın  qurulmasının  və  ona  qulluğun  planlaşdırılması,  rayon 

planlaşdırılması.  Kənd təsərrüfatı landşaftları praktiki olaraq 2 yolla formalaşır:  

1)  Təbii  landşaftlar  əsasında;  2)  tarixi  qədim  əkinçilik  rayonlarında  təbii  - 

kənd təsərrüfatı landşaftlarının rekonstruksiyası. 1-ci halda tematik xəritələr tərtib 

etməklə ərazinin kompleks çöl tədqiqatı, torpaqların kənd təsərrüfatına yararlığının 

qiymətləndirilməsi,  bu  ərazidə  iqtisadi  və  ekoloji  cəhətdən  kənd  təsərrüfatı 

sahəsinin  məqsədəuyğunluğunun  təyini  məsələləri  həll  olunur.  2-ci  halda  təbii  - 

kənd  təsərrüfatı  torpaq  sahələrinin  kökündən  transformasiyasının  vacibliyi  ortaya 

çıxır.  İşləri  20-30  illik  perspektivə  planlaşdırırlar,  regional  landşaft  ekoloji 

proqnozlara əsaslanırlar.  

Hər  iki  halda  konkret  ərazi  landşaftının  kadastrının  məlumatlarına 

əsaslanmaq  lazımdır.  Torpaq  ehtiyatlarından  kompleks  istifadənin  sxemini 

downloaded from KitabYurdu.org



işləyərkən  landşafta  qulluğun  praktiki  tədbirlər  planı  tərtib  edilməlidir.  Bu  planı 

konkret morfoloji hissələrə qədər işləyirlər və ekoloji tarazlığı təmin edən tədbirlər 

daxil  olunur.  Landşaftın  təşkili  və  ona  qulluq  olunması  onun  mühafizəsinin, 

saxlanılmasının,  bərpasının və  aqrolandşaftın  məhsuldarlığının artırılmasının  əsas 

tərkib hissəsi sayılır.  

Aqrolandşaftın planlaşdırılması və ona qulluq edilməsi rayon planlaşdırması 

ilə  birbaşa  əlaqəlidir.  Rayon  planlaşdırmasının  əsas  məqsədi  -  yaşayış 

məntəqələrinin,  istehsal  bölmələrinin  torpaq  massivlərinin,  yolların,  istirahət 

zonalarının,  sənaye  və  energetika  obyektlərinin  və  s.  əsaslandırılmış  formada 

yerləşdirilməsidir.  Kənd  təsərrüfatın  rayon  planlaşdırılmasının  sxemlərinin 

işlənməsinin əsas məsələsi- kənd təsərrüfatı istehsalının, əməyin və kənd əhalisinin 

məişətinin təşkili üçün əlverişli şəraiti təmin edən ərazinin təmin olunmasıdır.  

Bu  məqsədlə  1:100000  miqyaslı  rayon  planlaşdırmasının  sxemi  üzərində 

yaşayış  məntəqələrinin,  istehsal  bölmələrinin  və  onların  torpaqlarının,  istehsalat 

mərkəzlərinin yerləşməsi əks olunur. Rayon planlaşdırmasının və yerquruluşunun 

layihələrində  eyni  vaxtda  2  qarşılıqlı  əlaqəli  məsələ  həll  olunmalıdır:  1) 

təsərrüfatın  ərazi  təşkili  və  məskunlaşma;  2)  antropogen  kənd  təsərrüfatı 

landşaftlarının rasional yaradılması və təbii mühitin optimallaşdırılması.  

Ərazinin  planlaşdırılmasında  bütün  sxem  və  layihələrin,  o  cümlədən 

aqrolandşaftın  təşkilində,  landşaft  -  coğrafi  əsaslandırma  aparılmalıdır.  Rayon 

planlaşdırılmasının  və  yerquluşu  layihələrinin  əsas  məsələsi  mühafizə  rejimi  və 

müxtəlif  növ  landşaftlardan  kənd  təsərrüfatı  məqsədləri  üçün  istifadəsinə  təbii 

məhdudiyyət tələb edən torpaq sahələrinin düzgün ayrılmasıdır.  

Kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının  daimi  inkişafı  üçün  ən  yaxşı 

şərait  yaratmaq  məqsədi  ilə  hər  bir  əkin  sahələrini  elə  torpaq  sahələrində 

yerləşdirmək lazımdır ki, öz təbii xüsusiyyətlərinə görə uyğun əkinlərə tam cavab 

verir.  Bir  əkin  massivinə  öz  landşaft  morfoloji  strukturu  ilə  fərqlənən    müxtəlif 

torpaq  sahələrini  daxil  etmək  olmaz,  yoxsa  landşaftda  zədələnmələr  baş  verər, 

məhsuldarlıq həmişə eyni səviyyədə qalmaz. Biçin sahələrinə çəmən uroçişası və 

downloaded from KitabYurdu.org




landşaft  növlərinin  məhsuldar  sahələri  ayrılmalıdır.  Otlaqlar  üçün  az  məhsuldar 

yemli təbii sahələr, kolluqlar, ağac qırma yerləri nəzərdə tutulmalıdır.  

Yaxşı şəraitli sahələr olmasa, suvarılan səpmə otlaqları təşkil olunur. Kəskin 

morfoloji  struktur  dəyişiklikli  landşaft  olsa,  sahə  yaşayış  məntəqəsindən  çox 

aralıdırsa, torpaq sahələri çay şəbəkəsi ilə parçalanırsa və digər şərtlər daxilində bir 

briqadada 2 tarlalı növbətli əkin tətbiq olunur ki, bu da aqreqatların hərəkətinin və 

yük  daşımaların  xərclərini  ixtisara  salır.  Kənd  təsərrüfatı  torpaq  sahələrini 

yerləşdirəndə  və  növbəli  əkinlər  yaradanda  landşaftın  estetik  tərəfinə  də  diqqət 

verilməlidir.  Aqrolandşaftın  müxtəlifliyi  və  təmizliyi  orada  biotik  və  abiotik 

faktorların  tarazlığının  saxlanmasına  xidmət  edir  ki,  bu  da  gələcəyin  stabil  kənd 

təsərrüfatının əsasıdır.  

Meşə zolaqlarının, çöl yollarının yerləşməsi və çöxillik əkililərin ərazisinin 

qurulması. Meşə zolaqları kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına 

təsir  edir,  belə  tarla  sahələrində  əlverişli  makroiqlim  şərait  yaranır,  torpaqlarda 

nəm  toplanır.  Meşə  zolaqlarının  növləri  aşağıdakılardır:  tarla  mühafizə  edən,  su 

tənzimləyici, yarğanyanı, qobuyanı, suvarılan və qurudulan torpaqların, sahillərin 

mühafizəsi, qumlarda, yarğanlarda və əlverişsiz torpaq sahələrində tam meşəsalma 

zolaqları.  Meşə  zolaqlarını  layihələndirəndə  landşaft  şəraitinin  hərtərəfli  analizi 

tələb olunur.  

Tarlaların  və  meşə  zolaqlarının  ərazilərinin  qurulması  çöl  yollarının 

yerləşməsi ilə tam əlaqəlidir. Bu yolları elə layihələndirirlər ki, avtomobil və kənd 

təsərrüfatı  mexanizmlərinin  çöl  işləri  dövründə  hərəkətinə  imkan  yaratsın  və 

landşaftın  daxili  strukturu  pozulmasın.  Meşə  sahələrini  kənd  təsərrüfatı  torpaq 

sahələrinə  çevirmək  baha  başa  gələn  tədbirdir  və  bu  səbəbdən  ondan  az  istifadə 

olunur.  Meşə  massivlərinin  qalıqlarını  isə  əkinçilik  rayonlarında  landşaft 

balansının  tənzimləyicisi  kimi  saxlamaq  vacibdir.  Tarla  və  meşələrin  optimal 

yerləşdirilməsi  müasir  yerquluşunun  mürəkkəb  məsələlərindəndir  və  onu  hər  bir 

təbii  zonanın,  vilayətin  və  rayonunun  landşaft  -  ekoloji  xüsusiyyətlərini  nəzərə 

almaqla həll etmək lazımdır.  

downloaded from KitabYurdu.org




Otlaqların imkanı və istifadə üsulları təbii  - coğrafi xüsusiyyətlərindən çox 

asılıdır. Otlaq və biçənəklərin bəziləri heyvanlar tərəfindən tapdanıb az məhsuldar 

vəziyyətə  düşən  və  yaxşılaşdırılma  tədbirləri  tələb  edən  sahələrdir.  Otlaqların 

ərazisinin  təşkilinə  otlaq  sahələrinin,  heyvanların  qalma  yerlərinin,    sürmə 

yerlərinin,  içməli  su    mənbələrinin  və  yay  düşərgələrinin  yerləşdirilməsidir  ki, 

plan-xəritə materialları üzərində həll olunur.  

Otlaq  heyvandarlığı  landşaftda    böyük  dəyişikliyə  səbəb  olur.  Heyvanların 

hədsiz otlaması mənfi nəticələrə gətirib çıxarır. Otlaq bitkilərinin vegetasiyası və 

inkişafının başlanması orta aylıq temperaturun +4

0

 C- 5



C qiymətlərində baş verir. 

Mütləq  yüksəkliklərin  fərqinin  hər  500  m-də  qatının  inkişafı  15  sutka  fərq  edir. 

Vegetasiya dövrünün başlanğıcında heyvanları otlağa buraxmaq olmaz. Otlatmanın 

üsulları  da  əhəmiyyət  daşıyır.  Bu  üsullar  sistemsiz    (azad),  sahə  və  müəyyən 

miqdarla növlü olur.  

Hər  bir  təsərrüfatda  növbəli  otlaqların  sxemini  yerli  mikrolandşaftın 

xüsusiyyətlərini bilməklə tərtib etmək lazımdır, yəni hər bir otlaq massivinin fərdi 

təşkili  tələb  olunur.  Növbəli  otlaq  sahələri  otların  keyfiyyətinə,  böyüməsinin 

dövrünə  və  intensivliyinə  görə  birtipli  olmalıdır.  Otlaq  və  biçənəklərin 

layihələndirilməsinin 

landşaft 

yanaşması 

onların 



məhsuldarlığının 

qiymətləndirilməsi və digər faktorların nəzərə alınmasıdır. Atmosfer yağıntılarının 

bolluğu  otların  yaxşılaşmasına  kömək  edirsə,  heyvanlara  pis  təsir  edir.  Burada 

relyefin  birbaşa  təsiri  də  rol  oynayır.  Yamacların  kəskinliyi  və  onların  hissələrə 

bölünməsi otlaq təsərrüfatının inkişafını limitləşdirir.  

Otlaq  və  biçənəklərin  məhsuldarlığı  və  onların  ərazilərinin  təşkilində 

hidroloji  xüsusiyyətlər  böyük  əhəmiyyət  daşıyır  (xüsusən,  arid  zonalarda).  Otlaq 

landşaftının keyfiyyəti bitkilərin tərkibindən asılıdır. Tələb olunarsa, mədəni otlaq 

landşaftları  yaradılır,  yəni  otlağın  səthini  ot  qarışıqları  əlavə  etməklə 

yaxşılaşdırmağı planlaşdırırlar.  

 

 

 



downloaded from KitabYurdu.org



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin