§ 14. ƏRAZININ LANDŞAFT TƏŞKILI MƏSƏLƏLƏRI
P L A N
1.Insanın təbii landşaftla qarşılıqlı əlaqəsinin istiqamətləri.
2.Landşft sistemlərinin optimallaşdırma istiqamətləri.
3.Ərazinin kənd təsarrüfatı təşkilinin əsas prinsipləri.
4.Landşaftın qurulmasının və ona qulluğun planlaşdırılması, rayon
planlaşdırılması.
5.Meşə zolaqlarının, çol yollarının yerləşməsi və çoxillik əkililərin
ərazisinin qurulması.
Kənd təsərrüfatı fəaliyyətində insan təbii landşaftla 3 istiqamətdə qarşılıqlı
əlaqədə olur: torpaqlardan kənd təsərrüfatı məqsədi ilə istifadəsinin təşkilində
yararsız prosesslərin və maneələrin aradan qaldırılması; torpaq fondundan
əkinciliyn və heyvandarlığın inkişafı üçün birbaşa istifadə olunması; qeyri-rasional
təsərrüfat fəaliyyəti ilə təbiətə mənfi təsiri.
Landşaftlara kənd təsərrüfatının ərazi təşkilinin obyektləri kimi baxırlar.
Təbii landşaft və kənd təsərrüfatı istehsalı qarşılıqlı əlaqəlidir, təbii və kənd
təsərrüfatı altsistemlərindən təşkil olunan vahid landşaft - kənd təsərrüfatı sistemini
yaradır. Kənd təsərrüfatı altsistemi bir çox hallarda təbii və az dəyişilmiş
landşaftlarla uyğunlaşır. Bu uyğunluq həm mədəni bitki növlərinin tətbiqi, həm də
aqrotexnika ilə ifadə olunur.
Antropogen kənd təsərrüfatı landşaftlarının işləməsi və inkişafı təbiət
qanunlarına uyğun olduğu üçün burada təbiətlə ittifaq yaradıb davamlı nəticələr
əldə etmək olar. Həyat mühitini və torpaq məhsuldarlığını saxlamaq, torpaq
sahələrindən rasional istifadə etmək məqsədi ilə kompleks landşaft- ekoloji
yanaşmanın əhəmiyyəti və vacibliyi danılmazdır.
Landşaft sistemlərinin optimallaşdırılmasının 3 əsas istiqaməti qəbul
olunubdur: 1) landşaftın tam konservasiyası, yəni onun təbii rejiminin saxlanması;
2) landşaft resurslarından istifadənin zqlamentləşdirilməsi (məhdudiyyət), yəni
downloaded from KitabYurdu.org
təbii landşaftın təbiət potensialının yüksəlməsinə kömək edən təsərrüfat
istifadəsinin ciddi tədbirlərinə rəayət edilməsi; 3) landşaftda süni tarazlıq yaratmaq
üçün dərin meliorativ təsirlərlə intensiv təsərrüfat məqsədli istifadə. Burada əsas
məsələ arzuolunmaz prosesslərin qarşısını almaqdır (yarğanəmələ gəlmə,
bataqlaşma, şoranlaşma).
Ərazinin kənd təsərrüfatı təşkilinin landşaft yanaşması müxtəlif funksional
təyinatlı və istifadə rejimli torpaq sahələrinin elmi əsaslandırılmış
yerləşdirilməsidir. Bu - landşaftın morfoloji sahələrinin təbii - coğrafi
xüsusiyyətlərinin nəzərə alınmasına əsaslanır və praktiki olaraq hər bir morfoloji
vahidin torpaq fondundan düzgün istifadəsini təyin edir. Landşaftın kənd
təsərrüfatında istifadə olunacaq morfoloji hissələrinə müxtəlif torpaq sahələri kimi
baxılır. Ərazinin kənd təsərrüfatı təşkilinin layihəsini işləyərkən aşağıdakı
məsələlər həll olunmalıdır:
- müxtəlif təyinatlı torpaq sahələrinin optimal toplusunu təyin etmək;
- onların sahələrinin düzgün mütənasibliyini, optimal ölçü və formalarını elə
qurmaq ki, maksimum iqtisadi və ekoloji effekt alınsın;
- meliorasiyanın və təbiəti mühafizə tədbirlərinin ən optimal növlərini
seçmək.
Bütün hallarda ərazinin kənd təsərrüfatı üçün təşkili landşaftın tip və
növlərinə uyğun differensiyalanmalıdır, yəni onların zonal - əyalət
xüsusiyyətlərinə, tipoloji və fərdi xassələrinə əsaslanmalıdır.
Ərazinin kənd təsərrüfatı təşkilinin əsas prinsipləri aşağıdakılardır:
1. Kənd təsərrüfatı mədəni landşaft eynişəkilli olmamalıdır, çünki daxili
müxtəliflik onun dayanıqlığına, ekoloji və estetik tələblərə daha yaxşı cavab verir;
2. «Yararsız» torpaqları (atılmış karxanalar, boşluqlar…) rekultivasiya
etmək;
3. Layihələndirmə zamanı landşaftın morfoloji hissələrinin (fasiya, uroçişa)
onların su və torpaq mühafizəsinin ekoloji əhəmiyyəti ilə qarşılıqlı əlaqəsini
xüsusilə nəzərə almaq;
downloaded from KitabYurdu.org
4. Əkinə yararlı bütün torpaq sahələri kənd təsərrüfatı üçün ayrılmalıdır.
Həmçinin ağac əkililərinin sahələrini də azməhsuldar və yararsız torpaqların
rekultivasiyası hesabına artırmaq lazımdır;
5. Kənd təsərrüfatı landşaftının rasional yerləşdirilməsi aqrotexniki tədbirlər
və meliorasiyanın hesabına təbii resursların yüksəldilməsini təmin edir;
6. Ekoloji tarazlığı saxlamaq üçün bəzi landşaftlarda torpaq fondundan
ekstensiv (uyğunlaşma, ….) istifadə etmək məqsədə uyğundur. Məsələn, cır
meyvə, köbələk yığmaq, quşları ovlamaq - bataqlığı qurutmaqdan iqtisadi cəhətdən
daha əlverişlidir. Şərqi Afrikada heyvan ovlamaq ev heyvanlarını saxlamaqdan
daha yaxşı hesab olunur.
7. Bəzi torpaqları kənd təsərrüfatı istifadəsindən çıxarıb qoruq, elmi, mədəni
- tərbiyəvi və sağlamlıq məqsədləri üçün ayırırlar. Müxtəlif təsərrüfat, seliteb
qurğuların, rekreasiya və istehsalat mərkəzlərinin yollarının landşafta düzgün
«daxil edilməsinin» böyük əhəmiyyəti vardır.
Beləliklə, landşaft - ekoloji tarazlığı və təbii prosessləri lazımi istiqamətdə
müntəzəm saxlamaq - ərazinin təşkilinin, o cümlədən mədəni landşaftın
yaradılmasında, əsas məsələdir. Təşkil olunmuş mədəni landşaftda təbii prosessləri
idarə etmək imkanı hələlik problem məsələ kimi qalır.
Landşaftın qurulmasının və ona qulluğun planlaşdırılması, rayon
planlaşdırılması. Kənd təsərrüfatı landşaftları praktiki olaraq 2 yolla formalaşır:
1) Təbii landşaftlar əsasında; 2) tarixi qədim əkinçilik rayonlarında təbii -
kənd təsərrüfatı landşaftlarının rekonstruksiyası. 1-ci halda tematik xəritələr tərtib
etməklə ərazinin kompleks çöl tədqiqatı, torpaqların kənd təsərrüfatına yararlığının
qiymətləndirilməsi, bu ərazidə iqtisadi və ekoloji cəhətdən kənd təsərrüfatı
sahəsinin məqsədəuyğunluğunun təyini məsələləri həll olunur. 2-ci halda təbii -
kənd təsərrüfatı torpaq sahələrinin kökündən transformasiyasının vacibliyi ortaya
çıxır. İşləri 20-30 illik perspektivə planlaşdırırlar, regional landşaft ekoloji
proqnozlara əsaslanırlar.
Hər iki halda konkret ərazi landşaftının kadastrının məlumatlarına
əsaslanmaq lazımdır. Torpaq ehtiyatlarından kompleks istifadənin sxemini
downloaded from KitabYurdu.org
işləyərkən landşafta qulluğun praktiki tədbirlər planı tərtib edilməlidir. Bu planı
konkret morfoloji hissələrə qədər işləyirlər və ekoloji tarazlığı təmin edən tədbirlər
daxil olunur. Landşaftın təşkili və ona qulluq olunması onun mühafizəsinin,
saxlanılmasının, bərpasının və aqrolandşaftın məhsuldarlığının artırılmasının əsas
tərkib hissəsi sayılır.
Aqrolandşaftın planlaşdırılması və ona qulluq edilməsi rayon planlaşdırması
ilə birbaşa əlaqəlidir. Rayon planlaşdırmasının əsas məqsədi - yaşayış
məntəqələrinin, istehsal bölmələrinin torpaq massivlərinin, yolların, istirahət
zonalarının, sənaye və energetika obyektlərinin və s. əsaslandırılmış formada
yerləşdirilməsidir. Kənd təsərrüfatın rayon planlaşdırılmasının sxemlərinin
işlənməsinin əsas məsələsi- kənd təsərrüfatı istehsalının, əməyin və kənd əhalisinin
məişətinin təşkili üçün əlverişli şəraiti təmin edən ərazinin təmin olunmasıdır.
Bu məqsədlə 1:100000 miqyaslı rayon planlaşdırmasının sxemi üzərində
yaşayış məntəqələrinin, istehsal bölmələrinin və onların torpaqlarının, istehsalat
mərkəzlərinin yerləşməsi əks olunur. Rayon planlaşdırmasının və yerquruluşunun
layihələrində eyni vaxtda 2 qarşılıqlı əlaqəli məsələ həll olunmalıdır: 1)
təsərrüfatın ərazi təşkili və məskunlaşma; 2) antropogen kənd təsərrüfatı
landşaftlarının rasional yaradılması və təbii mühitin optimallaşdırılması.
Ərazinin planlaşdırılmasında bütün sxem və layihələrin, o cümlədən
aqrolandşaftın təşkilində, landşaft - coğrafi əsaslandırma aparılmalıdır. Rayon
planlaşdırılmasının və yerquluşu layihələrinin əsas məsələsi mühafizə rejimi və
müxtəlif növ landşaftlardan kənd təsərrüfatı məqsədləri üçün istifadəsinə təbii
məhdudiyyət tələb edən torpaq sahələrinin düzgün ayrılmasıdır.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının daimi inkişafı üçün ən yaxşı
şərait yaratmaq məqsədi ilə hər bir əkin sahələrini elə torpaq sahələrində
yerləşdirmək lazımdır ki, öz təbii xüsusiyyətlərinə görə uyğun əkinlərə tam cavab
verir. Bir əkin massivinə öz landşaft morfoloji strukturu ilə fərqlənən müxtəlif
torpaq sahələrini daxil etmək olmaz, yoxsa landşaftda zədələnmələr baş verər,
məhsuldarlıq həmişə eyni səviyyədə qalmaz. Biçin sahələrinə çəmən uroçişası və
downloaded from KitabYurdu.org
landşaft növlərinin məhsuldar sahələri ayrılmalıdır. Otlaqlar üçün az məhsuldar
yemli təbii sahələr, kolluqlar, ağac qırma yerləri nəzərdə tutulmalıdır.
Yaxşı şəraitli sahələr olmasa, suvarılan səpmə otlaqları təşkil olunur. Kəskin
morfoloji struktur dəyişiklikli landşaft olsa, sahə yaşayış məntəqəsindən çox
aralıdırsa, torpaq sahələri çay şəbəkəsi ilə parçalanırsa və digər şərtlər daxilində bir
briqadada 2 tarlalı növbətli əkin tətbiq olunur ki, bu da aqreqatların hərəkətinin və
yük daşımaların xərclərini ixtisara salır. Kənd təsərrüfatı torpaq sahələrini
yerləşdirəndə və növbəli əkinlər yaradanda landşaftın estetik tərəfinə də diqqət
verilməlidir. Aqrolandşaftın müxtəlifliyi və təmizliyi orada biotik və abiotik
faktorların tarazlığının saxlanmasına xidmət edir ki, bu da gələcəyin stabil kənd
təsərrüfatının əsasıdır.
Meşə zolaqlarının, çöl yollarının yerləşməsi və çöxillik əkililərin ərazisinin
qurulması. Meşə zolaqları kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına
təsir edir, belə tarla sahələrində əlverişli makroiqlim şərait yaranır, torpaqlarda
nəm toplanır. Meşə zolaqlarının növləri aşağıdakılardır: tarla mühafizə edən, su
tənzimləyici, yarğanyanı, qobuyanı, suvarılan və qurudulan torpaqların, sahillərin
mühafizəsi, qumlarda, yarğanlarda və əlverişsiz torpaq sahələrində tam meşəsalma
zolaqları. Meşə zolaqlarını layihələndirəndə landşaft şəraitinin hərtərəfli analizi
tələb olunur.
Tarlaların və meşə zolaqlarının ərazilərinin qurulması çöl yollarının
yerləşməsi ilə tam əlaqəlidir. Bu yolları elə layihələndirirlər ki, avtomobil və kənd
təsərrüfatı mexanizmlərinin çöl işləri dövründə hərəkətinə imkan yaratsın və
landşaftın daxili strukturu pozulmasın. Meşə sahələrini kənd təsərrüfatı torpaq
sahələrinə çevirmək baha başa gələn tədbirdir və bu səbəbdən ondan az istifadə
olunur. Meşə massivlərinin qalıqlarını isə əkinçilik rayonlarında landşaft
balansının tənzimləyicisi kimi saxlamaq vacibdir. Tarla və meşələrin optimal
yerləşdirilməsi müasir yerquluşunun mürəkkəb məsələlərindəndir və onu hər bir
təbii zonanın, vilayətin və rayonunun landşaft - ekoloji xüsusiyyətlərini nəzərə
almaqla həll etmək lazımdır.
downloaded from KitabYurdu.org
Otlaqların imkanı və istifadə üsulları təbii - coğrafi xüsusiyyətlərindən çox
asılıdır. Otlaq və biçənəklərin bəziləri heyvanlar tərəfindən tapdanıb az məhsuldar
vəziyyətə düşən və yaxşılaşdırılma tədbirləri tələb edən sahələrdir. Otlaqların
ərazisinin təşkilinə otlaq sahələrinin, heyvanların qalma yerlərinin, sürmə
yerlərinin, içməli su mənbələrinin və yay düşərgələrinin yerləşdirilməsidir ki,
plan-xəritə materialları üzərində həll olunur.
Otlaq heyvandarlığı landşaftda böyük dəyişikliyə səbəb olur. Heyvanların
hədsiz otlaması mənfi nəticələrə gətirib çıxarır. Otlaq bitkilərinin vegetasiyası və
inkişafının başlanması orta aylıq temperaturun +4
0
C- 5
0
C qiymətlərində baş verir.
Mütləq yüksəkliklərin fərqinin hər 500 m-də qatının inkişafı 15 sutka fərq edir.
Vegetasiya dövrünün başlanğıcında heyvanları otlağa buraxmaq olmaz. Otlatmanın
üsulları da əhəmiyyət daşıyır. Bu üsullar sistemsiz (azad), sahə və müəyyən
miqdarla növlü olur.
Hər bir təsərrüfatda növbəli otlaqların sxemini yerli mikrolandşaftın
xüsusiyyətlərini bilməklə tərtib etmək lazımdır, yəni hər bir otlaq massivinin fərdi
təşkili tələb olunur. Növbəli otlaq sahələri otların keyfiyyətinə, böyüməsinin
dövrünə və intensivliyinə görə birtipli olmalıdır. Otlaq və biçənəklərin
layihələndirilməsinin
landşaft
yanaşması
-
onların
məhsuldarlığının
qiymətləndirilməsi və digər faktorların nəzərə alınmasıdır. Atmosfer yağıntılarının
bolluğu otların yaxşılaşmasına kömək edirsə, heyvanlara pis təsir edir. Burada
relyefin birbaşa təsiri də rol oynayır. Yamacların kəskinliyi və onların hissələrə
bölünməsi otlaq təsərrüfatının inkişafını limitləşdirir.
Otlaq və biçənəklərin məhsuldarlığı və onların ərazilərinin təşkilində
hidroloji xüsusiyyətlər böyük əhəmiyyət daşıyır (xüsusən, arid zonalarda). Otlaq
landşaftının keyfiyyəti bitkilərin tərkibindən asılıdır. Tələb olunarsa, mədəni otlaq
landşaftları yaradılır, yəni otlağın səthini ot qarışıqları əlavə etməklə
yaxşılaşdırmağı planlaşdırırlar.
downloaded from KitabYurdu.org
|