Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987


Rayonlaşdırmanın  prinsipi,  taksonometrik  vahidi  və  metodları



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   24
Landsaftsunasliq

Rayonlaşdırmanın  prinsipi,  taksonometrik  vahidi  və  metodları.  KTR-

nin metodoloji prinsipi onun obyektiv xarakterinin qəbul olunmasıdır.   Bu prinsip 

təbiətdə müxtəlif ranqli fizik - coğrafi komplekslərinin obyektiv mövcudluğundan 

irəli  gəlir  və  rayonlaşdırmanın  mahiyyətini  açır.  Hər  bir  TƏK  onu  təşkil  edən 

komponentlərin  zaman  və  məkanda  qarşılıqlı  təsirindən  bütöv  təbii  törəmə  kimi 

formalaşır.  Landşaftın  ərazidə  mürəkkəbliyi  coğrafi  vəziyyətdən,  mütləq 

yüksəklikdən,  substratdan,  dənizdən  uzaqlığından  və  s.  asılıdır.  TƏK-nin  ərazi 

differensiyasının 

qanuna 

uyğunluqlarının 

öyrənilməsi 

kompleks 

təbii 

rayonlaşdırmanın nəzəri əsasını təşkil edir. Landşaft rayonlaşdırması komplekslilik 



prinsipi  əsasında  aparılır,  yəni  zonal,  əyalət  və  azanal  ərazi  differensiyası 

qanunauyğunluqlarını nəzərə almaqla. Hər bir təbii rayonlaşdırma təbiətin mövcud 

müxtəlifliyini  düzgün  ifadə  etməlidir.  Rayonlaşdırmanın  taksonomik  vahidinin 

vacib  fərqli  cəhəti  onun  ərazi  ümumiliyidir  (kəsilməzlik).  TƏK-lər  təkrar 

olunmayan obyektlərdir, onların arasında analoqluqdan danışmaq olar. Hər bir iri 

regional  vahid  mürəkkəb  bir  tamdır,  orta  və    kiçik  TƏK  təşkil  olunur.  KTR-da 

kənd  təsərrüfatı  məqsədləri  üçün  aşağıdakı  regional  taksonomik  vahidlər  sistemi 

tətbiq olunur.  



 

Düzənlik ərazilərdə  

 

 

 



 

 

Dağlıq ərazilərdə  



 

Ölkə   


 

 

 



 

 

 



 

Ölkə 


Zonal vilayət  

 

 



 

 

 



 

Vilayət  

Əyalət  

 

 



 

 

 



 

 

Əyalət 



Dairə   

 

 



 

 

 



 

 

Dairə 



Rayon  

 

 



 

 

 



 

 

Rayon 



Mikrorayon (alt rayon)   

 

 



 

 

Yüksəklik dağ  



Mikrorayonu (rayon 

çərçivəsində yüksəklik 

landşaft zonası kəsiyi) 

downloaded from KitabYurdu.org




 

Bütün  bu  regional  vahidlər  başlanğıcını  coğrafi  qabığdan  götürür  və  ərazi 

tabeçiliyində yerləşir.  

 

Ölkə  -  ərazinin  oroqrafik  quruluşunun  planının  birliyi,  neotektonik 



hərəkətlərin  miqyası,  makroiqlim  prosesslərin  xüsusiyyəti  paleocoğrafi  şərtlərlə 

xarakterizə olunan materikin iri hissələridir; düzənlik və dağıq ərazilərə bölünür.  

 

Vilayət  -  təbii  enlik  zonanın  kəsiyinə  uyğun  gəlir,  bir  təbii  enlik  zonanın 



daxilində yerləşən ölkə hissəsidir, zonal vilayət də adlanır (ölçüləri 10 min km

2

  - 



100  min  km

2

).  İri  taksonomik  vahid  kimi  KTR  ərazisində  zonal  tipli  landşaft 



mövcud olur.  

 

Əyalət - landşaft vilayətinin iri ərazi hissəsidir, düzənlikdə bir zonal landşaft 



tipi ilə və dağlarda  - yüksəklik landşaft zonalığının bir tipi ilə xarakterizə olunur 

(həmçinin  kənd  təsərrüfatının  əyalət  fərqlərini  şərtləndirən  geomorfoloji  və 

uzunluq - iqlim şərtlərinin xüsusiyyətlərini).  

 

Landşaft  dairəsi    -  orta  və  irimiqyaslı  kompleks  təbir  rayonlaşdırmanın 



yüksək  taksonomik  vahidi  hesab  olunur.  Bu  -  geoloji  -  geomorfoloji  və  iqlim 

baxımından  eynicinsli  olan  əyalət  hissəsidir  ki,  qonşu  ərazilərdən  relyefin  yerli 

xüsusiyyətləri,  torpaqyaratma  süxurları,  mezoiqlim,  üstünlük  təşkil  edən  landşaft 

növləri  ilə  fərqlənir;  dağlarda  isə  -  yüksəklik  landşaft  zonalığının  strukturunun 

yerli variantı ilə səciyyələnir. Hər bir təbii dairə torpaq fondundan kənd təsərrüfatı 

üçün istifadədə əhəmiyyətli fərqlərə malikdir. Düzənlik dairələrinin sahəsi bir neçə 

on min km

2

 - min  km



2

 olur.  


 

İri  miqyaslı  KTR  -nın  vahidi  landşaft  rayonu  hesab  olunur,  landşaft 

dairəsinin  daxilində  bu  və  ya  digər  landşaftların  birləşməsi  və  üstünlüyü  olan 

sərbəs regional kompleksdir. Sahəsi min-on min km

2

 olur. Dağ rayonlarında aşağı 



vahid kimi yüksəklik landşaft zonasının kəsiyi (hissəsi) qəbul olunur ki, ona qısaca  

yüksəklik  dağ  mikrorayonu  deyilir.  Bu  vahid  xırda  təbii  -  kənd  təsərrüfatı 

komplekslərindən təşkil olunur ki, onun sərhədləri daxilində öz xarakterini dəyişir.  

Torpaq  sahələrinin  KTR-nın  praktikasında  ərazinin  hissələrə  bölünməsinin 

landşaft  metodu  daha  əlverişli  hesab  olunur.  Bu  metodda  rayonlaşdırma  landşaft 

tipoloji  xəritələrinin  əsasında  aparılır;  hər  bir  aşağı  regional  vahidi  (rayon, 

downloaded from KitabYurdu.org



mikrorayon) xəritədə birbaşa göstərirlər.  İrimiqyaslı KTR yalnız kameral işlərdən 

hesab olunmayır, burada az öyrənilən rayonlarda çöl işləri aparılır. Bu çöl işlərində 

əsas  tədqiqat  rayonu  təbii  rayon  (dağlarda  -  yüksəklik  dağ  mikrorayonu)  hesab 

edilir.  Çöl  işlərinə  çıxmazdan  qabaq  landşaft  xəritəsində  (və  ya  topoqrafik 

xəritədə) rayonun sərhədləri çəkilir. Marşrut tədqiqatı və landşaft profilləri ilə təbii 

rayonun  morfoloji  landşaft  strukturu  öyrənilir,  rayonun  sərhədləri  dəqiqləşdirilir, 

təbii landşaftın inkişaf tendensiyası aydınlaşdılırır, kənd təsərrüfatına təsir edəcək 

amillərin təsir dərəcələri təyin olunur.  

 

KTR-nın  sxem  və  xəritələri.  KTR-nın  nəticəsində  sxema,  rayonlaşdırma 



xəritəsi  və  regionların  izahlı  xarakteristikası  tərtib  olunur.  Çöl  tədqiqatları 

nəticəsində  dəqiqləşdirilən  təbii  rayonlaşdırmanın  şəbəkəsi  ərazi  aqroistehsalat 

komplekslərində  (AİK)  razılaşdırılır  və  ərazinin  yerquruluşunda,  kənd 

təsərrüfatının  aparılma  sisteminin  işlənməsində  istifadə  olunur.  Rayonlaşdırma 

xəritələrində  regional  komplekslərin vəonların  sərhədlərinin  yerləşməsi  göstərilir. 

Xəritənin tərkibi ümumi coğrafi əsasdan və xüsusi yükdən ibarət olur, landşaftların 

məkanca  müxtəlifliyini  göstərən  və  regional  kənd  təsərrüfatı  işlərinin  aparılma 

sisteminin  işlənməsi  üçün  əyani  material  kimi  xidmət  edir.  3  tip  xəritələr  var: 

topoloji,  analitik  və  sintetik.  Hər  üçü  regional  TƏK-nin  yayılmasını,  onların 

tabeçiliyini  və  sərhədlərini  göstərir.  Kartoqrafik  təsvir  üsullarında  və  regional 

TƏK-lərin mahiyyətini açmaqda bu xəritələr bir-birindən fərqlənir. 

 

Sadə  tərkibli  topoloji  xəritələrdə  əsasən  ümumi  məlumatlar  göstərilir, 



əfsanədə yalnız regional komplekslərin adları verilir.  

 

Analitik  xəritələrdə  həm  də  TƏK-lərin  tərkibi  göstərilir,  müxtəlif  işarələr, 



hərfi  indekslər,  rənglərlə  TƏK-lərin  bütün  komponentləri  təsvir  olunur.  Bu 

xəritələrin  mənfi  cəhəti  onun  çox  yüklənməsinin  xəritədən  istifadəni 

çətinləşdirməyidir.  

 

Sintetik  xəritələrdə  regional  TƏK-in  məkan  yerləşməsi  və  tərkibi  əyani 



göstərilir. Bu xəritələr istifadə üçün əlverişlidir, onlarda TƏK-lərin həm təbii fərqli 

xüsusiyyətləri,  həm  də  hər  bir  regionun  daxilində  ərazinin  təəsrrüfat  cəhətdən 

mənimsənilməsinin istiqaməti və dərəcəsi tamamilə açıqlanır.  

downloaded from KitabYurdu.org





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin