§ 15. SUVARILAN VƏ QURUDULAN TORPAQLARDA ƏRAZININ
LANDŞAFT TƏŞKILININ XÜSUSIYYƏTLƏRİ
P L A N
1. Suvarılan əkinçilik ərazisinin təşkili
2. Izafı nəmli torpaq ərazilərinin landşaft təşkili
3. Inkişaf edən eroziya prosesli ərazilərin landşaft təşkili
4. Landşaft mühafizəsinin ümumi əsasları
5. Landşaftın xüsusi mühafizə obyektləri
Suvarılan əkinçilik rayonlarında irriqasiya şəbəkələrinin yerləşdirilməsi,
mövcudların rekonstruksiyası və yenilərinin yaradılması ilə əlaqədar məsələlər həll
olunur və bu zaman torpaq sahələri fondunun landşaftlarının geomorfoloji,
hidroloji və torpaq şəraitinin tədqiqi materiallarına əsaslanırlar. Bu materialların
analizi imkan verir ki, suvarma mənbələrinin yeri düzgün təyin edilsin, kanallar
planlaşdırılsın, su götürmə nöqtələri və suyun miqdarı təyin olunsun, yəni növbəli
əkinlərin ərazisinin qurulmasını suvarma şəbəkəsinin rasional yerləşməsi ilə
əlaqələndirmə yerinə yetirilsin.
Suvarılan əkinçiliyin bir çox məsələlərinin düzgün həll olunmasında quru və
yarıquru təbii zonalarda yerquluşu planlarından başqa tematik təbii xəritələrin də
(geomorfoloji, morfoloji və s.) böyük əhəmiyyəti vardır və effektiv suvarma
əkinçiliyi üçün ərazinin təşkilində mənfi və müsbət xüsusiyyətlərin aşkarlanmasına
imkan yaradır. Geomorfoloji və morfoloji xəritələrdə ərazinin 0,02-0,05 maillikli
yerləri irriqasiya cəhətdən çətin mənimsənilən və yamacların terraslanmasını və
yağış sistemini tələb edən hesab olunur. Çay məcralarının mailliyi 0,002-0005
arasında dəyişir. 0,002 mailliyinin qiyməti irriqasiya sistemində zolaqlar və
şırımlar üsulu ilə suvarmanın mümkün sərhəddini, həmçinin düyü əkininin inkişafı
üçün optimal şəraitli zonanı təyin edir.
Böyük maillikli səthlər öz-özünə axımlı su yığımını təmin edir, özütəzyiqli
boruların yağış üsulunda tətbiqinə, hidroelektrik stansiyaların kanallarında
downloaded from KitabYurdu.org
kaskadların tikilməsinə imkan yaradır. Çay arası düzənliklər və yumşaq yamaclar
əsas əkinçilik torpagı sahələri hesab olunur, nəticədə su ehtiyyatları olduqda
irriqasiya fondunu yarada bilər.
Torpaq fondunun suvarma üçün yararlığının qiymətləndirilməsində torpaq
qruntun analizi vacib rol oynayır. Ən çox su keçirən torpaq qruntlar çınqıl - (qum-
gillicə qarışıqlı) hesab edilir ki, onlar iri düzənlik çaylarının vadilərində, dağətəyi
maili düzənliklərdə inkişaf etmişdir. Bu torpaqlarda güclü filtrasiya olduğundan,
xüsusi filtrasiyaya qarşı tədbirlər həyata keçirilməlidir. Kənd təsərrüfatı üçün qum-
gillicə (qumluca qarışıqlı) torpaq əraziləri əlverişlidir.
İrriqasiya kanallarının layihələndirilməsində torpaq - qruntların çökməsini
nəzərə almaq lazımdır. Lyöss şəkilli gillicə qruntları islandıqda kipləşərək çatlar
yaradır. Qrunt sularının yerləşmə minerallaşma və axın şəraitinin nəzərə alınması
da vacibdir. Bu suların yerləşmə dərinliyi 1-6 m arasında olur və çayların rejimi ilə
sıx əlaqəlidir.
Tənzimləyici su anbarı qurğularının tikilməsi qrunt sularını, səviyyəsini
artmasına səbəb olur, sel sularının toplanması azalır, nəticədə vadi daxilində
meliorativ şərait pisləşir.
Müxtəlif coğrafi regionlarda torpaqların tiplərinin yararlığı da müxtəlifdir.
Adi və cənubi qaratorpaq çöl zonaları bu zonalardakı bütün morfogenetik tiplərdə
suvarma üçün əlverişlidir. Mürəkkəb relyefinə və əlverişsiz torpaq - meliorativ
şəraitinə görə struktur - denudasiya düzənliklərinin torpaqları suvarma üçün
praktiki yararsızdır. Allüvial - çəmən və çəmən tündrəngli torpaqlar irriqasiya
zamanı əlavə meliorativ tədbirlər tələb etmir. İzafi nəmli və şoranlaşmış
torpaqlarda isə drenaj və torpaq yuma tədbirləri nəzərdə tutulmalıdır.
Torpaq sahələrinin fondunun torpaq - meliorativ şəraitlərinin suvarma
əkinçiliyində qiymətləndirilməsində torpaqların aqrokimyəvi xarakteristikasını
bilmək və eroziyaya, deflyasiyaya, soranlaşmaya, bataqlaşmaya uğrayan sahələri
ayırmaq da vacibdir. Düzgün layihələndirilməyən suvarma sistemləri arzuolunmaz
təbii proseslərə səbəb olur, iqtisadiyyata ziyan vurur (nohurların dibinin
bataqlaşması, sürüşmələrin aktivləşməsi, karst hadisələri, su eroziyası və s.).
downloaded from KitabYurdu.org
Beləliklə, suvarılan əkinçiliyin ərazisinin təşkilinin landşaft prinsipi mövcud
və perspektiv suvarma sisteminə differensial yanaşmanı təyin edən kompleks
aparıcı faktorlar əsasında torpaq sahələri fondunun hərtərəfli qiymətləndirilməsini
tələb edir.
İzafi nəmli torpaq ərazilərində qurutma meliorasiyası və qurudulmuş
torpaqların düzgün istifadəsi məsələləri həll olunur, həmçinin ərazinin təşkili
qurutma sistemi ilə birbaşa əlaqələndirilir.
Belə torpaqlar izafi nəmliliyi və bataqlaşması ilə yanaşı təbii fasiya və
uroçişalarının xırda konturluluğu və bu səbəbdən də kənd təsərrüfatına yararlı
torpaq sahələrinin xırdalanması kimi mənfi şəraitlərlə xarakterizə olunur. Bütün
bunlar ərazinin düzgün təşkilini mürəkkəbləşdirir.
Bu torpaq sahələrinin təşkilində əsas landşaft yanaşmasının prinsipi təbii
torpaq sahələrinin düzgün tranformasiyasının (landşaftın morfoloji hissələrinin)
təyinidir. Bataqlaşmış torpaqlar böyük hidroloji və iqlim əhəmiyyəti daşıyır. Buna
görə onların tamamilə qurudulması mənfi ekoloji nəticələrə səbəb ola bilər.
Beləliklə, bəzən bataqlıqları təbii vəziyyətdə saxlamaq, su recimini müxtəlif
üsullarla tənzim etmək daha məqsədəuyğun olur. Qurutma sistemində ən əlverişli
üsul örtülü drenaj üsuludur. Açıq qurutma kanallarının tikintisi ərazidə adda -
buddalıq və digər mənfi nəticələr yaradır, növbəli əkinin təşkilinə təsir edir.
Nəzərə almaq lazımdır ki, qurudulmuş aşağı tip və keçid bataqlıqlarının
yerlərində salınmış kənd təsərrüfatı bitkiləri quraqlıq illərdə su çatışmazlığına
məruz qalır. Belə yerlərdə qabaqcadan qurutma - nəmlədici ikitərəfli sistem
nəzərdə tutulmalıdır ki, nəmlilik az olduqda süni yağış və digər üsullar tətbiq oluna
bilsin. Qurudulan torpaqlardan istifadənin effektliliyi hansı kənd təsərrüfatı
bitkisinin əkilməsindən asılıdır. Bu zaman əsas ekoloji tələb - torpaqlarda optimal
su rejiminin tənzimlənməsinə imkan yaradan əkin üsulu və kübrə verilməsinin
tətbiq olunmasıdır.
Qurudulan torpaqlarda məhsuldarlığı həmişə saxlamaq üçün xüsusi qulluq
tələb olunur: lazımi miqdarda mineral kübrələrin əlavə olunması, turş torpaqların
əhəngləşdirilməsi, çəmən salınması, mühəndis şəbəkələri kanallarının təmiri, alaq
downloaded from KitabYurdu.org
otları ilə mübarizə, torpaqların keyfiyyətli əkilməsi, növbəli əkinlərin düzgün
seçilməsi və s.
İnkişaf edən eroziya prosessli ərazilər torpaq sahələri fondunun kompleks
tədqiqatının və uyğun tematik xəritələrinin məlumatları əsasında ə razinin
eroziyaya qarşı tədbirlər planı tərtib olunur. Bu tədbirlər ilk növbədə su eroziyasını
yaradan səthi su axınının azaldılmasına yönəldilməlidir. Eroziyaya məruz
yamaclarda başdan-başa çəmənlik yaratmaq, çoxillik torpaq mühafizəedici otların
yerləşdirilməsi tədbirləri, yarğanlarda isə - suyığıcı sahələrdə işlər aparılmalıdır.
Eroziya hadisəsi həm də intensiv suvarılan zəmilərdə, uzunmüddətli otlaqlarda
müşahidə olunur. Eroziya başlanan köhnə suvarılan torpaqlarda kanalların
sahillərini bərkitmək, suvarma sistemini yenidən qurmaq, tarlaları düzgün
yerləşdirmək lazımdır. Meyl bucağı 1,5
0
olan yamaclarda bütün suvarma üsulları
mümkündür, 5
0
-yə qədər meyl-bucaqlı yamaclarda çəp şırımlarla suvarma və süni
yağış üsulu tətbiq oluna bilər.
Dağlarda torpaqların eroziyadan mühafizəsi tədbirləri aşağıdakılardır:
suaxarların bərkidilməsi, yamacların terraslanması, meşə əkililərinin salınması,
kəskin yamacların çimlə örtülməsi, heyvanların otlanmasının tənzimlənməsi, otlaq
və biçənəklərin səthi və kökündən yaxşılaşdırılması, selə qarşı hidrotexniki
qurğuların tikilməsi və ərazinin yerli landşaft - dinamik xüsusiyyətlərdən asılı
olaraq digər tədbirlər. Külək eroziyasının intensiv baş verdiyi rayonlarda
meşəmeliorativ tədbirlər daha effektli olur, quru və ayaz küləklərinin sürətini
azaldır, səthi su axınlarını tənzimləyir və bununla da torpaqların eroziyaya qarşı
davamlılığını artırır. Meşə mühafizə zolağı əkin torpaqlarının sərhədlərində, çay və
nohurların sahillərində, yollar boyu, yaşayış məntəqələrinin ətrafında salınır.
Bunlar eroziyaya çox uğramış yamacların bərkidilməsində yarğanların
çılpaqlanmasında, hərəkət edən qumlarda və digər əlverişsiz torpaqlarda çox
effektlidir.
Meşəmeliorativ tədbirlər effektli olmayan yerlərdə selə və xətti eroziyaya
(yarğan əmələ gətirmə) qarşı hidrotexniki qurğular layihələndirirlər.
Hidromeliorativ tədbirləri aqromeşəmeliorativ işlərlə əlaqələndirmək lazımdır.
downloaded from KitabYurdu.org
Landşaft mühafizəsinin ümumi əsasları. Cəmiyyətin təbiətə intensiv təsiri və
təbii şəraitin böyük dəyişiklikləri baş verdiyi müasir dövrdə təbiətin ilkin
landşaftının gələcək nəsillər üçün saxlanması böyük əhəmiyyət kəsb edir.
Bəşəriyyətin müxtəlif tarixi dövrlərində təbii landşaftın saxlanması məsələsinə
müxtəlif münasibətlər olmuşdur. İndii təbiətin mühafizəsinin prinsipi bir qədər
dəyişilmişdir. İqtisadi inkişaf etmiş ölkələrdə ilk növbədə insan tərəfindən az
dəyişilən landşaftlar mühafizə olunur. Müasir zamanda landşaftın mühafizəsinin
əsas məsələlərindən birisi - təsərrüfat yükləri ilə landşaftın ehtiyyatlarının potensial
gücünün optimal münasibətləridir. Antropogen təsirləri nəzərə almaqla landşaft
yaratma qanunauyğunluqların öyrənilməsi, landşafta müasir qulluq və onun
rasional qurulması həm indi həm də perspektiv üçün çox böyük əhəmiyyət daşıyır.
Landşaftın qorunması və təbii ehtiyatlardan rasional istifadə edilməsi vahid
qarşılıqlı əlaqəli sistem kimi vacib dövlət əhəmiyyəti kəsb edir və bu zaman
iqtisadi, elmi - ekoloci və estetik məqsədlər rəhbər tutulur. Təbiətin mühafizə
məsələlərinin həlli mütəxəssislərin bu məsələnin necə vacib olmasını başa
düşməsindən asılıdır. Elmi əsaslandırmadan və insanın landşafta konkret təsiri
öyrənilmədən landşaftın mühafizəsinin heç bir məsələsi düzgün həll oluna bilməz.
Biz hamımız borcluyuq ki, torpaq ehtiyyatlarından rasional istifadə edək, onların
saxlanması və məhsuldarlığının artırılmasının qayğısına qalıq və torpaq sahələrini
gələcək nəsillərə yaxşı vəziyyətdə çatdıraq.
Landşaftın xüsusi mühafizə obyektləri - qoruqlar və yasaqlar. Təbiətdən
rasional istifadənin vacib aspekti xüsusi mühafizə olunacaq regionların ərazisinin
təşkilidir ki, bunlara ilk növbədə qoruqlar və yasaqlar aiddir. Bunlar bütün təbiəti
mühafizə sisteminin əsasıdır, etalon rolu oynayır, onların ərazisində kompleks
landşaft - ekoloji tədqiqatlar aparılır. Qoruq əraziləri landşaft sistemlərində baş
verən təbii proseslsərin öyrəniləmsinə, landşaft strukturunda baş verən
dəyişiklikləri müşahidə etməyə xidmət edir. Qoruqlar elə xüsusi ayrılmış torpaq
sahələrinə deyilir ki, orada elmi və mədəni dəyərli təbii obyektlər yerləşir.
Qoruqların təbii komplekslərinə ziyan vuran hər cür fəaliyyət qoruq ərazisində və
onun ətrafındakı mühafizə zolağında qadağan olunmuşdur. Bu səbəbdən qoruq
downloaded from KitabYurdu.org
əraziləri hər cür təsərrüfat istifadəsindən çıxarılıbdır və burada turizm və istirahət
formalarına da qadağa qoyulubdur. Qoruqlar elmi-tədqiqat müəssisələri kimi
böyük rol oynayır. Bu xüsusən beynəlxalq biosfer qoruqlarına aiddir ki, bunların
qarşısında aşağıdakı məsələlərin həlli qoyulmuşdur: bitki və heyvanların genetik
fondunun öyrənilməsi və saxlanması, ətraf mühitin kompleks landşaft - ekoloji
tədqiqatı və monitorinqi, maarifçilik işləri. Burada vacib işlərdən birisi də
landşaftların biogeofiziki və geokimyəvi stasionar tədqiqatları hesab olunur, çünki
maddələrin və enerjinin balansı haqqında biliklərsiz landşaft - ekoloji tarazlığı
təbiətdə saxlamaq mümkün deyil.
Hazırki dövrdə 50-dən çox ölkədə 200-dən çox biosfer qoruqları
yaradılmışdır. Heç bir qoruq landşaftı ilkin vəziyyətində qalmamışdır.
Onları əvvəlki təbii landşaft - ekoloji vəziyyətinə qaytarmaq üçün uzun
müddət lazımdır ki, bu ərazilər təbiətin etalonu hesab edilsin. Yasaqların əraziləri
qoruqlardan onunla fərqlənir ki, xüsusi milli əhəmiyyətə malik olur və ya istirahət
və turizm zonası kimi xidmət edir. Landşaft yasaqları optimal layihələndirilmiş və
yaradılmış mədəni landşaftın nümunəsi olaraq milli təbii parklarla müqayisə oluna
bilər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |