Landşaft xəritəçəkməsinin əsas vahidi və landşaft xəritələrinin növləri.
Xəritə - konkret ərazidə landşaftın tədqiqini ifadə edən vacib sənəddin. Torpaq,
geobotanik, aqroiqlim və digər mövzulu xəritələrin keyfiyyətinə görə torpaq
fondunun layihədən qabaq tədqiqinin elmi səviyyəsi barədə fikir irəli sürmək olar.
Ümumielmi landşaft xəritələri bazis rolunu oynayır. Tam kompleks təbii əsasdır,
üzərində müxtəlif tətbiqi landşaft xəritələrini (mexanizasiya, qurutma
meliorasiyası, bağçılığın inkişafı və s.) yaoratmaq olar. Bütün hallarda bu xəritələr
landşaft xəritəsi kimi (yəni üzərində təbii komplekslərin təşkili) qalmalıdır.
Metodik cəhətdən tətbiqi landşaft - kənd təsərrüfatı xəritəçəkməsi 2 mərhələdən
ibarətdir: 1) müəyyən taksonometrik ranqlı landşaft kompleksinin konkret
miqyasda xəritəyə köçürülməsi; 2) konkret kənd təsərrüfatı məqsədləri üçün fiziki
- coğrafi məlumatların məqsədyönlü qiymətləndirilməsi (interpretasiya) və onlaın
hesabi dövr üçün dəyişməsinin proqnozu.
Ümumi elmi landşaft və tətbiqi kənd təsərrüfatı - landşaft xəritələrini xırda
miqyaslı, orta miqyaslı və irimiqyaslılara bölürlər - xırdamiqyaslı xəritələr
(1:4000000; 1:2500000; 1:100000) bütün ölkənin ərazisi və ya iri iqtisadi rayonlar
üçün tərtib olunur. Onlar üzərində təsvir üçün əsas vahidlər landşaftın sinifləri,
altsinifləri, tipi, alt tipləri və növləri hesab edilir.
Böyük oroqrafik və geoloji-geomorfoloji xüsusiyyətli ərazilərin birliyi
landşaft sinfi adlanır (dağ və düzünliklər). Altsinif - siniflərin daxilində daha kiçik
differensiyalanmış bölmələrdir (yüksək dağlıq, alçaq dağlıq, ovalıq…). Landşaft
tipi - müəyyən təbii zonaya xas olan ümumiləşdirilmiş zonal birliklərdir (meşəçöl -
meşəçöl zonasında). Alt tip landşaft bu və ya digər tipin daxilində differensiya
olunmuş zona altı - əyalət bölgəsinə deyilir.
Landşaftın növləri - alt tiplərin daxilində oxşar relyefi, relyefyaradan
süxurları və torpaq - bitki örtüklü təbii komplekslərin birliyidir.
downloaded from KitabYurdu.org
Təbii kənd təsərrüfatı tədbirlərini əsaslandırmaga vilayət, rayon torpaq
sahələrinin sxemlərinin tərtibi üçün orta miqyaslı (1:600000; 1:30000; 1:200000)
ümumielmi landşaft xəritələri lazımdır ki, onların üzərində landşaftın areallarını
növ, uroçişe formasında göstərmək mümkündür. İri miqyaslı landşaft xəritələri
(üzərində landşaftın morfoloji hissələri - fasiya və uroçişe göstərilməklə) təsərrüfat
daxili yer quruluşunda daha vacib lazımdır.
Çöl landşaft planalması. Xırdamiqyaslı landşaft xəritələri kameral üsulla
tərtib oluna bilər. Orta və iri miqyaslı xəritələr çöl landşaft planalmasını tələb edir,
onların əsası rolunu uyğun miqyaslı topoqrafik xəritələr, aerofotoplanlar təşkil edir.
İlkin olaraq hazırlıq dövründə landşaft xəritə-hipotez tərtib olunur, gələcək
xəritənin bütün konturları göstərilir, planalma marşrutlarını, fasiya və uroçişaları
kompleks tədqiq etmək üçün sahələri, landşaft profillərinin istiqamətlərini qeyd
edirlər. Çöl işləri ərazinin rekoqnossirovkasından və birbaşa çöl landşaft
planalmasından ibarətdir. Xəritəsi çəkiləcək bütün fasiya və uroçişaların
məlumatları xüsusi suallar blankına çöldə köçürülür.
Toplanmış materiallar əsasında landşaftın morfoloji hissələrini fasiyaların,
uroçişaların qrup və ya tiplərinə uyğun sinifləşdirirlər. Lazımi yerlərdə landşaft
növlərinin yerlərə eksrapolyasiyasını yerinə yetirirlər. Növləri alttiplərə, tiplərə,
altsiniflərə və siniflərə birləşdirirlər. Tipoloji təbii - ərazi komplekslərinin
sərhədləri dəqiqləşdirilir, landşaftın adına uyğun rənglərlə boyayırlar, konturların
sərhəddini bütöv xətlərlə, qeyri-dəqiq sərhədlərə isə punktir xətlə göstərilir. Vacib
və mürəkkəb məsələ xəritənin əfsanəsini işləməkdir. Məsləhətdir ki, 3-4 vacib
əlamətlər (anna süxurlu relyef, torpaq və bitki örtüyü) xəritədə ifadə olunsun, detal
xarakteristikalar izahat mətninə keçirilir. Lakin mətndəki əfsanəni sadələşdirmək
landşaft-tipoloci komplekslərin bütün daxili xüsusiyyətini ifadə edə bilməz.
Müxtəlif
tematik
(mövzulu)
xəritələrin
tərtibində
aero-
kosmikfotoplanalmanın əhəmiyyəti böyükdür. Bu üsul ağır zəhmətli çöl işlərinin
həcmlərinin azaldılmasına, xəritəçəkmənin prosesinin sürətləndirilməsinə və dəqiq
aparılmasına imkan yaradır. Aeroşəkillərdə landşaftın elə xüsusiyyətlərini
«oxumaq» olur ki, yerüstü planalmada onu görmək mümkün deyil. Bu üsul çətin
downloaded from KitabYurdu.org
relyef quruluşlu rayonlarda daha effektlidir. Aeroşəkillərdə landşaftın morfoloji
hissələri çox dəqiq ifadə olunur. Aerokosmik materiallar kameral yolla
oxunduqdan (deşifrə) sonra ərazinin rekoqnossirovkası aprılmalıdır. Aerovizual
müşahidələr 3 yerə bölünür: 1) rekoqnossirovka; 2) çətin rayonların planalması; 3)
planalma işlərinin nəticələrinin nəzarət yoxlaması, dəqiqləşdirilməsi.
Dağlarda landşaft xəritəçəkməsinin obyektləri fasiya və uroçişalardır.
Burada növlərin seçilməsində əsas əlamət relyef və torpaq - bitki örtüyündəki
fərqlər hesab olunur. Ərazinin ekspedisiya marşrut tədqiqatının nəticəsində
toplanan materiallar dağ landşaft - tipoloji komplekslərin aşkarlanmasının əsas
məlumatlarıdır. Bu tədqiqatları landşaft profili üsulu ilə aparırlar ki, bu da xəritəsi
çəkilən fasiyalarda, uroçişalarda, landşaftın növlərində təbii komponentlərin
qarşılıqlı əlaqələrini izləməyə, onlar arasındakı sərhədləri təyin etməyə imkan
yaradır. Burada vacib məsələ yüksəklik landşaft zonalarının aşkarlanmasıdır və
bütün
praktiki
əhəmiyyəti
ondan
ibarətdir
ki,
təbii
ehtiyyatların
qiymətləndirilməsində kənd təsərrüfatı torpaq sahələrinin tipləşdirilməsinin ilkin
materialıdır.
Dostları ilə paylaş: |