Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987


  YERİN  COĞRAFİ QABIĞI VƏ LANDŞAFT SFERASI



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   24
Landsaftsunasliq


§  1.  YERİN  COĞRAFİ QABIĞI VƏ LANDŞAFT SFERASI 

 

P L A N  

 

1. 

Yerin coğrafi qabığı 

2. 

Coğrafi qabığın əsas xüsusiyyətləri 

3. 

 Landşaft mühitinin inkişaf tarixi 

4. 

Geokompleks 

 

Yer  kürəsinin  səthi  onun  sferasını  təşkil  edən  4  əsas  elementin  mürəkkəb 



qarşılıqlı əlaqəsinin nəticəsi hesab olunur:  litosfera (bərk, daş), atma sfera (hava) 

hidrosfera  (su)  və  biosfera  (canlı  aləm).  Bunların  nəticəsində  yeni  bir  anlayış  -

coğrafi qabıq yaranmışdır.  

Yerin coğrafi qabığı bir-birinə nüfuz edən 4 ədəd fiziki-coğrafi qabıqlardan 

əmələ  gələn geniş kompleks təbii yaranışdır. Yer kürəsi qabıq quruluşa malikdir, 

qabıq özü üç ölçülü (həcmi) anlayışdır. Coğrafi qabıq digərlərindən mürəkkəbliliyi 

ilə  seçilir,  yəni  onun  tərkibində  üç  aqreqat  vəziyyətində  (bərk,  maye  və  qaz) 

maddələrinin  həmçinin  alanması  kosmik  və  yer  enerci  mənbələrinin  eyni  vaxtda 

mövcudluğu,  canlı  materiyanın  -həyatın  olması.  Yer  planetinin  xarici  görkəmini 

sərtləşdirən  4  qabığın  qarşılıqlı  əlaqələrinin  öyrənilməsi  müasir  təbiət  ellərinin 

vacib  məsələlərindəndir.  Yerin  coğrafi  qabığının  əsas  xüsusiyyəti  onunla  kosmik 

məkan arasında müntəzəm maddi və enerci mübadiləsi, həmçinin qabığın özünün 

əsas  hissələri  (substat,  hava,  su,  biokütlə)  arasındakı  mübadilədir.  Bu  mübadilə 

prosesi  coğrafi  qabığın  daim  inkişafını  təyin  edir,  onun  tərkibinin  və  qurluşunun 

dəyişkənlikləri isə təbii komponentlərin və onların komplekslərinin təşkilini daha 

mürəkkəbləşdirir.  (“kompleks”-latınca  “qovuşmaq”,  “tamın  hissələrinin  sıx 

birləşməsi”). 

Coğrafi  qabığın  qalınlığı  çox  böyükdür,  lakin  onun  dəqiq  sərhədləri 

barəsində müxtəlif fikirlər mövcuddur. Geniş yayılmış fikirlərə görə onun yuxarı 

sərhəddi  atmosferdə  həyatın  yayılmasının  yuxarı  həddində    -təxminən  25-30  km 

hündürlükdə  yerləşir.  Bu  sahədə  atmosfer  ozon  (O

3

)  qazı  ilə  zəngindir  və  yer 



səthinin  istilik  təsiri  hiss  olunur.  Ozon  qatı  Günəş  radiasiyasının  ultrabənövşəyi  

dalğalarının artıq miqdarını saxlayraq yer səthində həyatı qoruyur. Coğrafi qabığın 

downloaded from KitabYurdu.org



tərkibinə okean suları da daxildir. Həyatın aşağı sərhəddi yer qabığının aşağı həddi 

layı  üzrə  keçir  ki,  bu  lay  hidrosfera  və  atmosfera  ilə  müntəzəm  maddi  və  enerci 

mübadiləsindədir.  Bu  mübadilə  öz  əksini  lektonik  hərəkətlərdə  (zəlzələ,  vulkan 

puskurməsi)  göstərir.  Coğrafi  qatın  ümumi  qalınlığı  (canlı  həyat  olan)  35-40  km 

təşkil edir. 

Coğrafi qabığın xarakterik  cəhəti onun eynicinsli olmaması, onu təşkil edən 

hissələrin (sferaların) kontrastlılığıdır (təzadlılıq). Onlar arasındakı lay (qat) xüsusi 

landşaft  sferasını  yaradır  ki,  burada  günəş  enercisi  müxtəlif  növlu  yer  enerjisi 

çevrilir və həyatın inkişafı üçün əlverişli mühit yaranır. Bu layın qalınlığı okean və 

yer  səthindən  10-250  m  təşkil  edir.  Bu  sahələrlə  litosferanın,  atmosferin  və 

hidrosferanın  fəal  qarşılıqlı  təsirinin  nəticəsində  quru  və  okeanların  landşaftı 

formalaşır. Landşaft sferasının tərkibinə aşınma qabığı, torpaq, bitki və canlı aləm, 

yerəyaxın atmosfer layı daxildir. Digər sözlə  landşaft sferası-yer səthindəki təbii 

komplekslərin toplusudur. 

Coğrafi  qatın  mərkəzi  hissəsini  təşkil  edən  landşaft  sferasının  mərkəzində 

bioloci fokus yerləşir ki, orada həyat daha güclü inkişaf etmişdir. Bu sfera qlobal 

xarakter  daşıyır və landşaftşünaslıq elminin əsas predmenti hesab edilir. Daxili və 

xarici  qurluşunun  mürəkkəbliyi,  insan  cəmiyyətinin  mövcudluğu  və  fəaliyyəti  ilə 

landşaft  sferasını  təşkil  edən  geokomplekslərin  xassələri  landşaftda,  yerin 

tərkibində və Dünya məkanında baş verən prosseslərlə təyin olunur. 

«Coğrafi  qabıq»  termininə  uyğun  olaraq  (sinonim)  «Coğrafi  sfera», 

«landşaft  qabığı»,  «epigeosfera»  terminləri  işlədilir.  Bəzən  səhv  olaraq  landşaft 

qabığı  ilə  coğrafi  mühit  anlayışlarını  eyniləşdirirlər.  Bu  düzgün  deyildir,  çünki 

landşaft  qabığı  insan  cəmiyyətinin  yaranması  və  fəaliyyəti  nəticəsində  coğrafi 

mühitə  çevrilmişdir.  Müasir  dövrdə  insan  fəaliyyəti  coğrafi  qabıqdan  kənara 

çıxmaqdadır.  (kosmosa  uçuşlar,  dərin  quyu  qazmaları).  Coğrafi  mühit  dedikdə 

insanı əhatə edən elə təbii yer hissəsi nəzərdə  tutulur ki, mövcud tarixi zamanda 

insanın istehsal fəaliyyəti ilə sıx  əlaqəlidir. 

downloaded from KitabYurdu.org



İlkin elm sahələrindən birisi ümumi coğrafiya olubdur ki, geologiya da onun 

tərkibinə  daxildir.  Elmlərin  inkişafi  ilə  əlaqədar  fiziki  coğrafiya  ayrılaraq  Yer 

kurəsinin coğrafi qabığını öyrənməklə məşğul olur. 

Müasir  fiziki  coğrafiya  elmi  mürəkkəb  struktura  malikdir,  ümumi  və 

regional    fiziki    coğrafiya  kimi  2  hissəyə  bölünür.  Landşaftşünaslıq  elmi  də  2 

hissədən ibarətdir. Ümumi və regional (landşaft ölkəşünaslığı) Landşaft haqqında 

elmin əsasını V.V.Dokuçayevin qoyduğu hesab olunur. 

Landşaft  mühitinin  inkişafı  tarixini  3  dövrə  bölmək  olur:  ən  qədim  -

yaranmasından onun üzərində həyatın əmələ gəlməsinə qədər, orta dövr -insanının 

yaranmasına  qədər    və  ən  yeni  dövr-insanın  yaranmasından  sonra.  Üzvi  həyatın 

yaranması və inkişafı ilə əlaqadar yerdə okean və qurunun landşaftı formalaşmağa 

başlamışdır.  Bu  prosses  indi  də  davam  edir  və  buna  səbəb  daxili  fərqlər  və 

qarşıdurmalardır (istilikudma və vermə, həyat və ölüm, yer qabığının qalxması və 

çökməsi  və  s).  Əsas  qarşıdurmalar  endogen  (yaradıcı)  və  ekzogen  (dağıdıcı) 

qüvvələr  arasında  baş  verir.  Coğrafi  qabığın  və  landşaft  sferasının  kəsilməz 

inkişafına,  bir  kəmiyyət  vəziyyətindən  digərinə  keçilməsinə  ən  yaxşı  misal-üzvi 

aləmdir  ki,  köhnə  formaları  həmişə  yeniləri  əvəz  edilir,  heç  bir  forma 

təkrarlanmayır.  Yer  planetinin  inkişaf  tarixinin  son  dövrü  (1  mlyon  il)  müasir 

landşaft formasını yaratmışdır. İnsanın təbii prosseslərin qanunauyğunluqlarını nə 

qədər  yaxşı  öyrənməsindən  iqtisadi  inkişaf  və  təbii  mühitin  gələcək  nəsillərə 

saxlanılması çox asılıdır. Təbii landşaftda qarşılıqlı əlaqələrin 2 tipi mövcüddür:  

Şaquli  əlaqə  (müəyyən  regional  və  ya  məntəqədə)  üfiqi  əlaqə  (bütün  yer 

səthində) 

Coğrafi  qabığın  daxili  qurluşu  eynicinsli    deyildir,  mürəkkəb  fiziki-coğrafi 

və  ya  təbii-ərazi  komplekslərdən  (qısaca-geokompleks)  ibarətdir.  Hər  bir 

geokompleks  müəyyən  ərazi  hududlarında  litoloci-geomorfoloji,  su-iqlim  və 

bioloji  kimi  yer  səthinin  təbii  komponentlərinin  qanunauyğun  birləşməsinin 

toplusudur  (nəticəsidir).  Bu  geokompleksləri  regional  fiziki coğrafiya  və  landşaft 

ölkəşünaslığı fənləri öyrənir. 

 

downloaded from KitabYurdu.org





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin