§ 2. LANDŞAFT VƏ ONUN STRUKTURU
P L A N
1. «Landşaft» anlayışı
2. Landşaftın öyrənilməsi cəhətləri
3. Landşaft -tipoloci komplekslər
4. Fasiya, uroçişe
Landşaftşünaslığın əsas anlayışı olan «Landşaft» termini alman sözü olub
«yerin görnüşü» mənasını verir. Landşaft-genetik bircinsli təbiət ərazi
kompleksidir ki, relyefin nisbi eyniliyi ilə xarakterizə olunur. Yer səthində
landşaftın
müxtəlifliyini
onun
daxili
quruluşunu
və
inkişafının
qanunauyğunluqlarını öyrənin elm sahəsi ümumi landşaftşünaslıq adlanır. Coğrafi
landşaftı 3 yerə bölürlər: ümumi, regional və tipoloji.
Landşaft -yer səthinin real mövcud hissələridir, bir-birindən keyfiyyətcə
fərqlənən sərbəst təbiət törəmələridir. Landşaftlar komponentlərdən və onlar
arasındakı
qarşılıqlı
əlaqələrdən
ibarət
olur.
Konkret
landşaftın
formalaşdırılmasında iştirak edən geoloji qurluşu, relyef, iqlim, torpaq, su və digər
komponentlər landaşftyaratma faktorları hesab edilir və müxtəlif tip sistemləri
təmsil edirlər. Hər bir landşaftın özünün fərdi daxili strukturu və xarici görkəmi,
yer səthində konkret yeri və sərhədləri, məkan və zaman daxilində inkişafı
mövcuddur.
Müəyyən təbbi-ərazi komplekslər kimi landşaftı fərdi və tipoloji cəhətən
öyrənirlər. Tipoloji mənada lanşaft-müəyyən xarakterli nisbi eynicinsli ərazi və ya
məhəll başa düşülür. Məsələn səhra tipli lanşaft və onun alt tipləri (qumluq, gilli,
daşlı və s). Landşaftı yayılma sərhədlərindən asılı olmayaraq onun quruluşuna və
xassələrinə görə tipoloji mənada başa düşürlər, öyrənirlər və təsnifatlandırırlar.
Hər bir landşaft məkan və zaman kəsiyində dəyişən qurluşa (struktura)
malikdir. Bu dəyişmələr dövrü, tsiklik və ritmik ola bilər. Dövru dəyişliklərə iri
çay məcralarının eyni bir zamanda su basması misal ola bilər. Tsiklik dəyişiklər
downloaded from KitabYurdu.org
landşaftın indentik vəziyyətində istənilən vaxtdan bir qayıtması ilə xarakterizə
edilir. Məsələn, bitki qatının yenidən yaranması və ya dəyişilməsi. Ritmik
dəyişliklər əsasən komponentlərin keyfiyyətcə şəkil dəyişmələridir (sel, uçqun, su
ezoziyası, zəlzələ) ki, böyük ərazilərdə landşaftın görkəminin dəyişməsinə səbəb
olur.
Landşaftlar əsasən özünütənzimləyən sistemlərdəndir və stabilliyə
istiqamətləniblər. Buna landşaftda düz və əks əlaqələrin olması imkan yaradır.
Landşaft bir vəziyyətdən digərinə keçməsi vaxtı çoxsaylı faktorlardan və
səbəblərdən asılıdır. Bunlara landşaft kompleksinin öz kütləsini və enercisini
saxlamaq xüsusiyyəti, müxtəlif təsirə davamlılıq dərəcəsi, baş verən proseslərin
miqyası və s. aitdir.
Landşaft -tipoloji komplekslər stabilliyə (dinamikliyə) görə 3 yerə bölünür:
dayanıqlı, nisbi dayanaqlı və suksession. Suksession şəkildəyişmələr əsasən
antropogen təsrndən əmələ gəlir, landşaft öz daxili və xarici strukturunu tez
dəyişir. Qeyd edək ki, torpaqlardan istifadə etməklə təsərrüfat funksiyalarından
başqa, landşaft həm də həyat funksiyasını-insanın yaşadığı mühit rolunu oynayır.
Landşaftın morfoloji cəhətdən öyrənilməsi - onan daxili ərazi bölgüsünün
qanunauyğunluqlanın, qarşılıqlı əlaqəsinin və morfoloji hissələrinin qarşılıqlı
yerləşməsini təyin etməkdir. Landşaftın ən aşağı morfoloci vahidi fasiya adlanır.
Fasiya -elə təbiət-ərazi kompleksidir ki, orada səthi suxurların biologiyası,
relyetin xarakteri və nəmlənməsi, mikroiqlim, torpaq fərqləri və biosenoz eyni
qalır. Fasiya əsasən relyefin və ya onun hissəsinin mikroformasında yerləşməklə
özünün əsas xassəsini-kompleksliliyini saxlayır.
Fasiyaya bitki örtüyü tamamilə olmayan dərə yamacı, çay məcrasının az
dərinlikli çökək yerləri, yuxarı bataqlaqların kiçik sahələri və s. misal ola bilər.
İlkin təbii fasiyalarla törəmə (dəyişilmiş) antropogen fasiyalaları fərqləndirmək
lazımdır. (zəmi, meşə talası, meyvə bağı və s).
Fasiyaların miqdarı həddən artıq çox olduğu üçün onları təsnifatlandırırlar,
yəni qruplara bölürlər.
downloaded from KitabYurdu.org
İki və daha çox fasiyalar birləşərək nisbətən mürəkkəb təbiət-ərazi
kompleksi-uroçişa əmələ gətirir. Buna misal olaraq düzənlik ərazilərdəki çay
terraslarını, məcraları, moren təpəciklərini göstərmək olar. Dağlarda bunlara dağ
silsiləsinin müxtəlif ekspozisiyalı yamac sahələri, dərin dərələrin dibləri, suayrıcı
səthlər, gəzdəklər və s. misal ola bilər. Əsas (dominat) və tabeli uroçişalar olur.
Əsas uroçişa landşaftda geniş yayılıbdır və onun bütün morfoloci
strukturunun əsasını təşkil edir. Tabeli tip isə az rast gəlinir və az sahələri əhatə
edir, bununla yanaşı müəyyən landşafta xarakterik cizgilər verirlər. Bunlar əsasən
relyeftin mənfi formalarıdır (eroziya sahələri, karst əraziləri və s).
Təsənifatı çox mürəkkəbdir və onların zonal və vilayət xüsusiyyətləri nəzərə
alanmalıdır. Eyni bir landşafta müxtəlif tip uroçişa ola bilər. Uroçişanın
öyrənilməsinin, təsnifatının və xəritəyə alanmasının ərazinin elmi əsaslandırılmış
kənd təsərrüfatı təşkilinin hazırlanmasında böyük əhəmiyyəti vardır. Təbii
landşaftın daxili müxtəlifliyini bilməklə aqrotexniki və təbiəti qoruma tədbirlərinin
sisteminin işlənməsinə imkan yaradılır ki, bu da landşaftda gedən biofiziki və
geokimyəvi prossesləri tənzimləməyə kömək edir, torpaq ehtiyatlarının təbi
potensialını yüksək səviyyədə saxlayır. Fasiya və uroçişa ən aşağı təbiət -ərazi
kompleksi olmaqla konkret torpaq sahəsinin təbii xassələrini hərtərəfli xarakterizə
edir.
Dostları ilə paylaş: |