§ 5. ATMOSFER, HAVA, İQLİM
P L A N
1.
Atmosfer, onun elementləri
2.
Hava şəraiti
3.
İqlim
4.
Hava şəraitinin və iqlimin əsas xarakteristikası
5.
İqlim və landşaftlıq
Atmosfer- yer planetinin xarici hava qabığıdır ki, onunla ağırlıq qüvvəsi
vasitəsi ilə əlaqələnir. («atmos»-buxar, «sphaira»-kürə). Atmosferin tərkibi,
quruluşu, baş verən fiziki proseslər metorologiya elminin öyrəndiyi obyektlərdir.
Şərti olaraq atmosferin yuxarı həddi 3000 km yüksəklikdə qəbul olunur. Butun
hava kütləsinin 50%-i yer səthindən 5 km-ə qədər qatda yerləşir. 3000 km-dən
yuxarıda atmosferin sıxlığı planetlərarası məkanda olduğu qədərdir. Dəniz
səviyyəsində təmiz və quru havanın tərkibi 78,09%- azot, 20,95%-oksigen, arqon-
0,93%, karbon qazı-0,03% ibarətdir. Digər qazların (helium, metan, hidrogen, ozon
və s.) atmosferdə miqdarı 0,1%-dən azdır. Atmosferdə həmçinin su buxarı da
vardır, onun miqdarı qütb rayonlarında yerüstü havanın tərkibində 0,2% və
ekvatorial rayonlarda isə 3% təşkil edir. Əsas nəmdaşıyıcı hava kütlələri 200-500m
yüksəklikdə sirkulyasiya edir. Havanın tərkibində su buxarı çoxaldıqça, qazların
miqdarı azalır.
Yer landşaftının inkişafında «ozon ekranının» əhəmiyyəti çox böyükdür. O
günəşin ültra-bənövşəyi şualarının çox miqdarını udaraq yer üzərindəki canlı
orqanizimlərin məhv olmasının qarşısını alır. Son 200 ildə atmosferdə karbon
qazının miqdarı 0,29%-dən 0,33%-ə qədər artmışdır. Dünya okeanı atmosferin
tərkibində karbon qazının (Co2) miqdarının tənzimlənməsində vacib rol oynayır.
Atmosferdəki aerozol qarışıqları (toz, tüstü, mikroorqanizimlər) bulud və
dumanların yaranmasını səbəbkarı olan kondensasiyanın nüvəsi kimi xidmət edir.
Temperaturun dəyişməsinə görə atmosferi troposferə, stratosferə, mezosferə,
termosferə və ekzosferə bölürlər. Sferalar keçid qatlarla- pauzalarla ayrılırlar. Ən
downloaded from KitabYurdu.org
aktiv atmosfer qatı - troposfera tropiklərdə 17 km və qütblərdə 8-10 km
hündürlüklü olur. Troposferdə havanın qarışması, buludların yaranması,
yağıntıların düşməsi və digər fiziki hadisələr vaş verir. Troposfer digər qatlarla
daimi qarşılıqlı əlaqədə olur və Günəşin təsirinə məruz qalır. Atmosferin landşaft
formalaşmasında rolu böyükdür, yalnız ultrabənövşəyi şuaları udmayır, həm də
həyat üçün əlverişli istilik şəraitini - yerin iqlimini yaradır.
Atmosferin konkret bir rayonunda vəziyyəti hava şəraiti və iqlimlə ifadə
olunur. Bu anlayışlar bir yerdə baxılmalıdır, çünki iqlim özü müəyyən iqlimin
fonunda formalaşan hava şəraitindən təşkil olunur.
Hava şəraiti müəyyən bir yerdə qısa zaman kəsiyində atmosferin aramsız
dəyişən vəziyyətinə deyilir. Sutkanın hava şəraiti - landşaftın da inkişafında öz
təsirini göstərən atmosferin vəziyyətindəki qanuna uyğunluqların ən qısa təbii
gedişidir. Bu dəyişiklər havanın meteoroloci elementləri vasitəsi ilə müşayiət
olunur. Hava şəraitinin müntəzəm müşahidəsi hava şəraitinin tip və siniflərinin
təyin olunmasına təminat yaradır. Məsələn, şaxtasız hava şəraitində 8 tipi
fərqləndirlər: quru, 200-dən yuxarı və 40%-dən az nisbi nəmlilikli tip, yumşaq
quru tip və s.
İqlim - ərazinin coğrafi vəziyyəti və iqlim yaratma faktorları ilə təyin
olunan konkret yer sahəsində (rayon, vilayət, ölkə) atmosferin (hava şəraitinin)
çoxillik recimidir. İqlim sözü latınca «klimat» sözünün təcüməsidir ki, sözün
kökü olan “klimal”-“meyl” deməkdir. Bu sözlə yunanlar günəş şuasının yer
səthinə düşmə bücağını ifadə edirdilər. Sonralar bu sözü atmosferin orta
vəziyyəti (meteoroloci elementlərin orta qiymətləri) mənasında işlətməyə
başladılar.
Həqiqətən də iqlimin formalaşmasında bütün atmosfer proseslərinin
yaranmasının mənbəyi olan günəş radiasiyası əsas rol oynayır. Günəş şüsının
kürəyə bənzər yer səthinə müxtəlif miqdarda düşməsi iqlimin müxtəlifliyinə,
istilik qurşaqlarının mövcudluğuna (en dairəsindən asılı olaraq) səbəb olur.
Eynicinsli olmayan yer səthi bir istilik qurşağında müxtəlif iqlimlərin
formalaşmasını təyin edir. Belə ki, quru sahələrdə su səthinin təsirindən dəniz və
downloaded from KitabYurdu.org
kontinental iqlimlər formalaşır. Kontinental iqlimdə havanın nəmliyi dəniz
iqlimində olduğundan azdır.
İqlimin formalaşmasına həmçinin yerin hündürlüyü, relyefin xarakteri və
bitki örtüyü, müasir buzlaşma, okean axınları təsir edir. Məsələn, dağlarda iqlim
fərqləri mütləq yüksəkliklərlə və dağ silsiləsinin istiqaməti ilə, günəş şualarına
nisbətən yamacların eks pozisiyası və hökmran (əsas) küləklərin istiqaməti ilə,
ərazinin qapalı olması və təbii ki, dağ sisteminin coğrafi vəziyyəti ilə sərtlənir.
Bircnsli olmayan landşaft səhtlərinin
təsiri atmosferin sirkulyasiyasını
mürəkkəbləşdirir, iqlimin müxtəlifliyini artırır.
Ümumi şəkildə yer üzərində 7 iqlim qurşağı qəbul olunubdur: ekvatorial,
subekvatorial, tropik, subtropik, yumşaq, subpolyar, qütb (polyar). Bunların
daxilində uyğun iqlim tipləri mövcuddur. Məsələn, mülayim qurşaqda kontinental
mülayim okean tipi və s. fərqləndirirlər.
Dostları ilə paylaş: