§ 4. RELYEF, RELYEFYARATMA PROSSESLƏRİ
P L A N
1. Landşaft yaradan faktorlar.
2.Yerin üst bərk qabığı
3. Relyef, onun növləri
4. Relyef yaradan faktorlar
5. Relyefin əsas tip və formaları
6. Eroziya və akkumulyasiya
Əsas təbii landşaftyaradan komponentlər 2 yerə bölünür. Zonal (iqlim,
torpaq, bitkilər, heyvanat aləmi) və azonal (geoloji qurluş və relfey), Bunlar
hamısı landşaftın təbii-ərazi kompleksi kimi formalaşmasında iştirak edirlər.
Landşaftın strukturunu və inkişafını əsasən relyefyaratma prosesləri
(gemorfoloji, iqlim, torpaq və s) təyin edir. Bu prosseslərin gedişi zamanı
hissəciklərin (maddələrin) və enercinin landşaft daxilində bir təbii komponentdən
digərinə keçməsi baş verir ki, bu da landşaftın daimi inkişafı ilə nəticələnir. Müasir
landşaftın çoxunun xarakteri və daxili strukturu əhalinin sıxlığından və təsərrüfat
fəaliyyətindən asılıdır. Antropogen inkişaf etapına daxil olmuş Yer planetinin
landşaft sferasının strukturunun formalaşmasında sosial-iqtisadi faktor və
proseslərin (sənaye kənd təsərrüfatı, nəqliyyat, rekreasiya) artan rolu müşahidə
olunur. Qəribədir ki, təbii landşaftyaradan proseslərdən fərqli olaraq sosial-iqtisadi
prosseslər landşaftı daha tez dəyişir.
Yerin üst bərk (daş) qabığının səthi (yer qabığı) yuxarıda atmosfer və
hidrosfera ilə, altdan isə ən fəal seysmik qatla (“Moxoroviçin qatı”) əhatə
olunubdur. Düzənliklərdə bu qatın (layın) qalınlığı 30-35 km, dağlıq ölkələrdə 50-
70 km, dəniz və okeanların çökəkliklərində isə 5-10 km arasında dəyişir. Yer
qabığının üst hissəsi əsasən çökmə suxurlarından (maqmatik, metamorfiziki və
çökmə) təşkil olunubdur. Çökmə suxurlarının xüsusiyyəti ondan ibarətdir ki, onlar
lay və plast şəklində yerləşirlər. Çökmə suxurları qırma (qum, qırmadaş, gil və s)
kimyəvi çökmə (duzlar, gips) və orqanogen (kömür, boksit, əhəng, slanslar)
downloaded from KitabYurdu.org
suxurlara bölünürlər. Yer qabığının orta qatı (qranit qat) kontinentlərdə görünür və
püskürmə dağ süxürlarından-qranitdən ibarətdir kvars, çöl şpatı, slyuda və 60-70%
silisium oksidindən təşkil olunur.
Yer qabığının aşağı qatı (bazalt qatı) okean və kontinentlərin altında inkişaf
edir. Bu qatda qara rəngli dağ suxuru (bozalt) olur ki, onun da tərkibində 50%
silisimum turşusu olur və vulkanların lavasını əmələ gətirir. Bəzi rayonlarda,
məsələn Skandinaviya yarımadasında çökmə süxurları əsasən yoxdur və yer
səthinə qranit qatı çıxır. Yer qabığını təşkil edən dağ süxurları təbii minerallardan
ibarətdir ki, onları mineralogiya fənnində öyrənirlər. Mineralları və dağ
süxurlarını yaradan prosesləri isə dinamik geologiya öyrənir. Yer səthinin kələ-
kötürlüklərinin cəminə (toplusu) relyef deyilir və onun xarici əlamətlərinin,
yaranmasının inkişaf qanunauyğunluqlarının öyrənilməsi geomorfologiya fənninin
predmetidir. Qeyd edək ki, relyefə-təbii landşaftın bir komponenti olmaqla digər
komponentlərlə qarşılıqlı əlaqədə kimi baxılır. Relyefin formaları böyükdən kiçiyə
istiqaməti ilə aşağıdakı dərəcələrə bölünür. Meqarelyef (kontinental çıxışlar,
okean çökəklikləri), makrorelyef (dağlıq və düzənlik ölkələr), mikrorelyef (dərələr,
çökəklər, dyunalar), nanorelyef (çox xırda çökəkliklər, bnzqıran çatlar, bataqlıq).
Qurunun relyefində ən iri element dağlar və düzənliklərdir. Düzənlikdə
yüksəlişin qiyməti 200 m-ə qədər və eynicinsli geoloci quruluşlu olur. Onlar
qurunun 55% -ni təşkil edir, dəniş səviyyəsinə görə mənfi yüksəklik qiymətli,
mütləq yüksəkliyi 0-200 m olan (ovalıq), hündür (200-500 m) və yüksək
səviyyələrə (500m-dən çox) bölünür. Yer səthinin formasına görə üfiqi, maili,
çökək və qabarıq düzənliklər, relyefin formasına görə isə müstəvi (Qərb-Sibir),
pilləli (Ural önü), dalğalı-təpəli və s. ola bilər. Qurunun 45%-ni təşkil edən dağ
relfefidir. Dağlar yer qabığının dağ silsiləsi və ya zirvəsi şəklində qabarmalardır
ki, nəticədə dağlıq ölkələri yaranır. Bunlar çay vadiləri və dərələri ilə ayrılmış dağ
sistemi və silsilələrdən, həmçinin dağlararası tektonik çökmələrdən («depressiya»)
ibarət olur. Dağ silsiləsi müxtəlif tərəflərə meyl edən yamaclarla əhatə olunmuş və
bir xətt boyu uzanmış, relyeftin müsbət işrələri formasıdır. Onun hündürlüyü,
uzunluğu və forması relyefin inkişaf xüsusiyyətdən və dağ süxurlarının
downloaded from KitabYurdu.org
tərkibindən asılıdır. En və uzunluq dairələrinin yerinə görə dağ sinifli müxtəlif
landşaftlar formalaşır.
Relyef -tarix boyu 2 əks qüvvənin qarşılıqlı inkişaf edən əlaqələrinin
nəticəsidir: endogen (yaradıcı) və ekzogen (dağıdıcı) -Yerin səthinin kələ-
kötürlüklərini hamarlayan.
Endogen proseslər Yerin daxilində baş verən fiziki və kimyəvi hadisələrdir
(radioaktiv hissələrin parçalanması, tektonik hərəkətlər, zəlzələ, maqmatizm
prosesi, kimyəvi reaksiyalar) ki, nəticədə yer qabıgının morfoloji strukturuna
uygunlaşan iri ölçülü kələ-kötürlüklər toplusu yaradır. Ən iri formalı relyeflərin
yaranması 150 mln il bundan əvvəl başlayıbdır, onun fəal dövrü son 20-25 mln ilə
təsadüf edir ki, bu zaman bir çox müasir dağ rayonları (Tyan-Şan, Qafqaz, Alp və
s) formalaşmışdır.
Qurunun müasir görünüşünə həll edici təsir ekzogen xarici proseslər
tərəfindən olubdur. Bu proseslər günəş radiasiyasının enercisinin, ağırlıq
qüvvdələrinin və orqanizmlərin həyat fəaliyyətinin nəticəsidir. Ekzogen proseslərə
külək sovurmaları, eroziya, buzlaqların və yeraltı suların fəaliyyəti və s. aiddir ki,
nəticədə relyefin kiçik formalarını yaradırlar.
Relyefin kiçik formalarının yaranmasında aşınmanın rolu çox böyükdür. Bu
proses iqlimin su və orqanizmlərin təsiri altında dağ süxurlarının fiziki dağılması
və kimyəvi dəyişilməsidir. Dağılmış bu məhsullar nəticədə aşınma qabığını təşkil
edirlər. Beləliklə, aşınmanın 2 növü olur. Fiziki (mexaniki) və kimyəvi.
Fiziki aşınmada əsas rolu temperaturun dəyişməsi, suyun süxurda donması,
kristalların böyüməsi və orqanizmələrin fəaliyyəti oynayır. Həmçinin süxurun
tərkibindəki duzların kristalları böyüdükcə süxurun mexaniki dağılmasına səbəb
olur. Bitkilərin kökləri də süxurların çatlarını böyüdür və özünün mexaniki təsiri
ilə süxuru parçalayır.
Kimyəvi aşınmada dağ süxurlarının mineraloci tərkibini dağıdır və dəyişir.
Bu prosesdə əsas agent kimi su, mineral və üzvi turşular, qələvilər, suda həll
olunan düzlar və hava iştirak edir. Nəticədə gilli minerallar, karbonatlar, asan həll
olunan duzlar yaranır ki, onların bir hissəsi aşınma qabığında toplanır, digər hissəsi
downloaded from KitabYurdu.org
kənara yayılır. Aşınma prossesi hər yerdə eyni davam etmir. Məsələn, arktik
zonada, yüksək dağlıq yerlərdə əsasən fiziki aşınma baş verir, havanın və torpağın
alçaq temperaturuna görə kimyəvi aşınma demək olar ki, olmayır. Belə yerlərdə
aşınma məhsulunda əsasən kobud dağıntı materialları toplanır. Fiziki və kimyəvi
aşınmalar nəm tropik və subtropik zonalarda daha intensiv gedərək ilkin süxurların
tam dağılmasına səbəb olur və aşınma qabığının qalınlığı bir neçə yüz metrlərlə
ölçülür.
Aşınma məhsullarından Na
+
, Ca2
+
, Cl
+
, Mq2
+
, S4
+
daha tez yuyulur,
Fe3
+
və Al3
+
isə yuyulmaya davamlıdır. Dəmirin (Fe) birləşmələri aşınma qatına
Sarı və ya qırmızı rəng verir.
Aşınma qabığının üst qatı torpaq adlanır ki, uzun və mürəkkəb prosesin
nəticəsidir. Torpağın formalaşmasında əsas rolu istilik və nəmliyin nisbəti ana
süxurun xarakteri, bitkilər, aşınma məhsulunun miqrasiyası və akkumulyasiyası
(yığılma), oynayır
Quru sahələrində relyef yaradan faktorların əsaslarında birisi eroziya və
akkumulyasiya hesab olunur. Eroziya -dağ süxurlarının və torpağın axan sularla
yuyulmasıdır. Eroziya və akkumulyasiya daimi və müvəqqəti su axınları təsirindən
iki qarşılıqlı əlaqəli prosesdir. Axan suyun kinetik enercisi (canlı qüvvə) mv
2/2
düstürü ilə hesablanır (m-suyun kütləsi, v-axının surəti), Axının sürəti məcranın
mailliyindən, kələ-kötürlüyündən, suyun kütləsindən asılıdır. Çayın suyunun
çoxluğu, tökülmə hündürlüyü eroziyanın intensivliyinə səbəb olur.
Hər bir su axınının ilkin yaranmasından iki əks proses onu müşayət edir-
eroziya və akkumulyasiya. Bunların nisbəti relyefin son formasına təsir edir.
Eroziya o qədər davam edir ki, daha məcranı dərinləşdirə bilməsin. Bu səviyyəyə
eroziyanın bazisi deyilir eroziyanın bazisi yerli (müvəqqəti) və mütləq növlü ola
bilər. Eroziyanın bazisinin yüksəklik vəziyyəti su axının haraya tökülməsindən
asılıdır. (gölə, digər çaya və s).Bütün çaylar üçün eroziyanın mütləq bazəsi kimi
Dünya okeanının səviyyəsi qəbul edilmişdir. Eroziyanın intensivliyi su axınının
eroziya bacarlığından və dağ süxurunun dayanıqlığından asılıdır.
downloaded from KitabYurdu.org
Relyefyaratma təsirinə həmçinin buzlaşmanın dağıdıcı və yaradıcı fəaliyyəti, külək
eroziyası, çoxillik donmalar və digər proseslər də aiddir.
Relyetin əsas tip və formaları Quru hissəsinin səthinin formalaşmasında
eksogen proseslər əsas rol oynayır. Relyefin formaları tiplərə görə təsnifatlaşdırılır.
Ən geniş yayılan relfey tipi anlayışı-morfogenetik tip sayılır ki, oxşar xarici
görünüşlü, quruluşlu və yaranışlı relyef formalarının birləşmələridir.
Geniş yayılmış morfogenetik qrup -erozion akkumulyativ tip hesab olunur.
Bu tip relyef forması eroziya və akkumulyasiyanın nəticəsində yaranır. Daimi və
müvəqqəti su axınları tərəfindən baş verən eroziyaları fərqləndirirlər.
Daimi axınların təsirindən yaranan erosion-akkumulyativ relyef tipinə vadilər
misal ola bilər. Vadi - nisbətən uzun dərələrdir ki, çayların təsirindən yaranır və
mailliyi çayın istiqaməti üzrə olur. Bircinsli olmayan və ərazinin geoloji
quruluşunu əks etdirən dağ süxurlarındakı vadilərə struktur vadilər deyilir. Çay
vadiləri düz xətli, əyri xətli, vadidərin dərə, dar dərə formalı ola bilər. İnkişaf etmiş
çay vadisinin əsas elementləri bunlardır: dib (məcra və çaylaq), yamaclar və sahil.
Əgər yamaclardakı terrasların sayı və eni hər iki tərəfdə eynidirsə, belə
vadiyə simmetrik vadi deyilir. Şimaldan cənuba və ya əksinə istiqamətlənən çay
vadiləri əsasən asimmetrik olurlar. Buna səbəb yerin öz oxu ətrafında hərəkətinin
dəf etmə qüvvəsidir. Asimmetrik vadilərin formalaşmasında həmçinin 3 şərt də
olmalıdır: süxurların tez yuyulması, çayın dərinliyinin azlığı, ərazinin uzun müddət
tektonik cəhətdən sakitliyi. Su axının ilkin mərhələsində çayın çaylaq və məcrası
eyni olur. Vadinin inkişafı nəticəsində onun morfoloji hissələri aydınlışmağa
başlayır. İldən ilə öz məcrasını dəyişərək və düz xətli formasından tez-tez dönərək
(meandr) çay nəhayət öz subasarını (çaylaq) yaradır. İri ölçülü düzənlik çaylarının
məcrasının eni 10 km və daha çox alınır. Məsələn, Volqa çayının aşağı axınında
çaylağın eni 20-25 km olur.
Çay terraslarından başqa göl və dəniz terrasları da mövcuddur. Terraslar
əsasən münbit torpaqlar hesab olunur.
downloaded from KitabYurdu.org
Müvəqqəti su axınlarının yaratdığı erozion -akkumulyativ relyef
formalarının tiplərinə vadi -qobu, yarğan-qobu, adırlar, kuestlər, “pis torpaqlar”
aiddir.
Vadi-qobu tip relfedə vadilərə çoxbudaqlı qobu sistemləri birləşir. Bu relfey
dalğalı -dərətəpəli relfey formasıdır ki, düzənlik relfeyi təşkil edən az su keçirici
gilli süxurlardan ibarət olur. Yarğan -qobu tip relyefə əsasən asan yuyulan qalın
çöküntülərdən təşkil olunmuş yüksəklik-düzənlik sahələr daxildir. Bu tip çöl və
meşəçöl təbii zonalarda xüsusən inkişaf edir. Bunların əsas elementləri yarğan və
qobu hesab olunur.
Yargın -dərin, sərtyamaclı qazmalardır, uzunluğu bir neçə kilometr, eni on
metrlərlə olur; bəzən yan törəmələri də əmələ gəlir. Qobu -yamacları bitki qatı ilə
örtülmüş yarganın inkişafının son mərhələsidir. Yarğan-qobu tip relfeyin forması
onun kənd təsərrüfatı üçün istifadəsini çətinləşdirir, ətraf münbit torpaqlara da
mənfi təsir edir, ərazidə qrunt sularının səviyyəsini çox aşağı salır. Yarğan inkişaf
edərək torpağın buxarlanma səthini artırır, qışda qar yarğana sovrulur, yazda sular
çaylara axır. Bunların qarşısını alman üçün eroziyaya qarşı tədbirlər plnanını 2
istiqamətdə aparırlar: Yarganının yaranmasının qarşısını almaq və onların
bərkidilməsi tədbirləri.
Dağətəyi rayonlarda yarğan-qobu relfeyin bir növünə adırlar deyilir. Adırlar
-quru çay məcraları ilə şaxələnmiş təpəlik -dağətəyidir. Bu tip relyef Orta Asiyada
geniş yayılmışdır. (məs. Fərqanə çökəkliyini əhatə edən dağ silsiləsinin
aşağılarında) Adırlar əsasən konqlomeratlardan və bəzən də lyöss qruntlarından
təşkil olunur.
Quru iqlim ərazilərində adıra oxşar «pis torpaqlar» yaranışca yarğan-qobu
və adır relyefə oxşasa da, eroizyanın təsiri burada maksimum həddə çatır. Bu tip
relyefdə qəribə görünüşlü, sərt yamaclı, çoxlu qollubudaqlı, bir-birinə yaxın
dərələr olur ki, bunlarda kənd təsərrüfatf üçün istifadəni yararsız vəziyyətə («pis
torpaqlar»- -«blendlend») gətirib çıxarır.
Eroziyanı relyefin bir tipi də kuestlərdir. («kuest»- ispanca «sərt yamac»)
Kuestlər -yumşaq süxurların yuyulmasından ibarətdir. Kuestlərin yumşaq
downloaded from KitabYurdu.org
yamacları çətin yuyalan süxurlarıdan təşkil olunur. Kuest sıralarının və
meydançalarının ölçüləri 500 km uzunluğa və 340m hündürlüyə çatır. Belə
ərazilərə Böyük Qafqazın şimal yamaclarnda, Kırımda, Türkmənsitanda, Orta
Asiyanın digər rayonlarında rast gəlinir.
Əhəngdaşı, təbaşir, qips, dolomit, mergel, daş duz kimi suda həll olunan dağ
süxurlarında karst tipli relyef yaranır. «Karst» sözü Yuqosloviyadakı eyniadlı
platonun adından götürülmüşdür ki, orada relyefin bu klassik formasına rast
gəlinir. Karst prosesinin inkişafı səthi və yeraltı suların birgə təsirindən baş verir.
Nəticədə müxtəlif səthi və dərinlik relyef formaları (boşluqlar, qif şəkilli, quyular,
mağaralar, karlar) yaranır.
Karlar -dərinliyi bir neçə sm-dən 2m-ə qədər olan şırımlardır ki, kar
sahələrini təşkil edirlər. Karst boşluqlarında göllərə və yeraltı çaylara da rast
gəlinir. Karst landşaftının xarakter cəhəti kələ-kötürlüyü, qazılmış qapalı
çökəklikləriə, çılpaq daşlı sahələri, dərin qrunt suları ilə, zəif bitki qatı olmasıdır.
Karst relyefti Krımda, Qafqazda, Orta Asiyada, Ural önü ərazilərdə
formalaşmışdır. Karst əraziləri kənd təsərrüfatı işləri və mühəndis qurğularının
tikilməsi üçün əlverişsiz hesab olunur. karst prosesinə yaxın olan prosesə suffoziya
hadisəsi deyilir. Bu zaman dağ süxurlarında filtrlənən su kiçik meneral hissəikləri
və həll olunan maddələri kənara çıxarır. Nəticədə dərinliyi 4 m-ə qədər olan qapalı
çökəklik yaranır və bəzən onun içərisi su ilə dolur, göl əmələ gəlir.
Düzənlik və dağ ərazilərində sürüşmə tipli relyef geniş yayılmışdır.
Suruşmələr -ağırlıq qüvvəsinin (həmçinin) təsiri altında dağ süxurlarının yamac
üzrə sürəşməsidir. Bu hadisə ən çox vadilərinin yamaclarında, qobu və dağ
silsilələrində baş verir. Sürüşmənin baş verməsi üçün torpaq layının yamac üzrə
düşməsi, su keçirici lay üzərində gil layının olması, suyadavamlı lay üzərində qrunt
sularının çoxluğu şərtləri olmalıdır. Çox vaxt sürüşmələrə səbəb insanın təsərrüfat
fəaliyyəti olur. (Sərt yamacların oturacağında yol qazmalırının qurulması, faydalı
qazıntı işlərinin aparılması) Sürüşmələrə qarşı aşağıdakı tədbirlər görülür: sahil
bərkitmə və drenac işləri, yamacın tarazlığının pozulmasını qabaqlayıcı tədbirlər
və s. Böyük sürüşmələrə əsasən iri çayların sağ sahil yamaclarnda, həmçinin
downloaded from KitabYurdu.org
dağətəyi ərazilərdə rast gəlinir. Yalnız bitki layının sürüşməsinə səbəb olan
sürüşmələrə də rast gəlinir. (oplivinlər). Bunlar əsasən gilli qruntların səthinin su
ilə doymasından baş verir.
Buzlaqların iəsirindən relyefin bir çox forma və tipləri yaranır. Bunlara qoç
başı, qıvırçıq qayalar, kamlar, ozlar, moren silsiləsi misal ola bilər. Dağlarda
buzluqların erozion və akkumlyativ fəaliyyəti yüksək dağlıq tip relyetin
formalaşmasına səbəb olur. Buraya nisbi omplituda yüksəkliyi 1000 m-dən çox
dağlar, qədim buzlaşma izləri qalan və buzlaqlarla hamarlanan yüksək dağlar olan
relyef aiddir.
Yer kürəsinin çox geniş ərazilərində landşaft yaratmada donma və külək
təsiri (eol) proseslərinin əhəmiyyəti böyükdür. Çox əsrlik donma prosesinin
nəticəsində hidrolokkolit, donma çatları, termokarst qıfları və digər krioqen
formalar yaranmışdır. Hidrolakkolit -yeraltı suların çox illik donmuş dağ
süxurlarında donaraq həmçinin genişlənməsi nəticəsində buz nüvəli çoxillik şişmə
təpəciyinə deyilir. Yakutiyada hidrolakkolitlərin hündürlüyü 40 m, eni 200 m-ə
çatır.
Eol tipli relyef küləyin təsirindən çöl tipli zonalarda yaranan spesisik
formalardır. Burada materik, dəniz və çay qumları iştirak edir. Kontinent daxili
səhralıq rayonlarda barxanlar- küləklər yaratdığı tökmə çılpaq qum təpəcikləri
geniş yayılıbdır. Onların formaları oraqvari və hündürlüyü 5 m-ə qədər olur.
Barxanlar bir sırada düzülərək barxan zənciri təşkil edir. Okean və dəniz
sahillərində relyefin dyunlar adlanan formalarına rast gəlinir. Formaca onlar
barxana oxşayır, lakin yamacları sərt olur və hündürlüyü 50 m və daha çox ola
bilir. Dyunlar da barxanlar kimi əsas küləklərin istiqamətində ildə 8-10 m sürətlə
yerini dəyişə bilirlər.
İnsanın yer səthinin relyefinə müxtəlif təsiri qurunun 70%-dən çox hissəsini
əhatə edir. Bu təsirlər insanın təsərrüfat fəaliyyətidir ki, buraya faydalı qazıntı
işləri, sənayenin, kənd təsərrüfatının, mühəndis qurğularının tikintisinin, hərbi
əməliyyatların və s. təsirləri aiddir. Bunların nəticəsində relyefin süni formaları
yaradılır ki, bu da öz növbəsində antropogen landşaftların təbii landşaftları
downloaded from KitabYurdu.org
üstəlməyə gətirir çıxarır. Öz fəaliyyəti ilə insanlar su, hava və örüş eroziyasını
sürətləndirir, yenidən duzlaşmaya, bataqlaşmaya, termokarst prossesinin
sürətlənməsinə səbəb olur. Bunlara qarşı məqsədyönlü tədbirlər nəzərdə tutulur.
İnsanlar həmçinin endogen proseslərə də təsir edir. Məsələn güclü partlayışlar yer
qubığının suruşməsinə (zəlzələ), müxtəlif forma və ölçülü töküntülərin
yaranmasına gətirib çıxarır. Bunlar da inkişaf etmiş ölkələrdə bir çox təbii
landşaftların geomorfoloci əsasının kökündən dəyişməsinə səbəb olur.
Dostları ilə paylaş: |