təbiətdə kiçik və böyük dövrana malik olur. Su buxarları okean səthindən qalxaraq
dövranı deyilir. Su buxarlarının müəyyən hissəsi hava kütlələri ilə quruya
köçürülür və suyun dövranı mürəkkəbləşir (böyük dövran). Yer səthinə çatan
yağıntının bir hissəsi yenidən buxar şəklində atmosferə qalxır, bir hissəsi hoparaq
yeraltı suları yaradır, çaylara axaraq yenidən okeana qayıdır. Bu proses daima baş
illərdən bir, çaylarda - 12 gündən bir və atmosferdə - 9 gündən bir yeniləşir.
Landşaftda suyun dövranı fazalardan təşkil olunur. Bu fazaların və onlar arasındakı
əlaqənin öyrənilməsi landşaftın saxlanılması və resurslarının rasional istifadəsi
məqsədi ilə onun su təsərrüfatı və landşafta qulluq məsələlərində böyük əhəmiyyət
kəsb edir.
Landşaftda su mübadiləsində insanların fəaliyyəti əhəmiyyətli təsir edir və
yerli su mübadiləsini yaradır. Bu təsir insanın çay sisteminin reciminə
müdaxiləsindən baş verir. Süni suvarma nəticəsində landşaft rayonlarında suyun
dövranı və hissəciklərin geokimyəvi tərkibi çox dəyişir- qrunt sularının səviyyəsi
artır, torpaqda ikinci duzlaşma prosesi baş verir.
Beləliklə, suyun dövranının təbiətdə rolu çox böyükdür- nəmliyi köçürərək
landşaftın təbii kompotentlərini əlaqələndirir, onların siklik, ritmik və mövsümi
inkişafını təyin edir. Bir landşaftda suyun dövranının pozulması landşaftın
strukturunun və qonşu landşaftda su mübadiləsinin dəyişilməsinə gətirib çıxarır.
Dostları ilə paylaş: